VƏHHABİ RƏHBƏRLƏRİNİN TƏ`LİMLƏRİNDƏ TERRORİZMİN KÖKÜ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
QƏTL-QARƏT ÜÇÜN İCAZƏ!VƏHHABBİLƏRİN ÖZ MƏRKƏZİNDƏ TERRORİZM


Əvvəlcə vəhhabi məsləkinin banisinin həyatını qısa şəkildə bəyan və şərq və qərb tarixçilərinin yazdıqlarına əsasən, bu barədə bir qədər mə`lumat təqdim edirik.
Məşhur bir məsələdir ki, vəhhabi məzhəbinin rəisi olan Məhəmməd ibni Əbdül-Vəhhab 1115-ci hicri ilində Hicazın kiçik şəhərlərindən biri olan Üyeynədə dünyaya gəlmiş və 1207-ci ildə dünyadan getmişdir. Onun atası hənbəli qazilə­rindən idi və uşaqlıqda oğluna elm öyrətmişdi.
«İzalətuş-şubəhat» kitabının müəllifi yazır: O, uşaqlıq yaşlarından hicrətin 8-ci əsrində yaşayan İbni Teymiyyənin və İbni Qəyyim Covzinin kitablarını oxumağa çox maraq göstərirdi və öz fikirlərinin əsasını bu iki şəxsdən götürmüşdür.
Çoxları yazmışlar ki, atası Məhəmmədin elə cavanlıq yaşlarından çoxlu ideoloji səhvlərə yol verdiyini başa düşmüşdü və onun gələcəyindən nigaran idi: onu daim danlayır və bu işlərdən çəkindirirdi.
Məhəmməd ibni Əbdül-Vəhhab çoxlu səfərlər etdi: əvvəlcə Məkkə və Mədinə, sonra Bəsrəyə getdi, ordan İsfahana gəldi, bir müddət İsfahanda Mirzəcan İsfahani adlı bir alimin yanında dərs oxudu, sonradan Quma gəldi və orada bir müddət qaldı. Bundan sonra Osmanlı hökumətinə, Şama, Misirə getdi və sonra Cəzirətul-Ərəbə (Nəcdə) qayıdıb öz əqidələrini aşkar etməyə başladı.
Əvvəldə bir qrup onunla müxalifətə qalxdılar və onu Hərimələ şəhərindən qovdular. O isə Uyeynə şəhərinə getdi. Onun düzgün olmayan əqidə və yanlış fikirlərinin xəbəri Ehsa və Qətifin əmiri Süleyman ibni Məhəmmədə çatdı. O Uyeynənin hakimi Osmana göstəriş verdi ki, Məhəmmədi tutub qətlə yetirsin. Lakin Osman, əli onun qanına batmasın deyə, onun şəhərdən ixrac olunmasına dair göstəriş verdi.
Nəhayət o, Dir`iyyə şəhərinə sığındı. Məntə­qənin hökmranı Ənizə qəbiləsindən olan Məhəmməd ibni Səud idi. Şeyx Məhəmməd onunla görüşüb öz fikirlərini ona təqdim etdi və söz verdi ki, onun köməkləri nəticəsində bütün Nəcd əyalətinə hakim kəsilə bilər!
Səudi padşahlarının cəddə babası Məhəmməd ibni Səud hiss edirdi ki, öz hakimiyyət dairəsini geniş­ləndirmək üçün Məhəmməd ibni Əbdül-Vəhhabın varlığından kömək ala bilər. Bu zaman bir qrup ehsasatlı, ifratçı (emosional) cavan onun ətrafına yığışaraq, onun fərmanı qarşı­sında candan-başdan keçməyə hazır olduq­larını bildirdilər. Onlar İbni Səudun hədəflərinin həyata keçirilməsi üçün yaxşı qüvvə hesab olunurdular.
İbni Səud Şeyxi iki şərtlə himayə və müdafiə etməsini qəbul etdi. Birincisi bu idi ki, Şeyx ondan başqa heç kəslə əlaqə bərqərar etməsin. İkincisi isə bu idi ki, hər il Dir`iyyə şəhərinin əhalisindən aldığı vergiləri yenə də alsın! Şeyx birincini qəbul etdi, lakin ikincini üstüörtülü şəkildə rədd edərək dedi: «Ümidvaram ki, Dir`iyyə şəhərinin vergilərindən daha artıq qənimətlər və fəthlər sənə nəsib olacaq!»
Unutmaq olmaz ki, Şeyx Məhəmmədin nəzərdə tutduğu bu qənimətlər əvvəlcə Hicaz, Məkkə, Mədinə, sonra isə sair İslam ölkələrinin müsəl­man­larının şəxsi və ümumi əmlakı idi; itaət etməyəcəkləri surətdə müsadirə edilərək onlardan alınmalı idi; çünki, əvvəldə dediyimiz kimi, o öz tabeçilərindən başqa hamını müşrik, qanını halal, əmlakını isə mübah sayırdı.
Məhəmməd ibni Əbdül-Vəhhabın ardıcılları Hicazın müxtəlif şəhərlərinə hücum edərək vəhhabiliyi yaymaq və həqiqətdə ölkə sərhədlərini genişləndirmək üçün çox dəhşətli qırğınlar törədərək nahaq qanlar axıtdılar və camaatın mal-dövlətini tarac etdilər.
Məhəmməd ibni Əbdül-Vəhhabın ölümündən sonra Səudi padşahları onun proqramlarını davam etdirdilər və öz hökumət dairələrini geniş­ləndirib bütünlükdə Nəcd və Hicaz əyalətlərinə hakim kəsildilər.
***
Vəhhabiyyət tarixində qeyd olunan, hətta vəhha­bi tarixçilərinin belə e`tiraf etdiyi ən dəhşətli cinayət və çirkin əməllərindən biri Taif şəhərinin əhalisinin kütləvi şəkildə qırıl­ması, bundan da dəhşətlisi İraq və Kərbəla əhalisi­nin kütləvi şəkildə qətlə yetirilməsi idi.
Vəhhabilər 1216-cı ildə (Məhəmməd ibni Əbdül-Vəhhabın vəfatından təqribən 10 il sonra) qənimət əldə etmək, ölkə sərhədlərini genişləndirmək və zahirdə tövhidi (əlbəttə, öz gümanlarına görə tövhid hesab etdikləri şeyləri) yaymaq üçün bir neçə dəfə Kərbəla və Nəcəf şəhərlərinə hücum etdilər. Əli (əleyhis-salam)-ın ziyarət mövsümündə yaranan fürsətdən istifadə edərək (Kərbəla əhalisindən çoxu da Nəcəfə gəlmişdi) Kərbəlaya qəfil hücum etdilər, şəhər divarını uçurtdular və şəhərə daxil olub küçə-bazarda qarşılaşdıqları minlərlə qadın və uşağı qətlə yetirdilər, yolları üzərində ələ keçirdikləri hər bir şeyi qarət etdilər. İmam Hüseyn (əleyhis-salam)-ın hərəmində olan nəfis əşyaları götürdükdən sonra oranı dağıtdılar, oradakı bütün cəvahiratları ələ keçirdilər.
Bə`ziləri bu hücumda qətlə yetirilənlərin sayını 150 min nəfər yazmış və demişlər ki, bu qırğından sonra Kərbəlanın küçələrindən qan seli axırdı. Maraqlıdır ki, onlar bu yaramaz işin adını «cihad fi səbilillah» və «tövhidin yayılması uğurunda mübarizə» adlandırırdılar.
Şərq və qərb tarixçilərinin çoxu, hətta səudi tarixçiləri belə Kərbəla faciəsini qeydə almışdır. Bu barədə «Tarixul-məmləkətil-Ərə­biyyətis-Səudiyyə», «Ünvanul-məcd fi tarixin-Nəcd», müasir şərqşünas Nasi Lifin yazdığı «Tari­xul-Ərəbiyyətil-Səudiyyə» Seyyid Cavad Amu­linin yazdığı «Miftahul-kəramə» və digər kitablara baxa bilərsiniz. [1]
Bir daha vəhhabiyyətin terrorist hərəkətlə­rinin kökünü araşdırırıq.
Məhəmməd ibni Əbdül-Vəhhab bir neçə kiçik kitabça yazmış və onlarda öz əqidəsini aşkar şəkildə bəyan etmişdir. Onun İslam elmləri barəsində mə`lumatı və savadı çox az idi, İslamın mühüm elmiyyə hövzələrində və böyük alimlərin yanında heç vaxt dərs oxumamışdı. Buna görə də çox böyük səhvlərə yol verir və öz səhvlərini də təəssüblə, israrla müdafiə edirdi.
Onun kitablarından biri «Kəşfuş-şubəhat»­dır. Bu kiçik kitabı, – adından da göründüyü kimi – İslam alimlərinin (əsas e`tibarı ilə sünnü­lərin) ona tutduğu iradlara cavab olaraq yazmış­dır.[2]
Həmin kitabın araşdırılıb tədqiq edilməsi vəhhabiyyət əqidəsində terrorizmin köklərini anlamaq üçün kifayətdir:
1-O, tövhid və şirk məsələləri barəsində düzgün olmayan mə`lumata malikdir və gələcək bəhslərdə qeyd edəcəyimiz kimi, Allah yanında Peyğəmbəri-Əkrəmdən şəfaət istəyən şəxslərin hamısını, bu işin Qur`anın ayələri və rəvayətlərlə tam uyğun olmasına baxmayaraq müşrik və kafir bilir, belə bir şəxsin canı, malı və namusunu mübah hesab edir.[3]
Şübhəsiz, vəhhabilərdən başqa bütün müsəlmanlar – istər şiə, istərsə də sünnilər Allah dərgahında Peyğəmbəri-Əkrəmdən şəfaət istəyirlər, buna görə də onların hamısı kafirdir, onların malı, canı, qanı və qadınlarının namusu vəhhabilər üçün halaldır!
2-Onlar bu barədə ifrata varıb aşkar şəkildə deyirlər: Bizim dövrümüzün müşrikləri Peyğəm­bə­rin müharibə apardığı müşriklərdən daha pis­dir­lər! İki dəlilə görə: Əvvəla, Peyğəmbər (səlləllahu əleyhi və alih) dövrünün müşrikləri Allahdan qeyrisinə yalnız aramlıq halında təvəssül edirdilər; lakin Qur`an ayələrinə əsasən, bəlaya düçar olduqları (məsələn dəryada təlatümə düşdükləri) zaman Allaha xaliscəsinə təvəssül edirdilər:
فَإِذَا رَکِبُوا فِی الْفُلْکِ دَعَوُا اللَّهَ مُخْلِصِینَ لَهُ الدِّینَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ یُشْرِکُونَ
«Ənkəbut» surəsi, 65
Lakin bizim dövrümüzün müşrikləri hər bir halda həm firavanlıq və asayişdə, həm də bəlalarda Allahdan qeyrisinə təvəssül edirlər.
İkincisi, cahiliyyət dövrünün müşrikləri daş və taxta parçalarına pərəstiş edirdilər ki, onların hamısı da Allahın məxluqu və Ona müti idi. Lakin bizim əsrimizin müşrikləri fasid şəxslərə pərəstiş edirlər! (Zahirən, onun məqsədi sufi başçılarından bə`ziləridir).[4] Bunula da onların malı və namusu daha artıq mübah olacaqdır!
Əlbəttə, bu kimi çıxarışlar bir sıra müğali­tələrin nəticəsidir ki, kitabın son fəslində onları bəyan edəcəyik. Burada məqsədimiz onların özlərindən qeyrilərinin canı, malı və namusuna qarşı rəva gördükləri hörmətsizliklərin kökünü axtarmaqdır.
3-Onların terrorist əməllərinin nümunə­lə­rin­dən biri də budur ki, öz müxalifləri ilə – onlar sünni alimlərdən böyük bir qrupudur – söhbət edərkən çox çirkin və təhqiramiz sözlərlə yad edirlər. O cümlədən, bir dəfə «ey müşrik!»[5], digər yerdə «ey ə`daullah (Allahın düşmənləri)!»[6] başqa bir yerdə isə «lil-müşrikinə şubhətun uxra – müşriklər üçün digər bir şübhə vardır!»[7] Başqa bir yerdə: «haulail-müşrikunəl-cuhhal – bu cahil müşriklər.»[8] Digər bir yerdə «ə`daut-tövhid» tövhid düşmənləri[9] deyə xitab edir. Bə`zən də deyilir ki, bir savadsız, avam adam müşriklərin alimlərindən min nəfərinə qələbə çalar (şəfaətə e`tiqadlı olan müsəlmanlar nəzərdə tutulur).[10]
Əvvəllər qeyd edildiyi kimi, bu məzhəbin rəh­bəri İslam tə`limlərindən çox az fayda­lan­mışdır. Belə nəzərə çarpır ki, böyük alim­lərin cavablandırması qarşısında əsəbiləşdiyinə görə onlara bu cür kobud, təhqiramiz sözlərlə xitab etmiş və onların hamısını küfr, şirk, cəhalətlə müttəhim etmişdir. Halbuki, Qur`ani-məcid tam aşkar şəkildə buyurur:
وَلاَ تَقُولُواْ لِمَنْ أَلْقَى إِلَیْکُمُ السَّلاَمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَیَاةِ الدُّنْیَا
Əmvalını müharibə qəniməti kimi ələ keçi­rə­si­niz deyə, zahirdə müsəlman olduğunu deyən və sizin­lə sülh edən adamlara “sən müsəlman deyilsən!” dem­əyin![11]

 

[3] «Kəşfuş-şübəhat»ın, şərhi (Əsimin), səh.81.
[4] «Şərhi kəşfiş-şübəhat», səh.100.)
[5] «Şərhu kəşfiş-şübəhat», səh.77.
[6] Yenə orada, səh.79.
[7] Yenə orada, səh.109.
[8] Yenə orada, səh.120.
[9] Yenə orada, səh.65.
[10] Yenə orada, səh.68.
[11] «Nisa» surəsi, ayə:94.

 

QƏTL-QARƏT ÜÇÜN İCAZƏ!VƏHHABBİLƏRİN ÖZ MƏRKƏZİNDƏ TERRORİZM
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma