“İSMƏT” MƏSƏLƏSİLƏ BAĞLI İRADLAR

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
İMAMLARA XAS XÜSUSİYYƏTLƏRBİR NEÇƏ SUALA CAVAB

Peyğəmbər və mə’sum imamların “ismət”i ilə bağlı yaranan mühüm suallardan biri budur ki, “Onların mə’sumluğu məcburi yönə malik deyilmi? Əgər ismət məqamı xüsusi bəxş edilən ilahi bir hədiyyədirsə, peyğəmbər və imamlar günah edə bilmirlərsə, yaxud Allah-taala onları günaha çəkə bilən amillərin qarşısını alırsa, onda ismət məqamını necə fəzilət hesab etmək olarmı?”
Qısa şəkildə deyirik ki, mə’sumların ismətinin mahiyyəti araşdırılmadan qavrana bilməz. Onların belə misilsiz təqvası “zati” və “iktisabi” (kəsbi) yolla əldə olunan güclü iman, yüksək elm və bilikdən qaynaqlanır. Məsələn, savadlı bir həkim müxtəlif analizlər vasitəsilə mikrobla dolu olduğu sübuta yetən bir sudan içməz. Halbuki adi bir insanın bu işə əl atması təəccüblü deyil. Həkimin belə çirkli və mikroblu suyu içməməsi tamamilə ixtiyaridir. Burada onun qəti elmi bu işə səhlənkarlıqla yanaşmasına mane olur. O, belə hallarda iradə azadlığı baxımından mə’sum peyğəmbər və imamlara bənzəyir.[1]
***
Başqa bir sual: İmamlar öz kəlamlarında xəta və günah etdiklərini e’tiraf edirlərsə, onları necə mə’sum hesab etmək olar? Onlar öz dualarında Allahdan günahlarının bağışlanmasını istəyirlər. Bu istək onların mə’sum olmadığını göstərir. İmam Əmirəl-mö’minin Əli (ə) “Nəhcül-bəlağə”nin 216-cı xütbəsində buyurur:
اِنِّى لَسْتُ فِى نَفْسِى بِفَوْقِ اَنْ اُخْطِى وَلا آمَنُ ذالِکَ مِنْ فِعْلِى اِلاّ اَنْ یَکْفِىَ اللهُ مِنْ نَفْسِى ما هُوَ اَمْلَکُ بِهِ مِنِّى:
“Mən (bir insan kimi) özümü xəta və səhvə yol verməkdən üstün bilmirəm. Əgər Allah məni qorumasa, səhvdən amanda deyiləm!”[2]
Bu irad Qur’ani-kərimdə peyğəmbərlərin sərgüzəşti ilə bağlı bir sıra hallara da aiddir. Burada qısa şəkildə bir neçə məsələni açıqlamalıyıq:
1. Mə’sumlar əksər hallarda insanlara örnək və nümunə olaraq fikirlərini bildirmişlər. Onların kəlamları tə’lim xarakterlidir. Amma Alusi “Ruhul-məani” kitabında imam Əli (ə) barəsində bu iradı irəli sürdükdən sonra yazır: “Peyğəmbərin (s) bə’zi dualarının tə’lim xarakterli olması mə’lumdur, amma onu Əlinin kəlamlarına aid etmək çətindir!”[3]
Əlbəttə, bu tanınmış təfsirçi alimin sözləri yalnız təəssübkeşlikdən qaynaqlanır.
2. Mə’sumlar belə kəlamlarla demək istəyirlər ki, biz Allahın lütf və mərhəmətinə sığınmadan öz-özlüyümüzdə heçik! Bu ilahi yardım, müvəffəqiyyət və hədiyyələrlə günahlardan qorunuruq. Başqa sözlə, imam Əlidən (ə) nəql olunan kəlam əslində irad tutanların əksinə olaraq, ilahi lütf və mərhəmət sayəsində həzrətin mə’sum olmasına bir dəlildir. Çünki İmam (ə) demək istəyir ki, mənim özüm (Allahın yardımı olmadan) xəta və günahdan amanda deyiləm, bu mə’nəvi hədiyyə və günahdan çəkinmə hissi məhz Allahın yardımı sayəsindədir.
3. Adətən, ayə və dualarda gələn “günah” ifadələri “tərki-övla”dan ibarətdir. Başqa sözlə, bu, “həsənatul-əbrari səyyiatul-muqərrəbin” – ifadəsinin xarici nümunəsidir; yə’ni saleh insanların yaxşı əməlləri Allaha daha yaxın və müqərrəblər üçün günah sayılır. Bunu da qeyd etmək lazımdır ki, “tərki-övla”dan məqsəd vacib əməl yox, daha müstəhəb əməli mübah və ya müstəhəb bir əməllə əvəz etməkdir. Aydındır ki, üstün bir müstəhəb əməli tərk edib, başqa bir müstəhəb əməli yerinə yetirmək şəriətdə xilaf iş sayılmır. Sadəcə, “tərki-övla” adlanır. Lakin başqa şəxslərin belə işi nəinki xilaf deyil, əksinə müstəhəb və öz növbəsində fəzilətdir. İlahi insanlar isə bunu özləri üçün günah hesab edirlər.
İnsanın qıldığı adi namaz onun üçün məqbul və layiqli sayıldığı halda, böyük bir alim üçün “tərki-övla”dır. Mə’sum şəxsin namazı isə o alimin namazından üstün olmalıdır. (Əlavə mə’lumat əldə etmək istəyənlər “Peyami-Qur’an” kitabının 7-ci cildinə müracət etsinlər.)[4]

[1] Əlavə mə’lumat əldə etmək istəyənlər “Peyami-Qur’an”, 7-ci cild, səh. 193-197-yə müraciə etsinlər.
[2] Alusi “Ruhul-məani” kitabında “Təthir” ayəsinin təfsirində qəribə tə’kidlə ayənin məfhumunun Əhli-beytin mə’sum olmasını bildirməsini inkar edir və yuxarıda qeyd etdiyimiz iradı irəli sürür. (“Ruhul-məani”, 22-ci cild, səh. 17.)
[3] “Ruhul-məani”, 22-ci cild, səh. 17.
[4] “Peyami-Qur’an”, 7-ci cild, səh. 103-183.

 

 

 

İMAMLARA XAS XÜSUSİYYƏTLƏRBİR NEÇƏ SUALA CAVAB
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma