Quranın dünya görüşü

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin


Hər şeydən əvvəl Quranın nazil olduğu mühitin təfəkkür və mədəniyyət səviyyəsini nəzərdən keçirməliyik. Bütün tarixçilərin fikrincə, Hicaz dünyanın ən geri qalmış hissələrindən biri olmuşdur. Belə ki, bəzən «Cahiliyyət» dövrünün insanlarını vəhşi insanlar adlandırırlar. Etiqad cəhətdən bütpərəstliyə həddən artıq bağlanmış, daş və çubuqdan hazırlanmış müxtəlif şəkilli bütlər Hicazın hər tərəfinə yayılmışdı. Deyilənlərə görə, hətta xurmadan da bütlər düzəldib onlara sitayiş edirlərmiş. Qıtlıq olduqda isə onları yeyirdilər.
Qız uşaqlarına mənfi rəğbət bəsləyirdilər. Hətta iş o yerə çatmışdı ki, qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Buna baxmayaraq, mələkləri Allahın (öz fikirlərində tutduqları Allahın) qızları, Allahı isə adi bir insan hesab edirdilər. Tövhid və təkallahlılıqdan son dərəcə təəccüblənirdilər. Həzrət Məhəmməd(s) onları tövhidə dəvət etdikdə gəlib deyirdilər: «Əcaba, o (Muhəmməd Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu doğrudan da çox təəccüblü bir şeydir». (Sad, 5). Kim onların cəfəngiyyat, mövhumat və əfsanələrinin əksinə söz desəydi, onu dəli, divanə adlandırardılar.
Onlar qəbilə və tayfa şəklində yaşayırdılar. Qəbilələr arasında ixtilaflar o yerə gəlib çatırdı ki, iki qəbilə arasında gedən vuruşlar dayanmaq bilmirdi. Qarət və soyğunçuluq onlar üçün adi bir işə çevrilmiş və bununla fəxr edirdilər.
Yazıb-oxumaq bacaran insanlar o vaxt mərkəz hesab olunan Məkkədə barmaqla göstərilirdi. Alim və ziyalı isə həddən artıq az tapılırdı.
Bəli, bu cür mühitdən dərs oxumamış, məktəb və müəllim görməmiş bir şəxs çıxıb hər şeyi özündə əhatə edən bir kitab gətirmişdir. Üstündən 14 əsr keçməsinə baxmayaraq, yenə də alimlər bu kitabın təfsiri ilə məşğuldurlar. Hər an onda yenilik kəşf edirlər.
Quran bu dünya və onun gedişatını çox gözəl və dəqiq surətdə bəyan etmişdir. Tövhidi kamil şəkildə bəyan etmiş və yerin, göyün, gündüzün, günəşin, ayın, bitkilərin və ən əsası insan vücudunun hər birini tək və şərik olmayan Allahın nişanələri kimi qələmə verişdir.
Quran bəzi ayələrdə insan vücudunun batininə nəzər salaraq fitri tövhidə işarə edir. Quran bu barədə buyurur: «Müşriklər gəmiyə mindikləri zaman (dəryada olan möminlər kimi) yalnız Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə də (Ona) şərik qoşarlar.» (Ənkəbut, 65).
Bəzi ayələr ağıl və təfəkkür yolu ilə tövhidin dəlillərini bəyan edir. Təbiət və ətraf mühitdəki nişanələrə arxalanaraq yerin-göyün, heyvanların, dağların, dəryaların yaranmasını, yağışın yağmasını, küləyin əsməsini və insan bədəninin və ruhunun incəliklərini bəyan edir. Allahın sifətlərini açıqlayan zaman Quran ən gözəl yolu seçir. Bir yerdə buyurur: «Ona bənzər heç bir şey yoxdur.» (Şura, 11). Başqa bir ayədə isə belə buyurur: «O özündən başqa bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhmli və mərhəmətlidir! O, özündən başqa heç bir tanrı olmayan, (bütün məxluqatın) sahibi, müqəddəs və pak olan, (bəndələrinə) əmin-amanlıq, salamatlıq bəxş edən, peyğəmbərlərini öz köməyinə arxayın edən, (hər şeyə) göz-qulaq olan, yenilməz qüdrət və qüvvət sahibi, (hər işdə) qalib olub hökmü keçən və (hər şeyin) fövqündə olan Allah-dır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq ona məxsusdur. Göylərdə və yerlədə olanların hamısı onu müqəddəs bilib şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir.» (Həşr, 22, 23, 23).
Quran Allahın elmini vəsf edərək onun elminin sonsuz olduğunu gözəl ifadə ilə bəyan edir: «Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı, yenə də Rəbbimin sözləri (yazılıb) tükənməzdi. (Loğman, 27).
Quran Allahın hər şeyi əhatə etdiyini və onun vücudunun hər yerdə olduğunu özünə məxsus bir ifadə ilə açıqlayır: «Şərq də, Qərb də Allahındır, hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah ordadır.» (Bəqərə, 115). Başqa bir ayədə deyir: «Siz harada olsanız, o, sizinlədir. Allah sizin etdiyiniz bütün işləri görür.» (Hədid, 4). Məad və qiyamət məsələsinə çatdıqda isə, müşriklərin ölülərin dirilməsi barədə büruzə verdikləri təəccübü bəyan edib dərhal cavablarını verir: «Çürümüş sümükləri kim dirildə bilər? De ki, onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyır. O yaradan ki, sizin üçün yaşıl ağacdan od gətirdi. Budur, siz indi od yandırısınız. Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə qadirdir. (hər şeyi) yaradan və (hər şeyi) bilən odur! Bir şeyi (yaratmaq) istədiyi zaman Allahın buyurduğu ona ancaq: «Ol!»- deməkdir. O da dərhal olar. (Belə bir qüdrətə malik olan Allah üçün ölüləri diriltmək çox sadə bir işdir) (Yasin, 78-dən 82-ci ayəyə qədər). (Bu barədə ətraflı məlumatı «Yasin surəsinin tərcüməsi və təfsiri» kitabından əldə edə bilərsiniz.)
Quran yerin, insanın bütün əməllərini yadda saxladığı və qiyamət günü onların hamısını açıb söyləyəcəyi barədə də xəbər verir: «Məhz o gün (qiyamət günü) Allahın ona etdiyi vəhy ilə öz hekayətini söyləyəcəkdir» (Zilzal, 4-5).
Bəzi ayələrdə insanın əl, ayaq və dərisinin onun əleyhinə verəcəyi şəhadətdən söhbət olunur: «Bu gün onların ağzını möhürləyərik. Etdikləri əməllər barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər.» (Yasin, 65). «Müşriklər öz dərilərinə: «Nə üçün əleyhimizə şəhadət verirsiniz?» deyəcəklər. Dərilərə onlara belə cavab verəcəkdir: «Hər şeyi dilə gətirən Allah bizi danışdırdı.» (Fussilət, 21)
Quran maarifi, onun əhatə dairəsi və eləcə də bu maarifin hər cürə xürafat və mövhumatdan uzaq olduğu onu hal-hazırda təhrif olunmuş İncil və Tövratla yanaşı qoyarkən məlum olur. Hər birindən bir hissəni götürüb müqayisə edək. Məsələn, görək, Adəmin yaranışı barədə Quran nə deyir, İncil nə deyir? Peyğəmbərlərin başına gələnləri Tövrat necə açıqlayır, Quran necə açıqlayır? Tövrat və İncil Allahı necə qələmə verir, Quran necə? Bu zaman Quran, Tövrat və İncil arasındakı fərq göz qabağında olacaq.

 

Fikirləşin və cavab verinFikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma