TƏKƏBBÜRÜN MÜALİCƏ ÜSULLARI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
1. Varlıq aləmində insanın yeri: İnsan məxluqatın bir üzvü kimi yaradılış aləminin əzəmət və böyüklüyünü, özünün isə kiçikliyini anaraq hansı mövqedə olduğunu düşünməlidir. İmam Əli (ə) insanın zəifliyi və acizliyi barədə belə buyurmuşdur: “Yazıq və aciz Adəm övladı! Əcəli gizli (nə vaxt öləcəyini bilmir), xəstəlik və dərdləri naməlum (başına gələcək hadisə və xəstəliklərdən xəbərsizdir), nə etsə saxlanılır (əməl dəftərində yazılır), ağcaqanad onu incidir, su və ya bir tikə yemək boğazında qaldıqda ölür və təri bədənini iyləndirir.”
Bəz, insan hansı birinə görə lovğalıq və məğrurluq edir?!
Qurani-Kərimin “Yasin” surəsinin 68-ci ayəsində belə buyurulur:
وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ أَفَلَا يَعْقِلُونَ
“Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (ömrü azaldıqca qüvvələrini də itirər). Bəs, onlar düşünmürlərmi?!”
İnsanda güc, qüvvə, inkişaf, sevinc, sağlamlıq, səbir və hövsələ həmişəlik deyil! Orta yaşdan sonra böyük dəyişikliklər aşkar olmağa başlayır və elə bir yerə çatır ki, insan südəmər körpə kimi, hər şeydə başqalarına möhtac olur; güc, qüvvə və sağlamlığını itirir, yemək yeyə bilmir, özünü təmizləyə bilmir, hətta ağız suyunu belə saxlaya bilmir!
Görəsən, təkəbbürlü insan bu günləri haqda düşünürmü? Görəsən, beli bükülən qocanın bir neçə addım yeriməklə təngnəfəs olduğunu gördükdə, onun da bu günə düşəcəyini fikirləşirmi?
Mən idman üzrə bir qəhrəmanı xatırlayıram ki, cavanlıq çağlarında lovğalığından sanki yer ayağı altında titrəyirdi. Amma qoca vaxt onu əlil arabasında bir uşaq sürürdü!
2. Təkəbbürün nəticəsi: Adətən, hər hansı pis adət, rəftar və xislətin tərki ilə bağlı tövsiyələrdə onların mənfi təsirləri diqqət mərkəzinə çəkilir. Məsələn, siqaretin zərərli təsirləri barədə mütəxəssislər belə deyirlər: “Bir ədəd siqaretin iki minə yaxın zəhəri var. Siqaret yüz iyirmi üç xəstəliyin mənşəyidir.”
Mənəvi xəstəliklər də eynilə belədir. Məsələn, təkəbbürün təsirləri haqda düşünən şəxs bilməlidir ki, belə xislət cəmiyyətdə nifrətlə qarşılanır, onun sahibi Allah dərgahından qovulur və nəhayət, küfrə yönəlir.
3. Ardıcıl məşq: Məşq idman növlərinə məxsus deyil və ruhi məşqlər də insanı ruhən gücləndirir, təravətləndirir. Xəstəliyini başa düşən və onu müalicə etmək istəyən təkəbbürlü insan təvazökarlığı qazanmaq üçün məşq etməlidir. Əvvəl təvazökarlıq halı formalaşana qədər bunu davam etdirməli, sonra onu “adət”, daha sonra “səciyyə”yə çevirməlidir. Hədislərdə bu haqda maraqlı tövsiyələr vardır. İmam Əli (ə) bir hədisdə  təvazökarlığın bir neçə əlamətini belə qeyd edir:
1. أَن يَيْدَأَ بالسّلامِ مَن لَقِيَهُ – “İnsan qarşılaşdığı hər kəsə salam versin.” Təvazökarlığın ilk əlaməti başqalarına salam verməkdir. Nə yaxşı olar ki, insan rastlaşdığı kəslərə salam versin: dükana daxil olduqda, satıcıya, küçədən keçəndə əylənən uşaqlara, məscidə daxil olduqda namazqılanlara, idarəyə getdikdə həmkarlarına, evə gələndə həyat yoldaşı və övladlarına salam versin... Salam təvazökarlıq və böyüklük nişanəsidir. Salam insandan bir şey azaltmır, əksinə onun ədəb, şərəf və vüqarını artırır. İslam Peyğəmbəri (s) buyurur: “Ən paxıl insan salama xəsislik edəndir (salam verməyəndir).”
2. وَ يَرْضى بِالدّونِ مِنْ شَرَفِ الْمَجْلِسِ – “Məclisin aşağı başında əyləşməyə razı olsun.” Təvazökarlığın ikinci əlaməti odur ki, insan məclisə daxil olduqda, hər hansı boş yeri seçsin və başda əyləşmək üçün başqalarının yerini daraldaraq, onları zəhmətə salmasın!
Şəxsiyyətində çatışmazlıq hiss edənlər başqalarının onlara salam verməyini və yaxud məclisin başında əyləşməyi istəyirlər. Alicənab insanlar belə çatışmazlığı duymadıqlarından bu sayaq zahiri işlərə əhəmiyyət vermirlər.
Aydındır ki, bu əməllər – salam vermək və məclisin girəcəyində əyləşmək – bir-iki dəfə ilə insanın səciyyəsinə çevrilmir və daimən təkrara ehtiyac vardır.
3. وَ يَكْرَه الرِّياءَ وَ السُّمْعَةَ – “Riyakarlıq və şöhrəti bəyənməsin.” Təvazökarlığın üçüncü əlaməti riyakarlıq və şöhrətdən çəkinməkdir. Onların arasındakı fərq belədir ki, riya əməl zamanı, şöhrət isə əməldən sonra baş verir. Məsələn, biri işini başqalarına göstərmək üçün yerinə yetirir, digəri isə yaxşı əməllərinin danışılmasından xoşu gəlmir.
Təvazökar insan riya və şöhrətdən uzaqdır. Təvazökarlığın hər üç əlaməti məşqsiz səciyyəyə çevrilə bilməz. Biz bunları məsum rəhbərlərin ardıcıllarına təlim verdiyi rəftarlarında tamamilə müşahidə edirik.

buyurur: “(Bütün) günahlar bir evə yığılsa, açarı yalandır.” (“Mizanul-hikmət”, bölmə: 3403, hədis: 17528.)
 . İmam Səccad (ə) Allaha mərifətdən sonra düyaya bağlanmamağı ən yaxşı əməl tanıtdıraraq, dəlilini belə açıqlayır: “(Çünki) dünya sevgisi müxtəlif bağlılıqlara səbəb olur: qadın, mal-dövlət, məqam və vəzifə, rahatlıq, şan-şöhrət və s. Peyğəmbərlər və alimlər bunları nəzərə alıb demişlər: “Dünya sevgisi hər bir günahın qaynağıdır.” (“Mizanul-hikmət”, bölmə: 1229, hədis: 6039.)
 . Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Şərab çirkinliklərin köküdür.” (“Mizanul-hikmət”, bölmə: 1133, hədis: 5362.)
 . “İmam Əli (ə) buyurmuşdur: “Təkəbbür insanı günahlara çəkən bir vasitədir.” (“Mizanul-hikmət”, bölmə: 3368, hədis: 17406.)
 . “Nəhcül-bəlağə”, qısa kəlamlar 419.
 . Siqaretin zərərlərinə dair kitablardan “Siqaret – tədrici intihar”ı və “Siqaret əsrimizin öldürücü fenomeni”ni misal göstərmək olar.
 . “Mizanul-hikmət”, bölmə: 2034, hədis: 21837.
 . “Biharul-ənvar”, 73-cü cild, səh.4 və 12; 90-cı cild, səh.291, 294 və 302.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma