4-“SADİQİN” (SADİQ OLANLAR) AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
5-“QURBA” AYƏSİ3-“ULİL-ƏMR” AYƏSİ

“Tövbə” surəsinin 119-cu ayəsində buyurulur:
یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَکُونُواْ مَعَ الصَّادِقِینَ
“Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun!”
Bu ayənin təfsiri “ümumi vilayət” bəhsində geniş izah edildi. Burada isə ayənin imam Əliyə (ə), yaxud bütün Əhli-beyt imamlarına aid olması ilə bağlı rəvayətləri qeyd etməyi lazım bilirik:
1. Məşhur təfsirçi alim Süyuti “Əd-durrul-mənsur” kitabında “Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsinin təfsirində İbn Abbasın belə dediyini nəql edir: “Yə’ni Əli ibn Əbi Taliblə birgə olun!”
Bu məzmunun oxşarını Xarəzmi “Mənaqib”, Zərəndi “Durərus-səmteyn”, Abdullah Şafei “Mənaqib” və Hakim Həskani “Şəvahidut-tənzil” kitablarında nəql etmişlər; bu fərqlə ki, bə’ziləri “O, Əli ibn Əbi Talibdir”, bə’ziləri “Ayə Əli ibn Əbi Talib haqqında nazil olmuşdur”, bə’ziləri isə “Əli və səhabələri ilə birgə olun” ifadələrini qeyd etmişlər.[1]
2. Hafiz Süleyman Qunduzi Hənəfi “Yənabiul-məvəddət” kitabında Salman Farsidən belə nəql etmişdir: “Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsi nazil olduqda, Salman soruşdu: “Ey Allahın Rəsulu! Ayənin məfhumu ümumidir, yoxsa xüsusi?” Peyğəmbər (s) buyurdu:
اَمّا الْمَأمُورُونَ فَعامَّة الْمُؤمِنِینَ، وَاَمّا الصّادِقُونَ فَخاصَّة اَخِى عَلِىّ وَاَوْصِیائِهِ مِنْ بَعْدِهِ اِلى یَوْمِ الْقِیامَةِ:
“Bu göstərişə əmr olunanlar bütün mö’minlər, sadiq olanlar isə məhz qardaşım Əli və məndən sonra qiyamət gününə qədərki vəsilərimdir!”[2]
3. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında “Sadiq olanlarla birgə olun” ayəsinin təfsirində Abdullah ibn Ömərin belə dediyini nəql edir: “Sadiq olanlardan məqsəd Məhəmməd (s) və onun Əhli-beytidir!”[3]
4. “Fəraidus-səmteyn” kitabının müəllifi Əllamə Həməvini, “Şərəfun-Nəbiyy” kitabının müəllifi Şeyx Əbülhəsən Kaziruni kimi bir qrup əhli-sünnə aliminin (bu ayənin təfsirində) imam Baqirdən (ə) nəql etdikləri hədis də eyni mə’nanı daşıyır, yə’ni “Məhəmməd (s) və onun Əhli-beyti ilə birgə olun!”[4]
Bu ayənin təfsirində yuxarıdakı hədisləri yalnız adlarını çəkdiklərimiz yox, digər alimlər də öz kitablarında nəql etmişlər.
Bunu da qeyd etməliyik ki, Allah-taalanın “mö’minlər həmişə sadiqlərlə birgə olsunlar” göstərişi mütləq və qeyd-şərtsizdir. Yə’ni bu göstəriş mə’sum imamlardan başqasına aid ola bilməz. Çünki mə’sum olmayanların xəta və səhvə yol verməsi qətidir və insan belələrindən mütləq ayrılmalıdır. Hər halda itaəti vacib olan, xəta və səhvə əsla yol verməyən kəslər məhz mə’sum imamlardır. Buna əsasən, ayədəki “sadiqlər”də məqsəd düz danışan hər kəs deyil. Əksinə, istər səhvən, istərsə də bilərəkdən haqqa qarşı çıxmayanlardır. Bununla belə, “Ruhul-məani” kitabının müəllifi (Alusi) kimi bə’zi məşhur əhli-sünnə alimləri ayədəki “sadiqlər” ifadəsini imam Əliyə (ə) aid edən rəvayətləri qeyd etdikdən sonra demişlər: “Şiələr Əlinin (ə) canişinliyinin haqq olduğunu sübut emək üçün bu ayəyə istinad edirlər. Belə bir istinad batildir!” Lakin onlar bunu deyib, məsələnin üstündən asanlıqla keçmiş və öz müddəalarına bir dəlil gətirməmişlər. Onların belə mövqeləri göstərir ki, təəssübkeşlik hissi təfəkkür nurunun qarşısını alimlərdən belə alır! Amma Doktor Məhəmməd Ticani Səmavi kimi azad düşüncəli insanlar da vardır ki, bu ayə və onunla bağlı rəvayətlərin nuru sayəsində yolunu düzgün görür, Əli (ə) və digər Əhli-beyt (ə) imamlarına olan imanını şücaətlə açıqlayır, bu zəmində “Lə əkunə məəs-sadiqin” (Sadiq olanlarla birgə olam) adlı dəyərli bir kitab yazır ki, bir çox müsəlmanlara böyük tə’sir bağışlayır.


[1] “Mənaqib”, səh. 189; “Durərus-səmteyn”, səh. 91; “Mənaqib” (Abdullah Şafei), səh. 154 və “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 259.
[2] “Yənabiul-məvəddət”, səh. 115.
[3] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 262.
[4] Bax: “Ehqaqul-həqq”, 14-cü cild, səh. 274-275; 3-cü cild, səh. 296-297, 14-cü cild, səh. 170-277 və “Əl-qədir”, 2-ci cild, səh. 277.

5-“QURBA” AYƏSİ3-“ULİL-ƏMR” AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma