İkinci şərt: Hərəkətsizlik

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Üçüncü şərt: Namazın vacib şərtlərini yerinə yetirməyin mümkünlüyüBirinci şərt: Yerin halal olması;


Məsələ 805:
Əgər namaz qılan şəxsin namaz qılmaq istədiyi yer hərəkətli olarsa, yə’ni həmin şəxs həmin yerdə namazın əməllərini adi qaydada yerinə yetirə bilməzsə, onun namazı batildir. Beləcə, gəmidə, qatarda və bu kimi başqa yerlərdə namazın əməllərini düzgün yerinə yetirmək düzgün olduqda bunun eybi yoxdur. Vaxt darlığından və ya başqa bir zərurətdən gəmi, aftomobil və bu kimi hərəkətli bir yerdə namaz qılmağa məcbur olduqda imkan həddində daim dəyişən qiblə tərəfə dayanmaq lazımdır. Namaz qılan şəxs dəyişən qibləyə doğru hərəkət etdiyi vaxt namazın mətnindən deməməlidir.


Məsələ 806: Arpa, buğda və bu kimi dənli bitkilər xırmanında bir qədər hərəkət olsa da, namazın vacib əməllərini yerinə yetirmək mümkünsə namaz qılmaq olar.


Məsələ 807: Külək, yağış və ya izdihamın sıxıntısı səbəbindən namazın düzgün yerinə yetirilməsinə şübhə yarandıqda, namazı başa vurmaq ümidi ilə başlayıb maneəsiz başa çatdırsa, namaz düzgündür.


Məsələ 808: Əgər bir yerdə dayanmaq haramdırsa (Məsələn, uçmaqda olan bir yerdə) orada namaz qılınmamalıdır. Namaz qılınarsa belə, vacib ehtiyat budur ki, həmin namaz təzələnsin. Eləcə də üzərində dayanmaq və oturmaq haram olan bir yerdə (məsələn, Allahın adı yazılmış xalça üzərində) namaz qılmağın hökmü yuxarıdakı kimidir.

 

Üçüncü şərt: Namazın vacib şərtlərini yerinə yetirməyin mümkünlüyüBirinci şərt: Yerin halal olması;
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma