ALLAH EVİNİN İDARƏÇİLƏRİNİN ƏSL VƏZİFƏLƏRİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
ƏQİDƏNİN ZORLA QƏBUL ETDİRİLMƏSİNİN ƏN PİS HALLARIACI BİR XATİRƏ

 

 


Şübhəsiz, şərif məkanlar və Allahın Evi olan Beytullahil-həram bütün dünya müsəlman­la­rı­na aiddir:
جَعَلَ اللّهُ الْکَعْبَةَ الْبَیْتَ الْحَرَامَ قِیَامًا لِّلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْیَ وَالْقَلاَئِدَ ذَلِکَ لِتَعْلَمُواْ أَنَّ اللّهَ یَعْلَمُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ وَأَنَّ اللّهَ بِکُلِّ شَیْءٍ عَلِیمٌ
“Allah-taala Kə`bəni – Beytul-həramı cama­atın işlərinin möhkəmliyi və onların sahmana sa­lı­nması üçün qərar vermişdir. Həmçinin, ha­ram ay, nişansız və nişanlı qurbanlıqları da; bu hökmlər (hesab-kitab üzündən, dəqiq olması) ona görədir ki, Allahın asimanda və yerdə olan­la­rı bildiyini, Allahın hər bir şeyə agah olduğunu biləsiniz.” [1]
لِلنَّاسِ سَوَاء الْعَاکِفُ فِیهِ وَالْبَادِ
Bütün insanlar – yaxından və uzaqdan gələ­nlər Allah Evinin ətrafında bərabərdirlər.”[2]
Deməli, Kə`bə evinin idarəçiliyini öhdəsinə alan­ların da vəzifələri bu İslam mərkəzini yalnız öz məzhəblərinin təbliğ olunması, öz əqidələrinin başqalarına zorla qəbul etdirmək deyil, əmin-amanlıq, nəzm-inzibat bərqərar etmək, zairlər üçün lazım olan məkanları hazırlamaqdır.
Onların özlərinin şəxsi nəzər və çıxarış­larını müxtəlif ölkə alimlərinin istinbat və ictihadları ilə əldə olunan İslami məsələlərə zorla qəbul etdirməyə haqları yoxdur, hətta cahi­liyyət əsrində belə, Kə`bə evinin idarəçilərinin işləri Qur`anda qeyd edilənlərdən artıq deyildi:
أَجَعَلْتُمْ سِقَایَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ
“Yə`ni onların işi Allah evinin hacı­larına su çatdırmaq, Kə`bə evini abad şəkildə saxlamaq idi.”[3]
Deməli, əgər bu ölkənin alimləri tövhid məsələsində xüsusi bir nəzərə malikdirlərsə, öz əqidələrini başqalarına qəbul etdirməyə haqları yoxdur, xüsusilə bunu qeyd edək ki, başqa xalqların böyük alimləri onların bu kimi çıxarışlarını yanlış hesab edirlər.
Misal üçün: bu qrup Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən şəfaət istəmək, yə`ni o həzrəti Allah dərgahında bəndələrin istəkləri üçün vasitəçi etmək məsələsini küfr hesab edirlər, halbuki başqaları onu eynilə tövhid sayırlar.
Yaxud onların bid`ət saydığı bir şeyi, başqa ölkə alimləri sünnə hesab edirlər.
Vəhhabilərin və ümumiyyətlə heç bir digər qrupun haqqı yoxdur ki, özlərinin şəxsi əqidələrini başqalarına zorla qəbul etdirsinlər.
Burada tə`kid edirəm ki, onların işi yalnız bu müqəddəs məkanlarda nəzm, inzibat, təhlükə­sizlik və abadlıq işlərini görməkdir, nəinki onu öz məzhəblərinin təbliğatı üçün bir mərkəzə çevirələr. Maraqlıdır ki, Səudiyyə Ərəbistanın padşa­hına hakimul-hərəmeyniş-şərifeyn (iki şərif hərəmin hakimi) deyil, «xadimul-hərəmey­niş-şərifeyn» (iki şərif hərəmin xidmət­çisi) deyirlər. Onda nə üçün vəhhabi-sələfi alimləri özlərini hakimul-hərəmeyn hesab edirlər, halbuki, «vəliyyi əmr»lərə itaət etməyin onlara vacib olduğuna inanırlar?!
Əlbəttə, bütün İslam alimlərinin fikir birliyinə əsasən, şəri­ətdə qadağan olunan şeyləri qadağan etmək lazımdır. Bir sözlə, az­lıq­da yaşayan bir qrup tərəfindən hər hansı bir fikrin müsəl­man­ların əksəriyyət təşkil edən hissəsinə zorla qəbul etdiril­məsi heç bir məntiqlə uyğun deyildir. (Halbuki, azlıqda yaşa­yan həmin qrup elmi cəhətdən son dərəcə aşağı səviyyədədir.) Lakin təəssübkeş sələfilər öz əqidələrini başqalarına qəbul etdirmək üçün ən çirkin və pis üslublardan istifadə edirlər və bu da təəssüflü və acınacaqlı hallardan biridir.


[1] «Maidə» surəsi, ayə:97
[2] «Həcc» surəsi, ayə:25
[3] «Tövbə» surəsi, ayə:19.

 

ƏQİDƏNİN ZORLA QƏBUL ETDİRİLMƏSİNİN ƏN PİS HALLARIACI BİR XATİRƏ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma