74-Şiənin tarixi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Bizim dini əqidəmiz
75-Şiə məzhəbinin coğrafi əhatəsi73-Müvəqqəti nikah

“Şiə”nin yaranma tarixi Peyğəmbərin (s) dövrünə qayıdır. Belə ki, biz Həzrət Məhəmmədin (s.ə) kəlamlarında da dəfələrlə “şiə” barəsində olan müxtəlif mövzularla rastlaşırıq. Və bu barədə (cürbəcür) mənbələrə əsaslanaraq) aydın dəlil-sübutlar mövcuddur.
Qur`an müfəssirlərinin (şərhçiləri) əksəriyyəti Bəyyinə surəsinin 7-ci ayəsinin: “İman gətirənlər və yaxşı işlər görənlər yaranmışların ən yaxşısıdır”- kəlamının şərhində Peyğəmbərdən (s) olan bu hədisi qeyd edirlər; “Bu ayədən məqsəd Əli (ə) və onun şiələridir!”
Həmçinin məşhur Qur`an müfəssiri “Siyuti” özünün “Əd-dürrül-mənsur” (“Əd-dürrül-mənsur”, c. 6, s 379) kitabında ibn Əkasirin vasitəsilə Cabir ibn Abdullahdan belə nəql edir; “Biz Peyğəmbərin (s) yanında idik. Elə bu vaxt Həzrət Əli (ə) bizə yaxınlaşdı. Peyğəmbər (s) onu gördükdə buyurdu: “And olsun Tanrıya ki, canım onun əlindədir, Əli və onun şiələri Qiyamət günü qurtuluşda olanlardandır!” Sonra isə yuxarıda qeyd olunan Bəyyinə surəsinin 7-ci ayəsi nazil oldu. Sonralar hər vaxt Həzrət Əli (ə) Peyğəmbərin (s) əshabının yanına gəldikdə, onlar belə söyləyirdilər: “Allahın yaratdıqlarının ən yaxşısı gəldi”. Bütün bunları ibn Abbas, Əbu-Bərzə, ibn Mərdiyə, Ətiyye Ufidə, azacıq fərqlə rəvayət etmişlər.[8] Elə buna əsasən də, “şiə” adının Həzrət Əli (ə)-ın davamçılarına Həzrət Peyğəmbərin (s) dövründə nisbət verilməsi aydın olur.
İslam Peyğəmbəri (s) şəxsən özü onları şiə adlandırmışdır. Və bu adın xəlifələr dövründə yaxud səfəvilər dövründə yarandığını iddia etmək əsassız olaraq, heç bir sübut-dəlilə arxalanmır.
Biz İslam dünyasında mövcud olan başqa firqələrə, məzhəblərə ehtiram edir və onlara nəhayət dərəcədə hörmətlə yanaşırıq. Onlarla birlikdə “camaat namazı” qılır, birlikdə həcc mərasimlərində iştirak edir, İslam dinində müştərək olduğumuz mövqelərdə və hədəflərdə birgə çıxış edirik. Lakin bununla belə biz, Əli (ə)-ın məktəbinin çoxlu üstün xüsusiyyətlərə malik olduğunu, ona Peyğəmbər (s) tərəfindən xüssusi diqqət və əhəmiyyət verildiyinə görə şiə məktəbini seçmişik.
Qeyd: Bəzi müxalif qüvvələr idda edirlər ki, “şiə məktəbi” Abdullah ibn Səba ilə sıx bağlıdır. Və şiələrin Abdullah ibn Səbanın davamçıları olduğuna təkid edirlər.
Əslində Abdullah ibn Səba bir yəhudi idi və sonradan İslamı qəbul edərək, zahirdə müsəlman olmuşdu. Bu şəxsin şiə məktəbinin rəhbəri kimi tanıtdırılması çox qəribə və təəccüblüdür. Çünki şiə dünyasının bütün tanınmış kitablarında bu adam barəsində heç bir rəğbət hissi oyadan söz yoxdur. Doğrusu, şiənin bütün “rical” kitabları onu azğın, yolunu azmış bir şəxs kimi tanıtdırır. Hətta bizim bəzi rəvayətlərimizə əsasən Həzrət Əli (ə) onun mürtəd olduğuna görə, ölümünə fərman vermişdi![9]
Onu da qeyd etmək lazımdır ki, tarixdə Abdullah ibn Səba adlı belə bir şəxsin olduğuna dair şübhələr də, mövcuddur. Bəzi tədqiqatçıların rəyinə əsasən, o, əfsanəvi-uydurulmuş bir şəxsdir. Tarixdə “Abdullah ibn Səba” adlı şəxsiyyət olmamışdır. Necə ola bilər ki, xəyali bir fərd şiənin banisi olsun?![10]
Ümumiyyətlə, o uydurulmuş əfsanə olmasa da, biz Abdullah ibn Səbanı mürtəd, azğın bir şəxs hesab edirik.
 

75-Şiə məzhəbinin coğrafi əhatəsi73-Müvəqqəti nikah
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma