İkinci qismə aid ayələr:

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
AYƏNİN NAZİL OLMA SƏBƏBİXÜSUSİ İMAMƏT VƏ VİLAYƏT

 
Bu ayələr imamət və xilafət məsələsini birbaşa açıqlamasa da, Əmirəl-mö’minin Əlinin (ə) fəzilətlərini sübut edir. Uyğun ayələr Həzrətin İslam ümmətinin ən fəzilətlisi, Peyğəmbərdən (s) sonra ən üstün şəxsiyyət olduğunu göstərir. Belə nəticə alırıq ki, Peyğəmbəri-əkrəmdən (s) sonra ümmətin rəhbərliyini öhdəsinə götürməyə ən layiqli şəxs odur.
Bu ayələr daha çox olduğundan, yalnız iyirmi beş ayəni qeyd edəcəyik:
1-“Mübahilə” ayəsi;
2-“Xeyrul-bəriyyə” (yaradılmışların ən yaxşısı) ayəsi;
3-“Leylətül-məbit” ayəsi;
4-“Hikmət” ayəsi;
5-“Həl-əta” surəsinin ayələri;
6-“Bəraət” surəsinin ilk ayələri;
7-“Siqayətul-hacc” (hacılara su vermə) ayəsi;
8-“Salihul-mu’minin” (mö’minlərin əməlisalehi) ayəsi;
9-“Vəzarət” (vəzirlik) ayəsi;
10 və 11-“Əhzab” surəsinin ayələri;
12-“Bəyyinə” (şahid) ayəsi;
13-“Siddiqun” (sadiqlər) ayəsi;
14-“Nur” ayəsi;
15-“İnzar” (qorxudan) ayəsi;
16-“Mərəcəl-bəhreyn” (iki dənizin bir-birinə qovuşma) ayəsi;
17-“Nəcva” (pıçıltı, gizli söhbət) ayəsi;
18-“Sabiqun” (öndə olanlar) ayəsi;
19-“Uzunun-vaiyə” (eşidib yadda saxlayan qulaq) ayəsi;
20-“Məvəddət” (məhəbbət) ayəsi;
21-“Münafiqun” (münafiqlər) ayəsi;
22-“İyza” (əziyyət) ayəsi;
23-“İnfaq” ayəsi;
24-“Məhəbbət” ayəsi;
25-“Məs’ulun” (sorğu-suala tutulanlar) ayəsi.
1-“TƏBLİĞ” AYƏSİ
یَا أَیُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَیْکَ مِن رَّبِّکَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ یَعْصِمُکَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ یَهْدِی الْقَوْمَ الْکَافِرِینَ
“Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmişsən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”[1]
*** [1] “Maidə” surəsi, ayə: 67.

AYƏNİN NAZİL OLMA SƏBƏBİXÜSUSİ İMAMƏT VƏ VİLAYƏT
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma