Quranın ecazkarlığına açılmış pəncərə.

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin


Nə üçün müqəttəə hərfləri?
Bildiyimiz kimi, Quranın bir çox surələri müqəttə hərfləri ilə başlamışdır. Buna aid «Əlif-lam-mim», «Əlif-lam-mim-ra», «Yasin» və digər ayələri nümunə göstərmək olar. Bəzi rəvayətlərə əsasən, bu müqəttəə hərflərinin ehtimal olunan məna açılışlarından biri budur ki, Allah bu böyük möcüzənin, yəni Quranın sadəcəolaraq «əlifba» hərflərindən təşəkkül tapdığı bildirmək istəyir. Görün, bu əzəmətli kəlamlar necə hərf və sözlərdən təşkil olunmuşdur ki, kiçik yaşlı uşaqlar da onu oxumağa qadirdilər. Doğrudan da, bunun özü böyük bir möcüzədir.
Burada bir sual yaranır: Quran hansı nöqteyi-nəzərdən möcüzə hesab olunur? Təkcə fəsahət, balağət cəhətlərindənmi möcüzədir? Başqa sözlə, onun möcüzə olması yalnız şirin, mənalı və nüfuzlu ifadələrinəmi görədir, yoxsa, başqa cəhətlərə görə də möcüzədir?
Həqiqət budur ki, Qurana hər dəfə müxtəlif aspektlərdən nəzər yetirdikdə onun müxtəlif möcüzələri aşkar olur. Məsələn:
1.Onun fəsahət və bəlağəti. Onda olan şirin, hər şeyi əhatə edən, mənalı, dəyərli və çox cazibəli mənaların hamısı başdan-ayağa möcüzədir.
2.O, (Quran) hər baxışdan gözəl şeyləri, xüsusən, mövhumat və cəfəngiyyatdan kənar olan dini əqidəni əhatə etmişdir.
3.Onun elmi möcüzələri. Yəni, Quran o vaxtadək insanlar üçün məlum olmayan elmi məsələləri izah etmişdir.
4.Quranın qeybdən verdiyi xəbərlər. O vaxt hələ baş verməmiş bir neçə hadisə daha sonra açıq-aşkar baş vermişdir.
5.Ayələrin bir-biri ilə heç bir ziddiyyət yaratmaması və mənaların bir-biri ilə tam uyğunluğu, həmçinin bir çox başqa möcüzələr.
Bu beş mövzu barədə bəhs həddən artıq çoxdur. Biz isə bir neçə dərsdə bunların əsas məzmununu araşdıracağıq.
1.Fəsahət və bəlağət
Bilirik ki, hər bir söz iki hissədən ibarətdir: kəlmə və məna.
Əgər kəlmələr gözəl, layiqli, bir-birinə uyğun və nöqsansız olsa, eləcə də cümlə birləşmələri, məna və məqsəd könül iətəyən kimi cazibəli olsa, o kəlam fəsih və bəliğ kəlam adlanar.
Quran bu iki xüsusiyyəti (fəsahət, bəlağət) özündə son dərəcə yüksək səviyyədə ehtiva edir. Belə ki, indiyədək heç kim onun şirinliyi, cazibədarlığı kimi şirin və çox cazibəli ayələr gətirə bilməyib.
Müşriklərin arasından seçilmiş olan Vəlid ibn Muğəyrə kimi şəxs Quran ayələrini eşitdikdən sonra heyrətə gəlib fikrə qərq oldu. Bir müddət fikirləşdikdən sonra Quranla mübarizə etmək məqsədi ilə müşriklərə «deyin, Quran sehr, Məhəmməd isə sehrbazdır» deyə əmr etdi.
Onlar bu adı peyğəmbərə dəfələrlə vermişdilər. Onlar bu yolla Quranın adına xələl gətirmək istəyirdilər. Əslində isə bu Quranın əzəmətini daha da ucaltdı. Çünki bu, (Quranı sehr adlandırmaq) Quranın fövqəladə nüfuzlu olduğuna bir etiraf idi. Quranı sadə yolla tanımaq qeyri mümkündür. Buna görə də, onu cazibəli və tanınmamış bir qüvvə hesab etməliyik. Müşriklər həqiqəti və Quranı möcüzə olaraq qəbul etmək əvəzinə, haqsızlığa əl ataraq onu sehr adlandırdılar.
İslam tarixində inadkar şəxslərin peyğəmbərin hüzuruna gəlib bir neçə Quran ayəsini dinləməklə birdən-birə İslam nurunun qəlblərində parladığı dəfələrlə görülmüşdür. Bu, Quranın cazibəsinin, fəsahət və bəlağətinin möcüzə olduğunu göstərir.
Uzağa getməyək, hal-hazırda ərəb ədəbiyyatı ilə tanışlığı olan insanlar Quranı nə qədər oxuyub təkrar edirlərsə, heç yorulmur, Qurandan doymurlar. Əksinə, daha çox ləzzət alırlar.
Quran ifadələri həddən artıq dəqiq, mətin şəkildə, eyni zamanda açıq-aşkar, yeri gəldikdə isə, qəti surətdə bəyan edilmişdir.
Yeri gəlmişkən, xatırlatmalıyıq ki, ərəblər o zamanlarda ədəbiyyat sahəsində çox irəliləmişdilər. Cahiliyyət dövrünün bəzi şerləri hal-hazırda da ərəb ədəbiyyatının ən gözəl şerlərindən hesab edilir.
Hər il Hicaz ədəbiyyatçılarından bir dəstəsi Məkkə şəhərində yerləşən Əkkaz bazarına yığışıb öz şerlərini təqdim edirdilər. Onların ən yaxşısı «ilin şeri» adına layiq görülərək yazılıb Kəbənin divarlarından asılırdı. Həzrət Məhəmməd(s) peyğəmbərliyə yetişdiyi dövrdə artıq «Yeddi müəlləqat» adlı möhtəşəm poeziya nümunələri hərəsi bir dəfə ilin şeri adına layiq görülüb Kəbənin divarından asılmışdı. Quran nazil olduqdan sonra onların fəsahət və bəlağəti nüfuzdan elə düşdü ki, onları bir-birinin ardınca oradan götürməli oldular.
Quran təfsirçiləri müxtəlif ayələrin əsasında Quranın incəliklərini bacardıqları qədər qələmə almışlar. Siz bu təfsirçilərə müraciət etməklə, yuxarıda deyilən məsələ ilə daha ətraflı tanış ola bilərsiniz.
Quranla tanışlıq göstərir ki, peyğəmbərin Quran barədə buyurduğu aşağıdakı hədis heç də təsadüfi və mübaliğə dərəcəsində deyildir. Peyğəmbər buyurmuşdur: «Quranın zahiri gözəl və zinətli, batini isə çox dərindir. Onda olan maraqlı və heyrətamiz məsələlər köhnəlməz.»
Quran məktəbinin böyük şagirdi olan Əmirəl-möminin Həzrət Əli(ə) da Nəchül- bəlağədə bu barədə belə buyurur: «Qəlbin baharı Qurandadır. Elm çeşmələri Qurandan qaynayır. Qəlbi təmizləmək üçün Qurandan yaxşı heç bir şey yoxdur».

 

Fikirləşin və cavab verinFikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma