54-Səhabələr ağlın və tarixin mühakiməsi qarşısında

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Bizim dini əqidəmiz
55-Əhli-beytin elmi Peyğəmbər (s.ə)-in mirasıdır53-Əli (ə) səhabələrin ən fəzilətlisi idi


Tarixə baxdıqda Peyğəmbərin (s) köməkçiləri və əshabının arasında böyük, fədakar və ləyaqətli insanların olduğunu görərik. Hətta Qur`ani-kərimdə və İslami rəvayətlərdə bu səhabələrin haqqında, onların fəziləti barəsində çoxlu bəhslər mövcuddur. Lakin bu o demək deyildir ki, biz, Peyğəmbərin (s) bütün səhabələrini məsum (günahsız-pak) saymalıyıq. Səhabələrin hamısının əməllərini istisnasız olaraq doğru-düzgün saymaq, yanlış fikir deyildirmi? Diqqət etmək lazımdır ki, Qur`ani-kərimin müxtəlif ayələri (bir çox ayələri; Bəraət surəsi, Nur surəsi və Munafiqin surəsi) Peyğəmbərin (s) əshabının arasında yer tutan ikiüzlü, mənfur niyyətli səhabələrdən söhbət açaraq, onları şiddətli şəkildə tənqid atəşinə tutur. Başqa bir cəhətə diqqət etdikdə isə, İslam Peyğəmbərinin (s) vəfatından sonra müsəlmanlar arasında müharibə alovunu yandıran, öz beyətini dövrün xəlifəsi və imamı ilə namərdcəsinə sındıran və minlərlə müsəlmanın qanını axıdan səhabələri görürük! Sizcə biz bu səhabələri pak və müqəddəs hesab edə bilərikmi?!
Necə ola bilər ki, müharibə edən hər iki tərəfin haqlı və düzgün yolda (məsələn; Cəməl-Süffeyn müharibələrində) olduğunu söyləyək?[9] Müharibə edən (hər biri-digərini nahaq və düşmən sayan) iki tərəfin hər ikisinin haqlı olması açıq-aşkar “ziddiyyət” deməkdir. Və bu “ziddiyyət” bizim üçün qəbul olunmaz bir məsələdir.
Bir çoxları bu ziddiyyəti ört-basdır etmək məqsədilə “ictihad” bəhsini bəyan edərək belə söyləyirlər; “Müharibə edən iki əshabın biri doğru yolda olmuş, digəri isə xətakardır! Amma bu xətakar öz ictihadına (ağlının düşündüyünə) əməl etdiyi üçün, Allah yanında üzrlü, bəlkə də, savaba malikdir. Həqiqətdə zikr olunan əqidə ağlın və şəriətin qəbul etmədiyi, əsassız bir etiqaddır. Necə olur ki, öz etiqadına əməl edərək Peyğəmbərin (s) canişini ilə beyəti sındıran, müharibə alovunu müsəlmanların arasında şölələndirərək, günahsız insanların qanını tökən bir şəxs savab sahibi olsun?
Əgər bütün bu günahsız axan qanları “ictihad-şəxsi düşüncə” ilə yumaq mümkündürsə, hansı pis və fasiq əməlləri ictihadla yumaq mümkün deyildir?[10]
 Biz inanırıq ki, bütün insanlar, həmçinin Peyğəmbər (s.ə)-in səhabələri də, “öz əməllərinin girovundadır.” (Müddəsir, 38) Və Qur`anın bu böyük qanunu: “Şübhəsiz, Allah yanında ən çox əziziniz, ən çox təqvalı olanınızdır!” (Hücürat, 13) Səhabələrə də, şamildir! Deməli, səhabələrin şəxsiyyəti onların əməllərilə ölçülür. Əgər belə olarsa, onların barəsində daha da məntiqli şəkildə hökm vermiş olarıq. Və söyləyərik: “Peyğəmbər (s.ə)-in dövründə əshabın sırasında yer alan və Peyğəmbər (s.ə)-ə sədaqətli olan, Onun (s) vəfatından sonra da İslam dini üçün çalışan, Qur`anla olan, əhd-peymana sadiq qalan şəxslər dəyərli insanlardır. Onlar vəfadar və layiqli səhabələrdir. Lakin Peyğəmbər (s.ə)-in zamanında münafiqlərdən sayılan, onun qəlbini sındıran və Həzrət Peyğəmbər (s.ə)-in vəfatından sonra da, haqq yoldan uzaqlaşaraq İslamın, müsəlmanların mərafelərinin əksinə çalışan şəxslər sevgi və məhəbbətə (ehtirama) layiq deyildirlər. Qur`ani-kərim bu barədə buyurur: “Elə bir qövmü tapmazsan ki, Allaha və Qiyamət gününə iman gətirmiş olsunlar, lakin Allah və onun peyğəmbəri ilə müxalifət edənlərlə dostluq etsinlər. Hətta müxaliflər, onların ataları, övladları, qardaşları və ya qəbilələri olsa da (onlarla dostluq etməzlər) Allah (bu şəxslərin) könüllərinə iman yazmışdır!” (Mücadilə, 22) Bəli, Peyğəmbər (s.ə)-in zamanında və ya onun vəfatından sonra İslam Peyğəmbərini (s) incidərək, onu narahat etmiş şəxslər hörmətə layiq deyildirlər.
Amma unutmaq olmaz ki, Peyğəmbər (s.ə)-in əshabının bir dəstəsi İslamın inkişafı yolunda ən çətin və böyük imtahanlarda iştirak etmiş və Allah-təala tərəfindən müxtəlif formalarda mədh olunmuşlar. Həmçinin, əshabdan sonra onların yolunu davam etdirmiş şəxslər və İslam dininin inkişafı yolunda addım atacaq hər bir kəs, mədhə və ehtirama layiqdir. Qur`ani-kərim buyurur: “Mühacir və ənsardan öndə olan (İslama iman gətirməkdə və yaxşı işlərdə əvvəlinci olan) şəxslərdən və yaxşı işlərdə onların yolu ilə gedən kəslərdən Allah-təala razı olmuşdur. Onlar da Allahdan razı olmuşlar!” (Tövbə, 100)
 

55-Əhli-beytin elmi Peyğəmbər (s.ə)-in mirasıdır53-Əli (ə) səhabələrin ən fəzilətlisi idi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma