3-“ULİL-ƏMR” AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
4-“SADİQİN” (SADİQ OLANLAR) AYƏSİİRADLAR VƏ BƏHANƏLƏR

“Nisa” surəsinin 59-cu ayəsində buyurulur:
یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ أَطِیعُواْ اللّهَ وَأَطِیعُواْ الرَّسُولَ وَأُوْلِی الأَمْرِ مِنکُمْ
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin.”
“Ümumi imamət və vilayət” bəhsində bu ayənin mə’nası və “əmr sahibləri”nin kimlərə aid olması haqda geniş söz açdıq. Dediyimiz kimi, “əmr sahibləri”nə mütləq itaətin Allahın Rəsuluna (s) itaətlə bir qeyd edilməsinin səbəbi budur ki, “əmr sahibləri” Allahın Rəsulu (s) ilə bir səviyyədə olan kəslər, yə’ni o həzrətin mə’sum canişinləridir. Çünki mə’sumlardan başqalarına mütləq itaət düzgün deyildir.
“Əmr sahibləri” ilə əlaqədar deyilən bütün ehtimalları araşdırdıqda, görürük ki, onun mə’sum imamlardan başqası haqda düzgün məfhumu yoxdur. Burada isə bizim məqsədimiz xüsusi vilayət və imam Əlinin (ə) xilafətilə bağlı bu ayənin həzrətə tətbiqi və İslamın (xüsusilə, əhli-sünnənin) məşhur mənbələrində nəql olunan hədisləri araşdırmaqdır. Məşhur təfsirçi alim Hakim Həskani bu ayənin təfsirində beş hədis nəql etmişdir ki, onların hamısında “əmr sahibləri” ünvanı imam Əliyə (ə) (xarici bir nümunə və fərd kimi) tətbiq olunmuşdur. Birinci hədis həzrətin özündən nəql edilir: “Peyğəmbər (s) “Mənim (ümmətə rəhbərlikdə) şəriklərim o kəslərdir ki, Allah-taala onları Özünə və mənə yaxın etmişdir” deyə buyurduğu zaman, “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin” ayəsi nazil oldu. Mən həzrətdən soruşdum: “Ya Peyğəmbər! Əmr sahibləri kimlərdir?” Həzrət buyurdu: “Sən onların birincisisən!”[1]
İkinci hədis məşhur təfsirçi Mücahiddən nəql edilir: “Bu ayə Əmirəl-mö’minin Əli (ə) haqqında nazil olmuşdur. Bu o zaman idi ki, Peyğəmbər (s) (“Təbuk” müharibəsinə gedərkən,) Mədinədə onu öz yerinə canişin seçmişdi.
Üçüncü hədisi imam Baqir (ə) və dördüncü hədisi Sə’d Vəqqasdan nəql edərək yazır: “Peyğəmbər (s) “Təbuk” müharibəsinə gedərkən (Mədinənin yaxınlığındakı) Curuf adlı məntəqəyə çatdı. Əli (ə) həzrətin arxasınca gedirdi və əlində silah yox idi. O, Peyğəmbərə (s) dedi: “Ey Allahın Rəsulu! Məni öz yerinə qoydun (məni özündən ayırdın), halbuki mən heç bir müharibədə səndən ayrılmamışam! Münafiqlər şayiə yayıblar ki, məni Mədinədə ona görə saxlamısan ki, yanında olmağımı istəmirsən!”
Sə’d deyir: “Öz qulağımla eşitdim ki, Allahın Rəsulu (s) buyurdu:
یا عَلِىّ اَلا تَرْضى اَنْ تَکُونَ مِنِّى بِمَنْزِلَةِ هارُونَ مِنْ مُوسى اِلاّ اَنَّهُ لا نَبِیَّ بَعْدِى فَارْجِع فَاخْلُفْنِى فِى اَهْلِى وَ اَهْلِکَ:
“Ya Əli! “Razı olmazsanmı ki, səninlə mənim nisbətim Harunla Musanın nisbəti kimi olsun? Bu fərqlə ki, məndən sonra bir peyğəmbər yoxdur. (Yə’ni sən də Harun kimi peyğəmbərlikdən başqa bütün məqamlara sahibsən!) Buna görə də geri qayıt, mənim və öz əhli-əyalın arasında canişinim ol (və Mədinəni münafiqlərin şərindən qoru)!”
Buna oxşar beşinci hədis yenə imam Əlidən (ə) nəql edilmişdir.[2]
Əbu Həyyan Əndəlusi Məğribi “Əl-bəhrul-muhit” təfsirində “əmr sahibləri” ilə bağlı (üç təfsir alimi) Müqatil, Məymun və Kəlbidən nəql edir ki, ondan məqsəd “səraya əmirləri”, yaxud Əhli-beyt imamlarıdır. Sonra isə ayənin imam Əli (ə) haqqında nazil olduğuna qarşı çıxaraq iki irad irəli sürür:
1. Əli (ə) bir nəfər olduğu halda, necə ola bilər ki, cəm formasında buyurulan “əmr sahibləri” ona aid olsun?
2. Ayənin zahiri camaatın əmr sahiblərinə itaətinin Peyğəmbəri-əkrəmin (s) həyatına aid olduğunu göstərir. Halbuki Əli (ə) o həzrətin həyatında imam deyildi?
Bu kimi irad, yaxud bəhanələr eynilə “vilayət” ayəsinə də tutulmuşdu. Biz onların cavablarını açıqladıq. Dedik ki, tarixdə göstərildiyi kimi, insanlar həyatda öz yerlərinə vəsi və canişin tə’yin edir. Bunu kəlamlarında deyir və yazırlar ki, filankəs mənim vəsim və canişinimdir. O, bu işləri görməkdə ixtiyar sahibidir və s. Bu sözlərin mə’nası odur ki, onun vəfatından sonra vəsiyyətləri icra edilməlidir.
Ayədə işlənən cəm ifadələrə gəldikdə isə, onun da cavabı verildi. Belə ki, Qur’ani-kərimdə, eləcə də ərəb ədəbiyyatında cəm əvəzliyinin bir nəfərə şamil olma halları çoxdur. Bu ayədə də “əmr sahibləri” hər dövrdə bir imama aid olsa da, həqiqətdə cəm şəklində bütün mə’sumlara şamil olunur. Hər bir dövrdə yalnız bir mə’sum yaşasa da, hamısı birlikdə bir qrupu təşkil edirlər. Bu iki iradın cavabını daha geniş şəkildə “vilayət” ayəsinin təfsirində bəyan etdik.
Diqqəti cəlb edən məsələ budur ki, Hakim Həskani “Şəvahidut-tənzil” kitabında, eləcə də digər alimlər bu ayənin nazil olma səbəbini açıqlayan müxtəlif rəvayətlər nəql edərkən demişlər ki, o, imam Əlinin (ə) xilafətinə aiddir. O cümlədən, məşhur alim Əbu Bəkr ibn Mö’min Şirazi “E’tiqad” risaləsində (Kaşinin “Mənaqib” kitabına istinadən) İbn Abbasdan nəql edir ki, “ulil-əmr” ayəsi Əli (ə) haqqında nazil olmuşdur. Peyğəmbər (s) “Təbuk” müharibəsinə gedərkən, onu Mədinədə öz yerinə qoydu. Əli (ə) dedi: “Ey Allahın Rəsulu! Məni Mədinədə qadın və uşaqlarla birgə qoyub gedirsən?” Peyğəmbər (s) buyurdu: “Razı olmazsanmı ki, səninlə mənim nisbətim Harunla Musanın nisbəti kimi olsun? O zaman ki, Musa ona dedi: “Tayfamın arasında qal və onları islah et!” Sonra Allah-taala buyurdu: “Əmr sahibləri də sizdən olacaqlar!”[3]
“Yənabiul-məvəddət” kitabının müəllifi Şeyx Süleyman Hənəfi Qunduzi özünün “Mənaqib” kitabında Süleym ibn Qeysdən belə nəql edir: “Bir gün bir kişi Əlinin (ə) hüzuruna gəlib soruşdu: “İnsanı mö’minlərin, yaxud kafirlər və azğınların sırasına qatan ən kiçik əməl hansıdır?” İmam (ə) buyurdu: “İnsanı azğınların dəstəsinə qatan ən kiçik əməl vilayəti vacib olan ilahi höccəti tanımamaqdır.” O kişi dedi: “Ya Əmirəl-mö’minin! Onları (ilahi höccətləri) mənə tanıtdır!” Əli (ə) buyurdu: “Allah-taala onları Özü və Peyğəmbərlə (s) birgə qərar verərək buyurmuşdur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”[4]
Bu hədis çox aydın surətdə əmr sahiblərinin camaatın seçdiyi şəxslər deyil, ilahi höccət və nümayəndə olduqlarını göstərir.
“Burhan” təfsirində də bu ayə ilə bağlı Əhli-beytdən (ə) nəql olunan bir çox rəvayətlərdə deyilir ki, “ulil-əmr” ayəsi Əli (ə) və Əhli-beytdən olan digər imamlar haqqında nazil olmuşdur. Hətta bu rəvayətlərin bir qismində Əhli-beyt imamlarının adları bir-bir qeyd edilmişdir.[5]

[1] Bu hədislərin mənbəyi beş hədisin sonunda qeyd ediləcək.
[2] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 148-151.
[3] “Ehqaqul-həqq”, 3-cü cild, səh. 425.
[4] “Yənabiul-məvəddət”, səh. 116. (İraqın “Darul-kutub” çapı.)
[5] “Burhan” təfsiri, 1-ci cild, səh. 381-387.

 

4-“SADİQİN” (SADİQ OLANLAR) AYƏSİİRADLAR VƏ BƏHANƏLƏR
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma