KİTABIN MÖHTƏVASI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
İkİncİ mehvərKİtaba haşİyə və müqəddİmə yazanların nümunələrİ

Yuxarıda adları çəkilən alimlərin sözlərində qeyd olunduğu kimi, bu kitab ifratçı vəhhabilərin fikirlərini üç mehvərdə tənqid etmiş, Qur`an ayələrinə və mö`təbər rəvayətlərə istinad etməklə, onların zəifliyini aşkar etmişdir.
Birinci mehvər
İman və küfr məsələlərinə aiddir. O, tam aşkar şəkildə deyir: «Camaatdan çoxu – Allah onları islah etsin! (məqsədi təəssübkeş vəhhabi və sələfilərdir) – insanı İslam dairəsindən çıxa­ran işlərin həqiqətini başa düşməkdə xətaya yol vermiş və o qədər irəliləmişlər ki, hər kəs onlarla müxalifət edərsə, onu kafir hesab edirlər, hətta onlar yer üzündə az miqdar istisna olmaqla, bütün müsəlmanları kafir sayırlar!!»
O inanır ki, hətta bu məzhəbin imamı da bu qədər ifratçılığı qəbul etmir. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu məşhur “müsəlmanı söymək şirk, onu öldürmək küfrdür” hədisinə istinad edərək müsəlmanlara nalayiq sözlər deyilməsini, onlarla müharibə aparılmasını şiddətlə tənqid atəşinə tutur, kafi dəlillərlə imanla küfr arasındakı sərhəddi araşdırıb, təəssübkeş sələfilərin bu məsələlər barəsindəki xəta və səhvlərini bəyan edir.
Maraqlıdır ki, onun müxaliflər (vəhhabilər) qarşısında tutduğu mövqe nisbətən kəskindir və onların çirkin tə`birlərindən qəzəblənir.
Misal üçün, xariqul-adə işlər barəsində müxaliflərin belə dediyini nəql edir: «Camaat bə`zən peyğəmbərlərdən, salehlərdən elə şeylər istəyirlər ki, Allahdan başqa heç kəs onları yerinə yetirməyə qadir deyildir və bu iş şirk (və küfr) sayılır.»
Bu yanlış fikrin ardıcıllarının cavabında isə deyir: «Bu fikir keçmiş dövrlərdən e`tibarən, müsəlmanların arasında mövcud olan şeylər barəsindəki anlaşılmazlıqdan yaranmışdır. Belə ki, camaat o böyük şəxsiyyətlərdən, həllolunmaz çə­tin­liklərinin həll olunması üçün Allahdan dua etmələrini istəmişlər. Mö`təbər İslam rəvayət­lərində də Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən belə istəklər edilməsi nəql olunmuşdur. O cümlədən, əlacsız xəstəliklərə şəfa verilməsi, yağış yağ­dırılması, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in barmaq­ların­dan bulaq qaynaması, az miqdarda çörəyin xeyir-bə­rə­kət tapmaq və çoxlu insanların ondan istifadə etməsi və sair kimi şeylər.» Sözünün sonunda isə deyir: «Görəsən, bunlar tövhid və küfrün mə`nasını Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən yaxşı başa düşürdülər?! Bu sözlərin nəinki alimlərdən, hətta cahillərdən belə, baş verməsi təsəvvür olunmur!»[1]
Onun hər yerdə işlətdiyi sözlər məntiqli, ədəblidir və müxaliflərin sair müsəlmanları kafir və fasiq hesab və təhqir etmələri qarşı­sın­dakı kəskin mövqeyi, heç olmazsa, yuxarıda qeyd etdiyi­miz tə`birlər kimidir.

[1] «Məfahimu yəcibu ən tusəhhəhə», səh.181.

İkİncİ mehvərKİtaba haşİyə və müqəddİmə yazanların nümunələrİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma