İmamət məsələsi nə vaxtdan başlandı?

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verin Fikirləşin və cavab verin.


Hamımıza məlum olduğu kimi, peyğəmbərin vəfatından sonra müsəlmanlar iki dəstəyə bölünürlər. Bir dəstə deyirdi ki, peyğəmbər özündən sonra heç bir canişin təyin etməmiş və xilafət məsələsini camaatın öz öhdəsinə qoymuşdur. Camaat kimi istəyirsə, onu xəlifə etsin. Bu dəstə «sünni» və ya «sünnə» adlanır.
İkinci dəstənin etiqadına görə isə, peyğəmbərin canişini onun özü kimi günah və səhvdən məsum, camaata maddi və mənəvi rəhbərlik etmək üçün lazımi dərəcədə elmli olmalı və dini göz bəbəyi kimi qoruyub saxlamalı, dinin irəliləməsində əlindən gələni etməlidir. Bu dəstənin fikrincə bu cür şəxsi təyin etmək yalnız Allahın öhdəsində olan və peyğəmbərin vasitəsi ilə həyata keçən bir şeydir. Peyğəmbər də bu işi Allahın əmri ilə həyata keçirmiş və Əli ibn Əbu Talib (ə)-ı öz canişinlik məqamına təyin etmişdir. Bu dəstə «İmamiyyə» və ya «şiə» adlanır.
Bu bəhsləri irəli sürməkdə məqsədimiz məsələni əqli və tarixi dəlillərlə sübuta yetirmək və ona aid Quran ayələri və peyğəmbərin hədislərini şahid gətirməkdir. Ancaq bu bəhslərə başlamazdan qabaq bir neçə məsələni nəzərinizə çatdırmağı lazım bilirik.
1)İmamət məsələsi araya ixtilaf salırmı?
Bəzi insanlar var ki, imamət məsələsi barədə söhbət araya gəldikdə deyirlər, bu gün bu məsələnin yeri deyil. İndi müsəlmanları birləşdirib vəhdət (birlik) yaratmaq lazımdır. Peyğəmbərin canişini barədə söz-söhbət araya ixtilaf salır. İxtilaf və təfriqə yaradan məsələləri kənara qoyub ümumi çətinliklərimizin həlli ilə məşğul olmalıyıq.
Bu, tamamilə səhv bir fikirdir. Çünki birincisi, ixtilaf və təfriqə yaradan yalnız məntiqsiz və əsassız söhbətlərdir. Məntiqlə, sübutla, dəlillə deyilən sözlər heç bir ixtilafa səbəb olmur. Əksinə, arada olan ixtilafları azaldır və müştərək cəhətləri qüvvətləndirir. Mən özüm Ərəbistana ziyarətə gedərkən orada olan sünni məzhəbinin alimləri ilə görüşüb bəhslər etmişəm. Həm onlar, həm də mən bu bəhslərin heç bir ixtilafa səbəb olmadığını, eyni zamanda arada yaxınlıq yaratdığını hiss edirik. Bu bəhslər aradakı ixtilafları imkan dairəsində aradan qaldırır, bir-birimizə olan kin-kudrəti səmimiyyətə çevirirdi.
Ən əsası və başlıcası budur ki, bu cür bəhs və müzakirələr iki məzhəb arasındakı müştərək cəhətlərin həddən artıq çox olduğunu aşkar edir. Biz müsəlmanlar (şiə və sünni) bu müştərək cəhətlərlə düşmənlərimizin qarşısında durub onların cavabını verə bilərik.
Sünnilərin özü dörd firqəyə bölünmüşlər: hənəfilər, hənbəlilər, şafeilər və malikilər. Bu dörd firqənin olması heç də onların təfriqələrinə səbəb olmamışdır. Əgər sünnilər şiə məzhəbini bir məzhəb kimi qəbul etsələr, bir çox ixtilaflara son qoyular. Necə ki, son zamanlarda sünni məzhəbinin böyük müftisi, əl-Əzhər universitetinin rektoru Şeyx Şəltun İslamda böyük bir addım atmış və sünnilər arasında şiə məzhəbini müsəlmanlar üçün rəsmi olaraq beşinci məzhəb elan etimişdir. Onun bu işi iki məzhəb arasında böyük dostluq və qardaşlığa səbəb olmuşdur.
İkincisi, bizim əqidəmizə görə, İslamın qayda-qanunu hər məzhəbində kamildir. Bütün məzhəblərə hörmət etməyimizlə bərabər bu əqidədəyik ki, həqiqi İslamı hansı cəhətdən olursa olsun, yalnız şiə məzhəbi düzgün tanıtdıra bilər. Nəyə görə bu məktəb və məzhəbi məntiq əsasında və qənaətbəxş olan dəlillərlə öz övladlarımıza öyrətmək? Əgər bu işi görməsək, qətiyyətlə deyə bilərəm ki, övladlarımıza xəyanət etmiş olarıq.
Biz yəqin bilirik ki, peyğəmbər(s) özündən sonra camaata başçılıq etmək üçün canişin təyin edib. Bu məsələni məntiqi sübutlarla araşdırmağın nə eybi var? Ancaq bu araşdırmalar elə olmalıdır ki, başqalarının məzhəbinə hörmətsizlik olmasın.
Üçüncüsü, İslam düşmənləri müsəlmanların vəhdət və birliyini aradan qaldırmaq üçün sünnilərin yanında şiələrə, şiələrin yanında da sünnilərə o qədər töhmətlər, iftiralar yağdırmışlar ki, bəzi ölkələrdə bu, iki məzhəbi bir-birindən uzaq salmış və onları bir-birinə düşmən etmişdir. Əgər biz imamət məsələsini yuxarıda dediyimiz kimi, yəni, məntiqi sübutlarla irəli sürsək, şiə məzhəbinin təkid etdiyi məsələləri Quran və peyğəmbər sünnəsi ilə sübut etsək, məlum olar ki, bu təbliğatın hamısı yalan olmuş və yalnız arada ixtilaf salmaq üçün bu söhbətləri quraşdırmışlar.
Misal üçün, mənim heç vaxt yadımdan çıxmaz ki, Ərəbistana etdiyim səfərlərin birində Səudiyyə Ərəbistanın böyük din alimlərindən biri mənə dedi: «Eşitmişəm, siz (şiələr) bizim Qurandan fərqlənən başqa Quran çap edirsiniz». Mən təəcüblə ona dedim: «Əziz qardaşım! Bu məsələnin doğru olub-olmadığını öyrənmək elə də çətin iş deyil. Mən sizi dəvət edirəm, şəxsən özünüz və ya nümayəndəniz həcc ziyarətindən sonra heç bir yerə xəbər vermədən bizim ölkəyə gedək. Bütün məscidlərdə, evlərdə Quran var. Hansı məscidə, yaxud evə istəsəniz, gedib bir Quran götürüb baxaq. Görün, bizim ölkənin (çap etdiyi) Quranında bir fərq varmı? Onların nöqtəsində belə bir fərq ola bilməz.
Mənim bu səmimi və sübutla etdiyim söhbət onun səhvini özünə anlatdı.
Bunları deməkdə məqsəd imamətə dair bəhslərin (yuxarıda dediyimiz kimi) İslam cəmiyyətini möhkəmlətdiyini, bir çox həqiqətləri kəşf etdiyini və aradakı ixtilafları azaltdığını bildirməkdir.
2)İmamət nədir?
«İmam» sözü, adından məlum olduğu kimi, müsəlmanların rəhbər, başçı və liderinə deyilir. Şiə əqidəsinə görə məsum imam o şəxsə deyilir ki, o, hər cəhətdən Peyğəmbər(s)-in canişinidir. Peyğəmbərlərlə imanın təkcə bir fərqi var ki, peyğəmbər yeni şəriət və din gətirmiş, imam isə həmin şəriətin gözətçisidir. Peyğəmbərə vəhy nazil olur, imama isə vəhy nazil olmur. İmam öz təlimatını peyğəmbərdən alır və böyük elmə malikdir.
Şiələrin nəzərincə, məsum imam İslama rəhbərlik etməklə yanaşı, müsəlmanların maddi və mənəvi, zahiri və batini, bir sözlə, bütün cəhətlərdən rəhbəri və başçısıdır. İslam qayda-qanunlarını qoruyub saxlamaq onun borcudur və o, Allahın seçilmiş bəndəsidir. Sünni qardaşlar isə, imaməti bu cür şərh etmirlər. Onların fikrincə imamət təkcə islami hökumətə başçılıq etmək deməkdir. Başqa sözlə desək, xəlifələri (hər hansı xəlifə olursa, olsun) hansı zamanda olursa, olsun, müsəlmanların rəhbəri və peyğəmbərin canişini bilirlər.
Gələn dərslərdə isbat edəcəyik ki, hər zaman yer üzündə məsum bir peyğəmbər və ya imam olmalıdır. Belələklə də o, dini qoruyaraq haqqı tələb edənlərə başçılıq edəcək. Əgər bir zaman gözlərdən qeyb olsa, bu da Allahın məsləhəti ilədir. Belə bir zamanda isə din alimləri onun işini öz öhdələrinə götürüb onun ardıcılları olurlar.

 

Fikirləşin və cavab verin Fikirləşin və cavab verin.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma