TƏNQİD VƏ MÜLAHİZƏLƏR

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
a) Şİrkİn məfhumu6-ALTI QUR`AN KƏLMƏSİNDƏN YANLIŞ ÇIXARIŞLAR VƏ MƏNTİQ ZƏİFLİ

Vəhhabilərin müxtəlif kitablarda qeyd etdikləri ən ümdə arxalanacaqları olan tövhid və şirk bəhsində həmin yuxarıdakı ayəyə istinad edilir. Onlar daim çalışırlar ki, sair Qur`an ayələ­rinin yanından sadəcə, heç bir nəzər yetir­mədən ötüb keçsinlər. Onlar bu kimi digər ayələri görməməzliyə vururlar, başqa sözlə, Qur`anın bə`zi ayələrinə əməl etməklə kifayətlənirlər.
Qur`anın digər ayələrindən istifadə edərək onların əqidəvi xətalarını aşkar edən müxalif alimləri silahsızlaşdırmaq üçün misilsiz bir iddia ilə deyirlər ki, onların tövhid və şirk məsələsində istinad etdikləri ayələr mütəşabih ayələrdir! Onlar yalnız özlərinin istinad etdik­ləri ayələri Qur`anın möhkəm ayələrindən hesab edirlər.[1]
Dəqiq bir tədqiqatla aydın olur ki, onlar altı Qur`an istilahı barəsində xəta, səhv və yanlış çıxarış əldə etdiklərindən, öz tərəfdarlarından başqa bütün müsəlmanları müşrik və kafir olmasına hökm vermişlər.
Çox təəssüflər olsun ki, onların bu altı kəlmə­nin təfsirində yol verdikləri xətalar ucba­tından İslam dünyası indiyə qədər çox ağır tələfatlar vermişdir: nə qədər müqəddəs qanlar axıdılmış, nə qədər mal-dövlətlər qarət edilmişdir! Hətta bu vəziyyət müasir dövrdə də bə`zi məntəqələrdə davam etməkdədir. Onun nümunələri kimi taliban qrupunun Əfqanıstanda, səhabə ordusunun Pakistanın şiə məscidlərində, İraqda sünnü-şiələrin cərgələri arasında, hətta Səudiyyə Ərəbistanının Riyaz və Əl-xəbər mən­təqələrində belə, bomba partladılması və sair ter­ro­rçuluq aktlarını qeyd etmək olar. Nə üçün onlar digər İslam alimləri ilə, o cümlədən Əl-əzhər, Dəməşq, Qum, Nəcəf alimləri ilə məntiqi söhbətlər apararaq həqiqətləri aşkar etməyə razı deyillər?!
Nə üçün onların başçılarının sair müsəlmanlara «əyyuhəl-muşrikul-cahil» xitabı ilə başlanan bə`zi sözləri indiyə qədər davam edir?! Nə üçün bu çirkin sözü deyənlər öz şəxsi mühakimələri ilə, qarşısında olanları əvvəlcə qanı halal, müşrik və nadan hesab edir, sonra onunla bəhs aparırlar?! Nə üçün vəhhabi alimləri ilə başqaları arasında Qur`anın göstəriş verdiyi şəkildə – dostluq şəraitində elmi və məntiqi bəhs aparmırlar?![2]
Əgər onlar belə etsəydilər, bu qədər pak qanlar axı­dılmaz, mal-dövlətlər qarət edilməz, düşmən­lər onlara hakim kəsilməz, dünyada azlıq təşkil edən sionist qrupu müsəlmanların hər bir şeylə­rini oyun-oyuncağa çevirməzdilər! Onların, qiyamət günü Allah qarşısında, ilahi ədalət mizanında nə cavab verəcəkləri mə`lum deyildir!
Hər bir halda, müqəddəratı həll edən altı söz aşağıdakılardan ibarətdir:
1- Şirk və müşrik (Qur`anda);
2- İlah (Qur`andakı «la ilahə illəllah» kəlməsi);
3- İbadət (Qur`ani-Məciddə);
4- Şəfaət (Qur`ani-Məciddə);
5- Dua (Qur`ani-Məciddə);
6- Bid`ət (Qur`an və hədisdə).
***

[1] «Şərhu kəşfiş-şübəhat», səh.74.
[2] «Zümər» surəsi, ayə:17-18

a) Şİrkİn məfhumu6-ALTI QUR`AN KƏLMƏSİNDƏN YANLIŞ ÇIXARIŞLAR VƏ MƏNTİQ ZƏİFLİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma