SƏBRİN HƏQİQƏTİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Bəzilərinin səbrə baxışı yanlışdır və onu “əli əl üstə qoyub gözləmə” “fəaliyyət göstərməmə” kimi təsəvvür edir və ya “hər zülmə təslim olma” kimi yanlış mənalandırır! “Bəqərə” surəsinin 250-ci ayəsində buyurulur:
وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِ قَالُواْ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
“Onlar Calut və onun qoşunu ilə vuruşmaq üçün qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə (qəlblərimizə) səbir və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə kafir qövmə qarşı kömət et.”
Bu ayə əli əl üstə qoyub gözləmək və ya zülmə tabe olmqla tam ziddir. Talutla qoşunu Allah-Taaladan səbir və dözüm istəyir ki, təlaş və fəaliyyətlə zülmlə mübarizə apararaq düşmənə qalib gəlsin və zülmün kökünü kəssinlər.
Səbrin növləri vardır ki, bu ayədə qeyd olunan onun biridir və günah və məsiyət müqabilində səbir, itaət və ibadət müqabilində səbir, ehtiras müqabilində səbir, haram mal müqabilində səbir, vəzifə müqabilində səbir, şeytani vəsvəsələr müqabilində səbir, nəfsin istəkləri müqabilində səbir və s. növlərə də rast gəlinir. Səbir və dözümü olmayan insanın zəhməti itər, həyatı boyu ağrı-acılarla ələ gətirdikləri əldən çıxar.
İlahi, bizim səbir və dözümümüzü artır! Bizi həqiqi səbir edənlər sırasına qat! Bizi səbir edənlərlə bir mükafatlandır! Elə et ki, daim Səndən razı qalaq və behiştin yüksək dərəcələrinə nail olaq! Amin!

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma