1-MƏKKƏDƏN UCALAN FƏRYADLAR SEYYİD MƏHƏMMƏD İBNİ ƏLƏVİNİN ŞÜCAƏTLİ TƏNQİDLƏRİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
Kİtaba haşİyə və müqəddİmə yazanların nümunələrİ e) QUR`ANDA VƏ SÜNNƏDƏ BİD`ƏT

Kitabın əvvəllərində söz vermişdik ki, Məhəmməd ibni Ələvinin kitabından qəribə və maraqlı məqamları sizin üçün təqdim edək.
Məhəmməd ibni Ələvi şücaətli bir alim idi və Məkkədə yaşayırdı. Onun dərsində nəzərə çarpacaq dərəcədə çox adam iştirak edirdi. Məkkənin böyük alimləri və elmi şəxsiyyətləri, Səudiyyə ölkəsinin siyasi şəxsiyyətləri ona çox ehtiram göstərirdilər. O son zamanlarda dünyadan getmiş, onun ölümü ilə dərin kədər və qəm-qüssə bütün məntəqəni əhatə etmişdi.
Özünü «Xadimul-elmiş-şərif bil-bələdil-Həram» adlandıran və maliki məzhəbinə tabe olan bu şəxsiyyət həzrəti Zəhrayi Mərziyyə (əleyha salam)-ın nəs­lin­­dən olmaqla «Həsəni» ləqəbi ilə iftixar tap­mışdı. O, bu ləqəbi öz adının ardınca həmişə yazırdı.
Onun Məscidul-Həramda təşkil etdiyi dərs yığıncaqları bu məscidin ən çox iştirakçısı olan dərslərdən biri idi, müxtəlif İslam elm­lərində çoxlu əsərlər də yazmışdı. O, təəssübkeş vəhhabilərin ifratçı əməlləri ilə ciddi mübarizə aparırdı. Nəhayət, onların əqidələrinin təftiş və tənqidində «Məfahimu yəcibu ən tusəhhəhə» (islah olunması vacib olan məfhumlar) adlı kitabını yazmışdır.
O, özünün təmkinli və alimcəsinə nəsihətləri ilə (kitabın adından da göründüyü kimi) bu qrupun ən mühüm ideoloji əsaslarını tənqid atəşinə tutur və hər bir yerdə Qur`an ayələri və sünnülərin mö`təbər mənbələrin­dən çıxardığı Peyğəmbər (səlləllahu əleyhi və alih) hədislərin istinad edirdi. O, elə kitablara və mənbələrə arxalanırdı ki, ifratçı vəhhabilər onu inkar etməyə qadir deyildilər.
O, bu ifratçı qrupun beynində dolaşan, eləcə də müsəlmanlardan çoxunun kafir hesab edilməsi, canlarının, mallarının mübah (hədər) sayılması və müsəlmanlar arasında vəhdətin pozulmasına səbəb olan bir sıra məfhumları islah etmək məqamına gəlmiş və bu işi layiqincə icra etmişdir.
1-Bu kitab öz növbəsində və bir neçə cəhətdən misilsiz, yaxud çox nadir kitablardan sayılar. Bu kitab on il ərzində on dəfə çap olunmuşdur. Hətta illərin birində dörd dəfə çap olunmuş və İslam ölkələri, hətta Ərəbistan əhalisinin qızğın alqışları ilə qarşılaş­mış­dır.
2-Misir, Mərakeş, Sudan, Bəhreyn, Pakistan, Əmarat və sair kimi ərəb ölkələrində yaşayan sünnü alimləri və böyük elmi şəxsiyyətlərdən çoxu bu kitaba haşiyə yazmış, İbni Ələvinin nəzəriyyə­lərini və onun şücaətini tə`rifləmişlər. Bu tə`riflərdən iyimi üç nümunəni kitabın əvvəlində – yetmiş səhifdə qələmə alınmışdır. Bu da həmin kitabın bəyənilməsi barəsində alimlərin fikir birliyini çatdırır. Bu haşiyələrin özü də çox maraqlı kitabçalar hesab olunur!
3-Kitabın bu qədər tirajla çap olunmasına, təəs­sübkeş sələfilərin Ərəbistanın kitab baza­rında qoyduqları ciddi senzuraya, eləcə də onların fikirlərinin tənqidinə dair kitab yazılmasına icazə verməmələrinə baxmayaraq, Məkkə bazarında kütləvi şəkildə satıldı. Biz də onu həmin bazar­dan əldə etmişdik.
Bu da göstərir ki, əvvəllər qeyd etdiyimiz kimi, vəh­habi­lərin yeni nəsli təəssübkeş sələfi fikir­ləri ilə müvafiq deyildirlər və onda təf­tiş­çiliyə, yenidən nəzər verilməsinə ehtiyac duyurlar.

 

Kİtaba haşİyə və müqəddİmə yazanların nümunələrİ e) QUR`ANDA VƏ SÜNNƏDƏ BİD`ƏT
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma