Niyyət

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Orucu batil edən işlər Orucun vacib olması


Məsələ 1316: Oruc ibadətlərdəndir və niyyətlə icra edilməsi lazımdır. Niyyətin dilə gətirilməsi və yaxud qəlbdən keçirilməsi lazım deyil. Əgər nəzərində Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğribə qədər orucu batil edən işlərdən çəkinmək olsa, kafidir.


Məsələ 1317: Ehtiyat üçün, bu zamanın hamısında oruc olduğunu yəqin etməkdən ötrü bir az sübh azanından qabaq, həmçinin bir az da qürubdan sonra orucu batil edən işlərdən çəkinməlidir.


Məsələ 1318: Mübarək ramazan aynının gecələrində sabahkı günün orucu üçün niyyət etməsi kafidir. Lakin, birinci gecədə bundan əlavə, bir ayın orucunu niyyət etməsi yaxşıdır.


Məsələ 1319: Niyyətin müəyyən vaxtı yoxdur, sübh azanından qabaqkı vaxta qədər istədiyi vaxtda niyyət etsə, kafidir. Obaşdana durduğu zaman ondan, “Məqsədin nədir?” deyə sual edildikdə “Oruc tutmaq istəyirəm” desə, kafidir.


Məsələ 1320: Bütün gün uzunu müstəhəb orucun niyyətini etmək olar. Hətta qüruba az bir vaxt qalmış olsa belə, orucu batil edən şeyləri yerinə yetirməyibsə, müstəhəb oruc niyyəti edə bilər və onun orucu düzgündür.


Məsələ 1321: Əgər ramazan ayında niyyəti unutsa və zöhr azanından qabaq yadına düşsə, tez niyyət etməlidir və orucu batil edən şeyləri yerinə yetirməyibsə, orucu düzgündür. Lakin, zöhrdən sonra niyyət etsə, (orucu) düzgün deyil.


Məsələ 1322: Ramazan aynının oruclarından başqa, oruc tutmaq istəyən şəxs onu müəyyən etməlidir. Məsələn, qəza və yaxud nəzir orucu tutduğunu niyyət etməlidir. Lakin, ramazan ayında sabah oruc tutacağını niyyət etsə, kafidir. Əgər ramazan ayının olmasını bilməsə və yaxud bilib unutsa və ayrı orucu niyyət etsə, ramazan ayının orucundan hesab olunar. Lakin, bilərəkdən ramazan ayında başqa orucu niyyəti etsə (ramazan ayında başqa oruc tutmağın düzgün olmadığını bildiyi halda), onun orucu batildir. Yəni, nə ramazan və nə də ayrı (orucdan) hesab olmaz.


Məsələ 1323: Niyyət halında birinci, ikinci və s. günlərin orucunu tutduğunu müəyyən etməsi lazım deyil. Hətta, əgər günü müəyyən etsə, məsələn, “ayın ikinci gününün orucunu tuturam” desə və sonra mə’lum olsa ki, üçüncü gündür, onun orucu düzgündür.


Məsələ 1324: Əgər sübh azanından qabaq oruc niyyəti etsə və sonra huşdan getsə və ya məst olsa və gün ərzində huşa gəlsə və heç bir xilaf iş görmədiyi halda, vacib ehtiyata görə, o günün orucunu tamam etməli və qəzasını da yerinə yetirməlidir.


Məsələ 1325:
Əgər ramazan ayı olduğunu bilmədiyindən, yaxud unutduğundan oruc tutmasa və zöhr namazından sonra, yaxud zöhrdən qabaq iftar etmiş halda xəbər tutsa, ramazan ayına ehtiram edərək qüruba qədər orucu batil edən şeylərdən pəhriz etməli və ramazan ayından sonra həmin günün qəzasını tutmalıdır.


Məsələ 1326: Sübh azanından qabaq həddi-büluğa çatan uşaq oruc tutmalıdır. Əgər azandan sonra həddi-büluğa çatsa və orucu batil edən şeyləri yerinə yetirməyibsə, vacib ehtiyata əsasən, oruc tutmalı və sonra qəzasını da yerinə yetirməlidir.


Məsələ 1327: Ramazan ayının və yaxud başqa vacib orucun qəzası boynunda olan şəxsin müstəhəb oruc tutması caiz deyil. Əgər unutqanlıq üzündən müstəhəb oruc tutsa və zöhrdən qabaq yadına düşsə, niyyətini vacib orucla əvəz edə bilər. Lakin, zöhrdən sonra yadına düşsə, orucu batildir.


Məsələ 1328: Ölü bir şəxsin orucunu tutmaq üçün əcir olan şəxs özü üçün müstəhəb oruc tuta bilər.


Məsələ 1329: Mübarək ayın orucundan başqa bir oruc insana vacib olsa, məsələn, müəyyən bir gündə oruc tutmağı nəzir edibsə, əgər bilərəkdən sübh azanına qədər niyyət etməsə, orucu batildir lakin, bunu unutsa və zöhrdən qabaq yadına düşsə, niyyət edə bilər.


Məsələ 1330: Əgər müəyyən olmayan vacib oruc boynunda varsa (ramazan ayının qəza orucu və yaxud kəffarə kimi) zöhrə qədər niyyət edə bilər. Yəni, orucu batil edən şeyləri yerinə yetirmədiyi halda, zöhrdən qabaq niyyət etsə, orucu düzgündür.


Məsələ 1331: Əgər ramazan ayında, zöhrdən qabaq kafir bir şəxs müsəlman olsa və bu vaxta qədər orucu batil edən şeyləri yerinə yetirməyibsə, vacib ehtiyata əsasən, oruc tutmalıdır və qəzası da yoxdur. Habelə, zöhrdən qabaq sağalan xəstə orucu batil edən şeyləri yerinə yetirməyibsə, oruc niyyəti etməli və ehtiyat üçün qəzasını da yerinə yetirməlidir. Əgər, zöhrdən sonra sağalsa, həmin günün orucu vacib deyil, sonra yalnız qəzasını tutmalıdır.


Məsələ 1332: Yəvmuş-şəkdə, yəni insanın tərddüd etdiyi gün - şaban ayının axırı və ya ramazan ayının ilk günü oruc tutmaq vacib deyil. Əgər (yəvmuş-şəkdə) oruc tutmaq istəsə, şaban ayını niyyət etməlidir və yaxud boynunda qəza orucu olsa, qəzanı niyyət etməlidir. Belə ki, sonradan ramazan ayı olduğu mə’lum olsa (orucu) ramazan ayından hesab olar. Lakin, əgər gün ərzində (ramazan ayı olduğunu) başa düşsə, tez öz niyyətini ramazan ayının orucu ilə əvəz etməlidir.


Məsələ 1333: Əgər ramazan ayında, yaxud hər hansı müəyyən bir vacib orucda oruc tutmaq niyyətindən dönsə və yaxud oruc tutub-tutmamasında tərddüd etsə, orucu batil olur. Həmçinin, orucu batil edən bir şeyi yerinə yetirməyi niyyət etsə, məsələn, nəsə yemək qərarına gəlsə, hətta yemək yeməsə belə, orucu batil olur. Əgər qərara gəldiyi zaman o əməlin orucu batil etməsinə diqqət yetirməyibsə, istisnadır.


Məsələ. 1334: Müstəhəb və vaxtı müəyyən olmayan orucda ( qəza orucu kimi), orucu batil edən şeylərdən birini yerinə yetirməsi qərarına gəlsə və yaxud o işi yerinə yetirib-yetirməməsində tərddüd etsə, əgər (o işi) yerinə yetirməsə, zöhrdən qabaq yenidən niyyət etsə, orucu düzgündür.

 

Orucu batil edən işlər Orucun vacib olması
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma