HƏDİSLƏRDƏ RƏHMƏT VƏ ŞƏFQƏT

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
1. İmam Sadiq (ə) buyurmuşdur: “Məgər din məhəbbətdən başqa bir şeydirmi?! Allah-Taala buyurub: “Əgər Allahı sevirsinizsə, Peyğəmbərin (s) göstərişlərinə itaət edin ki, Allah da sizi sevsin.”  Yəni ilahi göstərişlərə təmənnasız əməl Allaha eşq və məhəbbəti göstərir.
2. İmam Baqir (ə) buyurmuşdur: “Din məhəbbətdir, məhəbbət də din!”
Bu və bu kimi hədislərə görə, insanın dini-mənəvi həyatını kor-koranə itaət yox, eşq-məhəbbət təşkil edir. Mömin şəxsi də Allaha itaət və bu yolda çətinliklərə razı edən yalnız budur! Təbiidir ki, hər hansı işdə eşq-məhəbbət onu asanlaşdırır. Bəs, ardıcıllarının əməl və rəftarında eşq-məhəbbət yaradan dini qəddar adlandırmaq olarmı?
3. İslamın rəhmət və şəfqəti hətta döyüş meydanlarında belə özünü nümayiş etdirir. Yəni İslam tamamilə sərt rəftarların baş verdiyi meydanlarda da ardıcıllarını qəddarlıqdan çəkindirir. Məsələn, imam Sadiq (ə) buyurur: “Peyğəmbəri-Əkrəm (s) İslam əsgərlərini döyüş meydanına göndərdiyi zaman onları bir yerə toplayıb, aşağıdakı sözləri yadlarına salardı (və ona əməl etməyəni danlayardı):
سِيرُوا بِسْمِ اللهِ وَ فِى سَبِيلِ اللهِ وَ عَلى مِلَّةِ رَسولِ اللهِ
Döyüş meydanına yalnız Allahın adı, yadı, razılığı və Peyğəmbərinin dini uğrunda yola düşün!
a) لا تَغُلُّوا – Döyüşdə əsla xəyanət etməyin!
b) وَ لا تُمَثِّلوا – Düşmənin ruhsuz bədənini tikə-tikə doğramayın!
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə deyilir ki, sizə hücum edən quduz bir iti öldürdükdən sonra bədənin tikə-tikə doğramaq olmaz.
c) وَ لا تَغْدِروا – Hiylə və kələklə əhd-peymanları pozmayın!
Düşmənlə sülh və atəşkəs zamanı əhdinizə sadiq qalın və onu pozmayın. Müsəlmanlar düşmənləri ilə bağladığı əhd-peymana vəfalı olmalıdırlar. Məsələn, imam Əli (ə) Malik Əştərə belə buyurmuşdur: “Düşmənlə əhd-peyman bağlayıb ona pənah verdiyin surətdə əhdinə sadiq qal, razılaşdığın söz və haqlara arxa çevirmə və canını əhdinə bağla! İnsanların ixtilaflarına baxmayaraq, ilahi vaciblər içərisində əhdə vəfa qılmağı hamı möhtərəm sanır.”
ç) وَ لا تَقتُلُوا شَيْخاً و لا صَبِيّاً و لاَ امْرَأَةً – (Müharibədə rolu olmayan zəif və gücsüzləri,) əldən düşmüş qoca kişiləri, uşaq və qadınları qətlə yetirməyin!
d) وَ لا تَقطَعوا شَجَراً إلّا أَنْ تَضْطَرُّوا إِلَيْها – Naçar qalmayınca, ağacları kəsməyin!
O vaxt yalnız qan tökməyi anlayan cahil insanların arasında belə mütərəqqi qanunları həyata keçirə bilən İslamı yalnız humanizmin banisi adlandırmalı, heç nəyə rəhm olunmayan meydanlarda ətraf mühiti belə nəzərə alan göstərişləri isə insanpərvərliyin ən yüksək nümunəsi sanmalıyıq.
Peyğəmbəri-Əkrəmin (s) mərdliyə dair göstərişləri, doğrudan da, heyrətləndiricidir: “Müsəlman əsgərlərdən – istər yüksək rütbəli olsun, istərsə də, sıravi – sığınacaq alan düşmən əmin-amanlıqdadır; onu arxa cəbhəyə yollayıb, (şirin dillə, səbir və hövsələ ilə) Allahın kəlamını, İslam maarifini, əhkam və göstərişlərini anlatmaq lazımdır. İslamı qəbul edənlər müsəlmanların sırasına qoşularaq din qardaşınız sayılır və hüquqları sizinlə bərabərdir. Qəbul etməyənləri, yaxud düşünmək üçün möhlət istəyənləri sağ-salamat vətəninə qaytarmalı, onlara əzab-əziyyət verilməməlidir.”
Qeyd edək ki, bu göstərişlərə riayət etmək elə də asan deyil və güclü iman, geniş sinə tələb edir. Elə bu səbəbdən də İslam Peyğəmbəri (s) söhbətinin sonunda əsgərlərinə buyurur ki, İslamın rəhmət və şəfqətlə yanaşı olan göstərişlərinə əməl etmək üçün böyük və qadir Allahdan yardım diləsinlər.
Görəsən, insan hüquqlarından dəm vuran, bu sayaq şüarlarla dünya xalqlarının qulaqlarını kar edənlər döyüş meydanında qeyd edilənlərin hansı birinə əməl edirlər?! Cavab mənfidir! İsrail-Fələstin müharibəsində nəinki rəhmsiz və qəddar sionistlər xəstəxanaları belə orada yatan fələstinli xəstə və yaralıların başına tökür, onların əkin sahələrinə od vurur, ağaclarını kəsir, böyük-kiçik, uşaq-qadın, qoca-cavan, bir sözlə, heç kimə rəhm etmirlər. Bununla belə, dünya ictimaiyyətinə müharibə və hücuma məruz qalanlar kimi təqdim edilir, müsəlmanlar isə qəddarlıqla suçlanırlar!
4. İslamda rəhmət və şəfqət insanlarla yanaşı, heyvanlara və digər varlıqlara da aid edilir! İslam təlimləri sırasında heyvanların hüquqları ilə bağlı rəvayətlərə də rast gəlinir.  Məsələn, İslam Peyğəmbəri (s) dördayaqlı heyvanlar üçün altı haqq bəyan edir:
a) يَبدَءُ بِعَلَفِها إِذا نَزَلَ – (Ev sahibi) evə qayıtdıqda, əvvəl mal-qaranın suyu və yeminə baxmalı, sonra öz yeməyin haqda düşünməlidir.
b) وَ يَعرِضُ عَلَيها الْماءَ إِذا مَرَّ بِهِ – Yol əsnasında bulaq başına çatdıqda, suvarmalıdır.
c) وَ لا يَضرِبُ وَجهَها فَإِنَّها تُسَبِّحُ بِحَمدِ رَبِّها – Heyvanın surətinə vurmayın ki, o da Allaha təsbih və zikr deyir.
ç) وَ لاٍ يَقفُ عَلَى ظَهرِها إِلّا فِى سَبِيلِ اللهِ – Yol yerimədikdə dayanan heyvanın belində əyləşməyin Allah yolu müstəsnadır. (Məsələn, döyüş meydanlarında əsgərin daim süvari olması zəruri sayılır. Çünki düşmən tərəfindən qəfil hücuma məruz qala bilər.)
d) وَ لا يَحمِلُها فَوقَ طاقَتِها – Heyvanlara taqətindən çox yük vurulmasın.
ə) وَ لا يُكَلِّفُها مِنَ الْمَشْيِ إِلّا ما تُطِيقُ – Yolu nəzərə alıb taqəti qədər sürülməlidir.
Bunları biz müasir dövrdə də müşahidə etmirik və hətta çoxları onu dərk və təhlil etməyə qadir deyil! Amma rəhməti geniş olan İslam dini bu incəlikləri nəzərə almışdır. Belə isə, onu qəddar adlandırmaq olarmı?
5. Mübarək Ramazan ayında oxunan, qoxusu dünyanın bütün məscidləri və ibadət mərkəzlərini bürüyən dualar da İslamın rəhmət və şəfqətinin bir nümunəsi sayılır. Bu ayda müsəlmanlar (yalnız müsəlmanların deyil,) bütün insanların çətinliklərinin həlli üçün əllərini böyük Allahın dərgahına qaldıraraq belə dua edirlər:
اَللّـهُمَّ اَدْخِلْ عَلى اَهْلِ الْقُبُورِ السُّرُورَ
İlahi, qəbiristan əhlinə şadlıq bəxş et!
 اَللّـهُمَّ اَغْنِ كُلَّ فَقير
İlahi, bütün yoxsulları ehtiyacsız et!
اَللّـهُمَّ اَشْبِعْ كُلَّ جائِع
İlahi, bütün acları doyuzdur!
اَللّـهُمَّ اكْسُ كُلَّ عُرْيان
İlahi, libası olmayan bütün çılpaqları geyindir!
 اَللّـهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدين
İlahi, bütün borcluların borclarını ödə!
 اَللّـهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْرُوب
İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən xilas et!
اَللّـهُمَّ رُدَّ كُلَّ غَريب
İlahi, bütün qəribləri (öz vətənlərinə) qaytar!
 اَللّـهُمَّ فُكَّ كُلَّ اَسير
İlahi, bütün əsirləri əsirlikdən qurtar!
 اَللّـهُمَّ اَصْلِحْ كُلَّ فاسِد مِنْ اُمُورِ الْمُسْلِمينَ
İlahi, müsəlmanların işlərindən bütün fəsadı iqaldır!
 اَللّـهُمَّ اشْفِ كُلَّ مَريض
İlahi, bütün xəstələrə şəfa ver!
Doğrudan da, insan İslamın bu kimi rəhmət və şəfqətindən ləzzət alır və müsəlmanların hisslərinə afərin deyir. Onlar əksər dualarının bütün ehtiyaclı insanlara aid olduğundan, zövq alırlar.
Görəsən, belə təəssüratlar İslamın rəhmət və şəfqət nümunəsi deyilmi?
Hansı qərəzsiz və insaflı şəxsin onu qəddarlıqda ittiham etməyə cürəti çatar?!

  “Mizanul-hikmət”, 2-ci cild, fəsil: 666, hədis: 3257.
  “Nurus-səqəleyn”, 5-ci cild, səh.285, hədis: 49.
  “Biharul-ənvar”, 42-ci cild, səh.246 və 257.
  “Nəhcül-bəlağə”, məktub : 53.
  Bu haqda nəql olunan hədislərin sayı az deyil və təkcə “Vəsailüş-şiə” kitabının 8-ci cildində “Heyvanların hökmləri” fəslində 50-dən çox bölmə ayrılıb.
  “Vəsailüş-şiə”, 8-ci cild, səh.35.
  “Quran ayələrinə əsasən, bütün varlıqlar aləmlərin Rəbbinə təsbih və zikr deyir.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma