Qiyamət ədalət tərəzisində

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin


Bu dünyaya bir az diqqət yetirdikdə görürük ki, hər tərəfdə qanun hakimlik edir və hər şey öz işini qanuna əsasən görür. Ədalət əsasında tənzimlənmiş bu proqram insan bədənində o qədər incəliklə icra olunur ki, onda bir az dəyişikliklərin olması insanın ölümü, ən azı xəstələnməsi ilə nəticələnir. Göz, qəlb, beyin və digər bədən üzvlərinin quruluşu buna açıq-aşkar bir sübutdur. Bu proqram təkcə insan bədənində yox, bütün aləmdə icra olunur. Hədisdə deyilmişdir: «Yer və göylər ədalət əsasında qurulmuşdur.» Bir atom zərrəciyi o qədər kiçikdir ki, milyonlala atomu iynə ucu qədər yerdə yerləşdirmək olar. Fikirləşin, görün, onun quruluşu necə dəqiq olmalıdır. Bununla belə, milyon illərdir ki, atom öz mövcudluğunu qoruyub saxlamışdır. Bunların hamısı elektron və protonların quruluşundakı fövqəladə proqramın sayəsində əmələ gəlmişdir. Dünyada olan bütün şeylər bu elektron və protonlardan təşkil olunmuşdur. Məgər insan istisna olunmuş bir varlıqdır? Bu dünyada azad olmalı və hansı ədalətsizliyi, zülmü istəsə, etməlidir? Yoxsa, burada bir incəlik gizlənmişdir?
İradənin azadlıq və ixtiyarı
İnsan bir şeydə başqa məxluqlardan fərqlənir. O da onun iradə və istəyinin azad və ixtiyar sahibi olmasıdır. Nəyə görə Allah insanı azad buraxmış və ürəyi istəyən hər şeyi etməyə icazə vermişdir? Cavabında deyirik ki, əgər insan azad olmasaydı, təkamülə yetişə bilməzdi. Bu xüsusiyyət (insanın azadlığı) onun mənəvi və əxlaqi təkamül rəmzidir. Məsələn, varlıları güclə imkansızlara yardım etməyə məcbur etsələr, bu iş həyata keçəcək və imkansızlara kömək olunacaq, lakin bu varlılar üçün təkamülə səbəb olmayacaq. Ancaq həmin yardımın bir zərrəsi varlıların öz istək və iradəsi ilə edilsə, bu onların mənəvi təkamülünə səbəb olacaq. Deməli, əxlaqi və mənəvi təkamülün birinci şərti azadlıqdır. Yəni, bəşəriyyət bu mərhələyə məcburiyyətlə yox, öz iradə və istəyi ilə yüksəlməlidir. Allahın insanları azad buraxmasının səbəbi də məhz budur.
Böyük azadlıq neməti bir gülə bənzəyir. Bu gülün yan-yörəsində bəzi tikanlar bitir. O tikanlar da bəzi insanların bu azadlıqdan pis niyyətlə istifadə edib günah, zülm, fəsada düçar olmalarıdır.
Allah azadlıqlardan fəsad, zülm və günahlar yolunda istifadə edən şəxsləri elə bəlalara düçar edərdi ki, onlar bir daha gördükləri işləri təkrar etməzdilər. Belə olan halda daha heç kim azadlıqdan pis niyyətlə istifadə etməzdi. Lakin bu təqdirdə insan məcbur olub pisliklərdən əl çəkər və bunun insan üçün heç bir dəyəri olmazdı. İnsan gərək, azad olsun və Allahın imtahanları qarşısında sınaqlardan keçsin. Bu yolla insan öz dəyərlərini nümayiş etdirə bilər.
Burada daha bir məsələ var. O da budur ki, əgər vəziyyət beləcə davam edərsə- hər kəs istədiyi yolla gedib ürəyi istəyəni edərsə, bu təqdirdə Allahın dünyada qoyduğu ədalət qanunu öz səlahiyyətini itirər və qüvvədən düşər. Buraya çatdıqda məlum olur ki, insanlar üçün bir məhkəmə təyin olunmuşdur. İnsanlar istisnasız olaraq bir nəfər kimi bu məhkəmədə hazır olmalı, öz əmələrinin cəza və ya mükafatını almalıdırlar. Nəmrud, Firon, Yezid kimi şəxsiyyətlərin dünyada törətmədikləri cinayət qalmamışdır. Heç mümkündürmü ki, günahkarlarla olan haqq-hesab çəkilməsin? Allahın ədalət tərəzisində möminlərlə kafirlər, günahkarlarla günah etməyənlər bərabər ola bilərmi? Quranın dili ilə desək: «Məgər biz, müsəlmanları kafirlərlə eynimi tutacağıq? (Ey kafirlər! Siz dünyada yoxsul möminlərdən mal-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı iddia edirsiniz?) Sizə nə olub, necə mühakimə yürüdürsünüz?» «(Nun, 35,36). Yaxud başqa bir ayədə oxuyuruq: «Yoxsa, biz Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?» (Sad, 28).
Düzdür, bəzən zalım və günahkarlar öz əməllərinin cəzasını çəkir, vicdan məhkəməsi öz mühakiməsini yürüdür, başqalarına quyu qazanlar özləri quyuya düşürlər. Lakin bunlar ümumi deyil. Yəni, bütün zalımlar elə bu dünyadaca öz cəzalarını çəkmirlər, yaxud başqalarına quyu qazanların hamısı özləri quyuya düşmürlər. Çox zalım, günahkar və pis insanlar var ki, bu dünyada heç bir dəfə də əziyyət çəkmirlər. Bu cür insanları cəzalandırmaq və bütün insanların əməllərinə baxmaq üçün ədalətli bir məhkəmə lazımdır. O məhkəmədə iynə ucu qədər əməl də yoxlanılmalı, cəza və ya mükafatını almalıdır. Əks təqdirdə, ədalət tam şəkildə təmin olunmaz. Buna əsasən Allahın varlığını və onun ədalətini qəbul etməklə ölümdən sonrakı həyatı, məadı qəbul etmək bərabərdir. (Yəni, bir nəfər Allahı, onun ədalətini qəbul edirsə, qiyaməti də qəbul etməlidir. Əgər qiyamət və məadı qəbul etmirsə, Allah və onun ədalətini də qəbul etmir.) Bu iki şey heç vaxt bir-birindən ayrılmaz.

 

Fikirləşin və cavab verinFikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma