Müsafirin namazı ilə bağlı müxtəlif məsələlər

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Qəza namazı2. On gün qalmaq məqsədi


Məsələ 1182: Müsafir dörd yerdə namazını tam və ya yarı qılmaqda azaddır: “Məscidül-Həram”, “Məscün-Nəbi”, “Kufə” məscidi, İmam Hüseyn (ə)-ın hərəmi. Bu dörd yerdə namazı tam qılmaq fəzilətlidir. Məscidin Peyğəmbər (s) dövründəki əhatəsi ilə bu günkü əhatəsi arasında fərq yoxdur. Peyğəmbər (s) məscidi, Kufə məscidi və İmam Hüseynin (ə) hərəmi də bu hökmdədir.


Məsələ 1183: Müsafir olduğunu bilib, namazı yarı qılmalı olan şəxs onun tam qılarsa namazı batildir. Əgər müsafir namazının yarı olduğunu unudarsa və tam qılarsa, onu təzələməlidir. Müsafir namazının hökmünü bilib səfərdə olduğuna diqqət yetirməyən və namazını tam qılan şəxs, əgər müsafir namazının yarı olması hökmünü bilməmişsə, bu vaxtadək bu hökmü eşitməmişsə, yarı namaz əvəzinə qıldığı tam namaz düzgündür.


Məsələ 1184: Namazı yarı qılmalı olduğunu ümumi şəkildə bilən müsafir onu xırdalıqlarından xəbərsiz olarsa (məsələn, bilməzsə ki, müsafir üçün səkkiz fərsəx yol getmək şərtdir) ehtiyata əsasən tam qıldığı namazı yarı şəkildə təzələməlidir.


Məsələ 1185: Bir şəxs müsafir olduğunu unudub namazı tam qılarsa, namazın vaxtı ötməmiş yadına düşdükdə, namazı yarı şəkildə yerinə yetirməlidir. Vaxtı keçdikdən sonra başa düşsə qəzası yoxdur.


Məsələ 1186: Vəzifəsi namazı tam qılmaq olan şəxs bilərəkdən, səhvən və ya unutduğu üçün namazı yarı qılarsa, namazı batildir. Hətta on gün qalmaq qərarına gəlib həmin müddətdə namazı tam qılmalı olduğunu bilməyən və yarı qılan şəxs vacib ehtiyat budur ki, onları tam şəkildə təzələsin.


Məsələ 1187: Dörd rəkətli namaza məşğul ikən müsafir olduğunu xatırlayan şəxs (ya da səkkiz fərsəx yol getdiyini yada salan adam) üçüncü rəkətin rükusuna getməsə, namazını iki rəkətli başa çatdırmalıdır. Əgər üçüncü rəkətin rükusuna getsə namazı batildir, onu yarı şəkildə yenidən qılmalıdır.


Məsələ 1188: Bir şəxs yarı namaz qıldığı vaxt namazın gedişində müsafir olmadığını, namazı tam qılmalı olduğunu yada salsa, namazını dörd rəkətli tamamlamalıdır və bu namaz düzgündür.


Məsələ 1189: Namazın əvvəl vaxtında səfərdə olub namazını qılmayan, sonra vətəninə və ya on gün qalmalı olduğu yerə çatan şəxs namazını tam qılmalıdır. Namazın əvvəl vaxtında vətənində və ya on gün qalmalı yerdə olan, sonra səfərə çıxan şəxs səfərdə namazını yarı qılır.


Məsələ 1190: İnsanın namazı səfərdə qəzaya getsə, onun qəzasını yarı qılmalıdır. (Namazın qəzasını səfərdə və ya vətəndə qılmağın fərqi yoxdur.) Əgər vətəndə namazı qəzaya getsə həmin namazın qəzası səfərdə də tamdır.


Məsələ 1191: Müstəhəbdir ki, müsafir savab ümidi ilə hər yarı namazdan sonra otuz dəfə desin: “Sübhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər.”


Məsələ 1192: Müsafir namazının hökmü səfərin asan və ya çətin olmasından asılı deyil. Bugünki rahat səfərlərdə də yarı namaz hökmlərinə əməl olunmalıdır.

 

Qəza namazı2. On gün qalmaq məqsədi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma