3-Cavabsız suallar...

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
5-Səhabələrin pak hesab edilməsi əqidəsində əsas məqsədlər2-Səhabələrİ pak hesab etməkdə İfratçılıq


Burada insaflı və əql sahibi olan hər bir insan dəlilsiz sözləri gözü bağlı, kor-koranə qəbul edənlərə aşağıdakı sualları verir:
Allah-Taala Qur’ani-kərimdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xanımları barəsində buyurur:
یَا نِسَاء النَّبِیِّ مَن یَأْتِ مِنکُنَّ بِفَاحِشَةٍ مُّبَیِّنَةٍ یُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَیْنِ وَکَانَ ذَلِکَ عَلَى اللَّهِ یَسِیرًا
«Ey Peyğəmbərin xanımları! Sizlərdən hər kəs aş­kar­da bir günah etsə, onun cəzası ikiqat artıq ola­caqdır və bu iş Allah üçün çox asandır...[1]
Biz «səhabə»ni hər hansı mə’naya təfsir etsək, belə, (onların barəsində müəyyən izahlar gələcəkdir), şübhəsiz Peyğəmbər (səlləllahu əleyhi və alih)-in arvadları onun ən bariz nümunə­lə­ri­dir. Qur’an da buyurur ki, nəinki onların günahından güzəştə gedilməyəcək, üstəlik cəzaları ikiqat artırı­lacaqdır.
Görəsən, bu ayəyə inanaq, yoxsa səhabələri qeydsiz-şərt­siz olaraq pak bilənlərin sözlərinə?! Həmçinin, Qur’an həzrət Nuh (əleyhis-salam)-ın övladı barəsində buyurur:
اِنَّهُ عَمَلٌ غَیْرُ صَالِحٍ
«O, qeyri-saleh bir əməldir.»[2]
Ayədə bundan sonra Nuh (əleyhis-salam)-a xəbərdarlıq edilir ki, onun barəsində şəfaət etməsin.
Görəsən bir peyğəmbər övladı mühümdür, yoxsa onun səhabə və köməkçiləri?!
İki böyük ilahi peyğəmbər olan Nuh və Lutun həyat yoldaşları barəsində buyurulur:
فَخَانَتَاهُمَا فَلَمْ یُغْنِیَا عَنْهُمَا مِنَ اللَّهِ شَیْئًا وَقِیلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِینَ
«..O iki qadın öz həyat yoldaşlarına (Nuh və Luta) xə­­yanət (düşmənlə həmkarlıq) etdilər, o iki peyğəmbər də onlara şəfaət edə bilmədi. Onların hər ikisinə de­yil­­di: cəhənnəm əhli ilə birlikdə cəhənnəmə daxil olun!»[3]
Məgər bu ayələr aşkar şəkildə buyurmayırmı ki, in­san­­ların yaxşı və pis olmasında əsas me’yar iman və saleh əməl­dir, əməllərin batil, puç və xarab olduğu təqdirdə hət­ta peyğəmbərin övladı və həyat yoldaşı olmaq belə, on­la­rın cəhənnəm əhli olmasının qarşısını ala bilməz?!
Belə olan təqdirdə gözlərimizi yumaraq «filan şəxs bir müddət səhabə olduğuna görə ona məhəbbət bəsləmək din və iman, onunla müxalifət etmək isə küfr və nifaq­dır» - deməyimiz düzgün olarmı?! Hətta sonralar münafiq­lə­­rin cərgəsinə keçərək Peyğəmbərə əzab-əziyyət vermiş və mü­­səl­manlara xəyanət etmiş olsa belə, onları müqəddəs say­­maq düzgündürmü?! Sağlam ağıl bu sözü qəbul edə bilər­mi?!
Əgər bir kəs «Təlhə və Zübeyr əvvəllər yaxşı insanlar idi, lakin hakimiyyət iddiası etdikləri zaman Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xanımı Ayişəni özləri ilə apararaq Əli (əleyhis-salam)-la bağladıqları bey’ət və əhd-peymanı (müsəlman­la­rın böyük əksəriyyətinin o həzrətlə bey’ət etdikləri halda) pozub Cəməl müharibəsini törətdilər və bu müharibədə təqribən 17 min nəfər müsəlmanın qanı axıdıldı. Onlar düz yoldan çıxıb bu qədər insanın qanını axıt­dıq­ları üçün qiyamətdə cavab verməli olacaqlar», yaxud «Müaviyə Əli (əleyhis-salam)-la bey’ətdən imtina etdi, o, bütün müsəlmanlar tərəfindən qəbul olunan haqqı qəbul etməyərək Siffeyn müharibəsini qızışdırdı və təqribən yüz mindən artıq müsəlmanın qanını axıtdı, bu halda zalım bir insandır» - deyərsə, bu sözlər həqiqətdən uzaqdırmı?!
Tarixin bu acı həqiqətlərinə göz yummaq, yaxud heç bir ağıllı şəxsin qəbul etmədiyi yanlış izah və yozumlarla bu təəssüflü, faciəli hadisələrin yanından rahat və e’tinasız ötüb keçmək olarmı?!
Görəsən, doğrudanmı belə insanlara məhəbbət bəsləmək (Əb­­düllah Musilinin dediyi kimi) din və iman, onlara qar­­şı kin isə küfr və nifaqdır?! Bizim vəzifəmiz yüz min­­lərlə günahsız insanın qətlə yetirilməsinə səbəb olan bu inadkarlıq əməlləri qarşısında sükut etmək­dir­mi?! Hansı bir əql belə hökm edər?! Qur’an buyurur ki, «Pey­­ğəm­bər (səlləllahu əleyhi və alih)-in ətrafında olanların bə’­zi­­ləri mü­na­fiqdir.» Bu Qur’an ayəsini görməməzliyə vur­maq olar­mı:
وَمِمَّنْ حَوْلَکُم مِّنَ الأَعْرَابِ مُنَافِقُونَ وَمِنْ أَهْلِ الْمَدِینَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ...
“Sizin ətrafınızda olanlardan – ə’rabdan bə’ziləri mü­nafiqdirlər, Mədinə əhlindən də bə’ziləri münafiq ol­maqla öz nifaqlarında mahir və sabitdirlər. (Ya Pey­ğəm­bər) Sən onların nifaqından (münafiq olmasın­dan) agah deyilsən, amma Biz ondan agahıq.”[4]
Yoxsa təvəqqeniz budur ki, dünyanın ağıl sahibləri belə bir məntiqi qəbul etsin?!


[1] «Əhzab» surəsi, ayə:30.
[2] «Hud» surəsi, ayə:46.
[3] «Təhrim» surəsi, ayə:10.
[4] «Tövbə» surəsi, ayə:101


4-Səhabələr kimdir?
Burada növbəti mühüm məsələ «səhabə» kəlməsinin məf­hu­mun­dan ibarətdir. Yə’ni müqəddəslik xətti ilə əhatəyə alınan «sə­ha­bə» dedikdə, məqsəd kimlərdir? Sünnü alimləri arasında bu mə­sə­lə ilə əlaqədar çox müxtəlif tə’rif və tə’birlər işlədilmişdir. O cümlədən:
1-Onların bə’ziləri bu tə’rifin hüdudlarını o qədər geniş­lən­dirmişlər ki, «müsəlmanlardan hər bir şəxs həzrət Peyğəmbəri görübsə, o həzrətin səhabəsidir!» - deyirlər. Bu tə’biri Buxari zikr edərək deyir:
مَنْ صَحِبَ رَسُولَ اللهُ - اَوْ رَآهُ مِنَ الْمُسْلِمِین فَهُوَ مِنْ اَصْحابِهِ
«Müsəlmanlardan hər kəs Peyğəmbər (səlləllahu əleyhi və alih)-i görsə, o, səhabədir.»
Sünnülərin məşhur alimi Əhməd ibni Hənbəl də onun hüdudlarını çox genişləndirərək deyir:
اَصْحَابُ رَسُولِ اللهِ - کُلُّ مَنْ صَحِبَهُ شَهْرًا اَوْ یَوْمًا اَوْ سَاعَةً اَوْ رَآه
«Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səhabələri hər o kəsdir ki, bir ay, yaxud bir gün, hətta bir saat belə, onunla müsahib (yoldaş) olmuş, yaxud onu görmüşdür!»
2-Amma bə’ziləri səhabələr üçün nisbətən məhdud bir tə’rif demişlər. Misal üçün, Qazi Əbubəkr Məhəmməd ibni Təyyibin dediklərini qeyd etmək olar. O deyir: «Səhabə»nin lüğətdəki məfhumunun ümumi olmasına bax­ma­yaraq, İslam ümmətinin ürfündə bu kəlməni yalnız o kəslərə aid etmişlər ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-lə nəzərə çarpacaq müddət ərzində müsahib olsun; nəinki onun hüzurunda bir saat olan, yaxud onunla bir neçə addım yol gedən, yaxud da o həzrətdən bir hədis eşidən kəslər!
3-Səid ibni Müsəyyib kimi bə’ziləri də səhabənin tə’­rifini bundan da artıq məhdudlaşdıraraq demişdir: «Pey­ğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi yalnız o kəslərə deyilir ki, heç olmazsa, bir-iki il o həzrətlə birlikdə olmuş, o həz­rətlə bir-iki qəzvədə iştirak etmişdir.»[1]
Bu tə’riflər, eləcə də hamısının qeyd olunması sözün uzanmasına səbəb olan digər tə’riflər göstərir ki, bu qədər müqəddəsliyə malik olan şəxslərin kimlər olması dəqiq şəkildə aydın deyildir, lakin əksəriyyət daha geniş məf­hum ifadə edən birinci mə’nanı seçmişlər. Bax­ma­ya­raq ki, bu, bizim apardığımız bəhslərdə çox da təfa­vüt yarat­mır. Çünki gələcəkdə söhbət açacağımız ki­mi, zid­diy­yətli halların çoxunda o həzrətlə uzun müddət yol­daş olanlar nəzərdə tutulur.

[7] «Təfsiri Qurtəbi», 8-ci cild səh.237

 

5-Səhabələrin pak hesab edilməsi əqidəsində əsas məqsədlər2-Səhabələrİ pak hesab etməkdə İfratçılıq
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma