3-Nəyin üzərinə səcdə etməliyik?

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
4-Bu məsələnin mənbələri2-Səcdə Allahdan qeyrisi üçün caiz deyildir!

Əhli-beyt (əleyhimus-salam) məktəbi ardıcılları yekdil nəzərlə inanırlar ki, torpaqdan başna şeyin üstünə səcdə etmək olmaz. Əlbəttə, onlar inanırlar ki, yerdən cücərən şeylərə də səcdə etmək olar, bu şərtlə ki, yeyilməli, içilməli və geyilməli şeylərdən olmasın. O cümlədən, ağacların yarpağı, taxta, həsir və s. kimi şeylər.
Halbuki, sünnü fəqihlərinin hamısı, ümumiyyətlə hər bir şeyə səcdə edilməsini caiz bilmişlər. Onların bə’­zi­ləri də paltarın qolu, yaxud əmmamənin küncü və s. kimi şeyləri istisna edərək onları caiz hesab etməmişlər.
Əhli-beyt ardıcılları Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih) və mə’­sum imamlardan nəql olunan rəvayətlərə, eləcə də səha­bə­lə­rin ən’ənə və əməllərinə istinad edərək bu əqidəyə is­rar edirlər. Buna görə də Məscidul-Həramda və Peyğəmbər məs­cidində xalçaların üzərinə deyil, yerə döşənmiş daşların və bə’zən də özləri ilə apardığı həsirin üzə­rinə səcdə etməyə üstünlük verirlər.
İran, İraq və digər şiə yaşayan ölkələrin məscidləri xal­ça ilə döşəndiyi üçün, müsəlmanlar namaz vaxtı «mö­hür» adlı bir torpaq parçasını xalçanın üzərinə qoyub onun üzərinə səcdə edirlər ki, insanın ən şərafətli üzvü olan alın, Allaha səcdə zamanı torpağa dəysin və Onun dərgahında bəndəçiliyin son həddi hasil olsun.
Bə’zən bu möhürləri şəhidlərin türbə­tin­dən hazırla­yır­lar ki, onların Allah yolunda fədakarlığını xatır­latsın, namazda daha artıq hüzuri-qəlb hasil olsun. Onlar Kərbəla şəhidlərinin türbətini digər şəhidlərin tür­bə­tindən üstün hesab edirlər, lakin həmişə türbətə səcdə etməyə iltizamlı deyildirlər. Yuxarıda qeyd etdiyimiz kimi, Məscidül-Həram və Məscidün-Nəbi kimi yerlərdə məscidin döşəmələrində olan daşlara rahat şəkildə səcdə edirlər. (Diqqət edin!)
Əhli-beyt ardıcılları səcdənin torpağa və yerə edilməsinin vacibliyini isbat etmək üçün çoxlu dəlillər gətirirlər. O cümlədən, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql olunan hədislər və səhabələrin üslubu, Əhli-beyt imamlarının rəvayətlərini misal gətirmək olar (sonrakı bölmələrdə qeyd edəcə­yik).
Bununla belə, bə’zi sünnü qardaşların bu fət­va­lar qar­­­şısında kəskin əks-reaksiya göstərib onu bə’­zən bid’­ət, bə’zən şirk, bə’zən də bütpərəstlik adlan­dırmaları çox təəccüblü haldır. Əgər onların qəbul etdikləri ki­tab­­lara isti­nadən Peyğəmbərin, yaxud onun kömək­çilə­rinin yerə səcdə etdiyini isbat etsək, yenə də bu iş bid’ət sayacaqlarmı?!
Əgər o həzrətin Cabir ibni Əbdüllah Ənsari kimi bə’­zi köməkçilərinin qızmar havada yandırıcı daş, çınqıl və ya bir miqdar qumu əlində saxlayıb bir az soyut­ma­larını və namazda alınlarını onun üstü­nə qoyma­la­rı­nı isbat etsək,[1] onda Cabir ibni Əbdül­lahın büt­pərəst, yaxud bid’ətçi olduğunu iddia etmək olarmı?!
Bir şəxs Məscidül-Həramın, yaxud Məscidün-Nəbinin dö­şəmə­sindəki daşların üzərinə, yaxud onun üzərinə salınmış həsirə səcdə edirsə, onda bu iş həsirə, yaxud məscidin döşəməsindəki daşlara səcdə sayılırmı?!
Onlar bizim minlərlə fiqh kitabımızdan hər hansı birinin «üzərinə səcdə etməyin caiz olduğu şeylər» - bab­la­rını mütaliə etməməli və bu yersiz iftiraların, həqi­qət­lə azacıq belə, uyğun olmadığını bilməməlidirlərmi?!
Görəsən, bir kəsi bid’ət, küfr və bütpərəstliklə müt­tə­him etmək Allahın qiyamət günü asanlıqla güzəştə get­diyi işlərdən­dir?!
Şiələrin nə üçün yerə səcdə etmələri aydın olsun deyə, imam Sadiq (əleyhis-salam)-ın buyurduğu bir hədisi qeyd et­mə­yimiz ki­fa­yətdir. O həzrətin savadlı şagirdlərdindən olan Hi­şam ibni Həkəm soruşdu ki, nəyin üzərinə səcdə et­mək olar və nəyin üzərinə səcdə etmək olmaz? İmam (əleyhis-salam) buyur­du:
السُّجُودُ لاَ یَجُوزُ اِلاَّ عَلَی اْلاَرْضِ اَوْ مَا اَنْبَتَتِ اْلَرْضُ اِلاَّ مَا اُکِلَ اَوْ لُبِسَ
“Səcdə yalnız yerə və yerdən göyərənlərə – yeməlilər və geyməlilər istisna olmaqla – caizdir.” Hişam dedi: «Sənə fəda olum, onun hikməti nədir?»
İmam (əleyhis-salam) buyurdu:
لانَّ السُّجُودَ هُوَ الْخُضُوعُ لِلَّهِ عَزَّ وَجَلَّ فَلاَ یَنْبَغِی اَنْ یَکُونَ عَلَی مَا یُؤْکَلُ وَیُلْبَسُ لِاَنَّ اَبْناءَ الدُّنْیا عَبِیدُ مَا یَاْکُلُونَ وَیَلْبَسُونَ وَالسَّاجِدُ فِی سُجُودِهِ فِی عِبادَةِ اللهِ فَلاَ یَنْبَغِی اَنْ یَضَعَ جَبْهَتَهُ فِی سُجُودِهِ عَلَی مَعْبُودِ اَبْناءِ الدُّنْیَا الَّذِینَ اغْتَرُّوا بِغُرُورِهَا
“Çünki səcdə mütəal Allahın dərgahında xüzunun (bən­­də­çilik izhar etməyin) son həddidir, buna görə də ye­mə­lilərin və gey­m­əlilərin üzərinə səcdə edilməsi yax­şı olmaz. Çünki dünya­pərəstlər yeməlilərin, geymə­li­lə­rin qu­lu­durlar, səcdə edən şəxs də səcdə halında Allaha ibadətlə məş­ğul­ olduğuna görə, layiq deyildir ki, alnı­nı dünyanın bər-bəzəklərinə məftun olub alda­nan­ların mə’budunun üzərinə qoysun.”
Sonra İmam (əleyhis-salam) buyurdu:
وَالسُّجُودُ عَلَی اْلاَرْضِ اَفْضَلُ لِاَنَّهُ اَبْلَغُ لِلتَّواضُعِ وَ الْخُضُوعِ لِلَّهِ عَزَّ وَ جَلَّ
“Torpağa səcdə etmək daha fəzilətlidir, çünki bu, Al­lah dərgahında bəndəçilik və xüzunu daha yaxşı yeti­rir.”[2]


[1] «Müsnədi Əhməd», 3-cü cild, səh.327; «Sünəni Beyhəqi», 1-ci cild səh.239
[2] «İləluş-şəraye», 2-ci cild, səh.341.

 

4-Bu məsələnin mənbələri2-Səcdə Allahdan qeyrisi üçün caiz deyildir!
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma