Səhabələri pak bilənlərin bir qrupu bu əqidədə o qədər ifratçılığa varmışlar ki, onları tənqid edən hər kəsi fasiq, bə’zən də dinsiz adlandırır, yaxud onun qanını hədər hesab edirlər!
Misal üçün, Əbu Zər’ə Razinin «Əl-isabə» kitabında belə oxuyuruq: «Hərgah bir şəxsin Peyğəmbər səhabələrinə irad tutduğunu görsən, bil ki, o dinsizdir. Səbəbi də budur ki, Rəsuli-Əkrəm haqdır, Qur’an haqdır, onun gətirdikləri haqdır və bunların hamısını bizim üçün məhz səhabələr gətirmişlər. Bunlar (müxaliflər) isə, bizim şahidlərimizi e’tibardan salmaq istəyirlər ki, kitab və sünnə bizim əlimizdən çıxsın!»[1]
Əbdüllah Musili «Hətta la nənxədiə» kitabında yazır: «Onlar (səhabələr) elə insanlar idilər ki, Allah onları, Peyğəmbərlə birlikdə olmaq, din və şəriətini bərqərar etmək üçün seçmişdir. Onlar Allah Peyğəmbərinin vəziri qərar verilmişlər. Onları sevmək din və iman, onlara kin bəsləmək isə küfr və nifaqdır! Ümmətə vacibdir ki, onların hamısını sevib, daim onların yaxşılıq və fəzilətlərindən danışsınlar, onların arasında olan çarpışma və müharibələr barəsində isə, sükut etsinlər!»[2]
Halbuki, bu sözlər Allahın Kitabı və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sünnəsi ilə müxalifdir!
[1] «Əl-isabə», 1-ci cild, səh.17.
[2] «Hətta la nənxədiə», səh.2