Tarixi keçmiş

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Qəbirlərin ziyarətində şirk xəyalıBəhsİn qoyuluşu

 Dünyadan gedənlərin, xüsusilə böyük şəxsiyyətli insan­la­rın qəbirlərinə ehtiram qoymağın çox dərin keçmişi var­dır. Min illər öncədən e’tibarən insanlar öz ölü­lərini əziz tutur, xüsusilə də böyük şəxsiyyətlərinin qəbir­lərinə ehtiram qoyurdular. Bu işin müsbət tə’sir və fəlsəfəsi də olduqca çoxdur.
Keçmiş insanları yad elməyin ilk fay­dası bu əziz­lə­rin ehtiramlarının saxlanmasıdır, onla­rın qədir-qiymə­ti­nin bilinməsi də insani şərafət və izzətin nişanə­lə­rin­dən ibarətdir. Bu iş cavanları onların yolunu davam etdirməyə təşviq edir.
İkinci tə’siri – sükuta daldığı halda sanki dillə da­nışan qəbirlərdən ibrət dərsi almaq, qəflət paslarını qəlb güzgüsündən silmək, dünyanın ötəri, aldadıcı bər-bəzəkləri müqabilində ayılıb huşyar olmaq, həva-həvəs­lərin tə’sir dairəsini azaltmaqdır. Əli (əleyhis-salam)-ın tə’biri ilə desək, “ölülər ən yaxşı moizəçilərdir.”
Üçüncü tə’siri – ölən şəxsin yadigarlarına təsəlli ver­­məkdir. Çünki insanlar öz əzizlərinin qəbirlərinin ya­nında dayananda daha artıq ruhi aramlıq hiss edirlər, san­ki onların qəm-qüssə, kədər­lərinin şiddətindən bir qədər aza­lır. Məhz həmin dəlilə görə, hətta cənazələri ta­pıl­­ma­yan şəxslər üçün belə, qəbrə oxşar bir şey düzəl­dib, onun yanında dayanır və beləliklə də öz əzizlərini yad edirlər.
Dördüncü tə’sir budur ki, böyük şəxsiyyətli insanla­rın qəbirlərinə ehtiram göstərmək bir millət və xalqın mə­dəni-mirasının qorunub-saxlanmasıdır, ruzigarın qövm­ləri öz keçmiş mədəniyyətləri ilə yaşayırlar. Dünya mü­səlmanlarının çox böyük və zəngin mədəniyyətləri var­dır ki, onun ən mühüm hissəsi şəhidlərin, böyük alim­lə­rin, elm və mədəniyyət xadimlərinin, xüsusilə böyük din rəh­bər­lərinin qəbirlərindən ibarətdir. Onların qoru­nub-saxlanması və əzəmətlə yad edilməsi əslində islamın və Peyğəmbər sünnəsinin qorunub-saxlan­masıdır.
İslamın böyük şəxsiyyətlərinin iftixarlı əsərlə­ri­ni Mək­kədə, Mə­di­nədə və digər məntəqələrdə məhv edib ara­­dan aparan, islam cəmiy­­yətini bərpaolunmaz xəsarət­lərə düçar edənlər nə qədər də mə­də­niyyətsizdirlər! Təəs­süf­lər olsun ki, nadan və geridə qalmış sələ­filər puç xəyal və bəhanə­lər­lə islamın zəngin mədəni-mira­sı­nın kök­sünə ağır, öldürücü zər­bələr endirmişlər. Görəsən, bu əzə­mət­li və tarixi əsər­lər yalnız bu kiçik qrupa aiddirmi ki, onları belə rəhm­siz­cəsinə məhv edir?! Yoxsa onların qo­runub-saxlanması hər bir ölkədəki agah islam alim­lərinin öhdəsinə tap­şırılmalıdır?!
Beşincisi budur ki, böyük din rəhbərlərinin qəbir­lə­rini ziyarət etmək və onların vasitəsi ilə Allahdan şə­­faət istəmək (insanlar bu işlə tövbə edə­rək Allah dər­ga­hına qayıdırlar) insan nəfsinin pərvəriş tap­ması, düz­gün tərbiyə olunması və imanın güc­lən­mə­sin­də son dərəcə mə’nəvi tə’sir qoyur. Günaha aludə olan çoxlu insanlar on­la­rın müqəddəs məzarları önündə töv­bə edir, həmi­şəlik ola­raq islah olunur, salehlər də ru­hun paklaş­dırıl­ma­sının daha yüksək məqamlarına çatır­lar.

 

Qəbirlərin ziyarətində şirk xəyalıBəhsİn qoyuluşu
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma