İKİQAT ƏZAB NƏDİR?

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Allah-Taala “Furqan” surəsinin 68-ci ayəsində ilahi bəndələrin 6, 7 və 8-ci səciyyələrini bəyan etdikdən sonra, növbəti ayədə zina və iffətsiz əmələ qurşananların, günahsız insanın qanını tökənlərin, şirk və bütpərəstliyə yol verənlərin ikiqat əzabından söz açır. Hansı günah ikiqat əzaba layiqdir? Heç ədalətli Allah bəndəsini bir günaha görə iki dəfə cəzalandırarmı? Bu isə “Ənam” surəsinin 160-cı ayəsi ilə necə uzlaşır?
وَمَن جَاء بِالسَّيِّئَةِ فَلاَ يُجْزَى إِلاَّ مِثْلَهَا وَهُمْ لاَ يُظْلَمُونَ
“Kim pis bir iş görsə, ona həmin işin misli qədər cəza verilər və onlara zülm olunmaz (nə savabları azalar, nə də cəzaları artırılar).”
Burada biz təfsir alimlərinin bu ayəyə verdikləri iki izahı qeyd etməklə kifayətlənirik:
1. Dünyada bir günahı neçə dəfə yerinə yetirənə ikiqat cəza verilmir. Axirətdə isə belə deyildir. Məsələn, bir məclisdə neçə stəkan şərab içənə neçə dəfə şallaq vurulmur və bir dəfə hesablanaraq cəzası təyin edilir. Yaxud, oğru tutulduğu zaman şəriət hakimi (qazi) ona yalnız bir dəfə cəza tətbiq edir. Qiyamət günündə isə hər bir günahın ayrıca cəzası var.
Demək, qeyd olunan “ikiqat əzab” axirət cəzalarına aiddir və hər bir günah üçün ayrıca cəza nəzərdə tutulacaq.
2. Bəzi günahlar aşkar, bəziləri isə gizli şəkildə yerinə yetirilir. Şübhəsiz, camaatın gözü önündə yerinə yetirilən günahın cəzası gizli şəkildə görülən günahla bərabər deyil. Aşkar şəkildə günah edən Allaha hörmətsizlik  etməklə yanaşı başqalarını da günaha sövq edir. Demək, belə bir şəxs zahirdə (məsələn) şərab içsə də, həqiqətdə, üç günaha yol verir, harama əl atır, Allaha qarşı çıxır və başqalarını da ona təşviq edir. Odur ki, həmin şəxs bir günaha görə üç dəfə cəzalanmalıdır.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma