Zəkatın niyyəti

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Zəkatın müxtəlif məsələləriZəkatın müstəhəqləri


Məsələ 1662: Zəkatda qürbət qəsdi şərtdir. Yəni zəkat Allah-taalanın əmrinə itaət etmək üçün verilməlidir. Gərək niyyətində malın və yaxud fitrənin zəkatı olmasını müəyyən etsin. Lakin, əgər buğda, arpa və başqa şeylərin zəkatını verirsə, zəkatın hansının olmasını müəyyən etməsi lazım deyil.


Məsələ 1663: Bir neçə malın zəkatı vacib olan şəxs müəyyən qədər zəkat verib heç birini niyyət etməsə, bu halda, verdiyi şey onların biri ilə eyni cinsdən olsa, həmin cinsin zəkatı hesab olunur. Əgər heç biri ilə həmcins olmasa, onların hamısına bölünər. Bu baxımdan, məsələn, əgər zəkat adı ilə bir qoyun versə, qoyunun zəkatı hesab olur. Lakin, qoyun və inəkdən zəkata borclu olduğu halda müəyyən qədər gümüş pul versə, hər ikisinin arasında bölünər.


Məsələ 1664:
Əgər bir nəfəri malın zəkatını verməyə vəkil etsələr, vəkilin niyyət edib-etməməsindən asılı olmayaraq, həmin miqdar malik niyyət etsə kafidir. Əgər malik zəkatın niyyətini etməyib, bütün öhdəlikləri vəkilə tapşırıbsa, gərək vəkil niyyət etsin.


Məsələ 1665: Əgər malik və yaxud vəkil qürbət qəsdi olmadan zəkatı fəqirə versə, mal aradan getməzdən öncə malikin özü qürbət niyyəti etsə, zəkat hesab olunar.


Məsələ 1666: Hər vaxt zəkatı öz istəyi ilə ödəməsə, şəriət hakimi güc tətbiq etməklə ondan ala bilər və zəkat hesab olunar. Belə olan halda qürbət niyyəti hesab olunmur. Lakin, ehtiyat odur ki, şəriət hakimi qürbət qəsdi etsin.


Zəkatın müxtəlif məsələləriZəkatın müstəhəqləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma