Asan şəriət

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Ayaqqabılara məsh çəkilməsi əql və şəriət nəzərindənMüxalif rəvayətlər

Şübhəsiz, islam dini dünya səviyyəli bir din olub, dünyanın bütün məntəqələri üçün, bütün əsr və qərinələrdə nəzərdə tutulmuşdur. Eyni halda, ən kamil və tamamilə asan olan bir şəriətdir. Siz təsəvvür edin: ayaqların ge­cə-gündüz ərzində beş dəfə yuyulması dünyanın müx­tə­lif ölkələrində yaşayan müsəlmanlar üçün nə qədər çə­tin­liklər icad edə bilər! Bu çətinliklər səbəbilə də bir qrup dəstəmazdan və namazdan ikrahlı, bizar ola bilər!
Nəssin müqabilində ictihad etmək və məsh rəvayətini tərk etməyin nəticəsi, bax budur!
Belə bir ehtimal da verilə bilər ki, ğəsl (yuyulma) rə­va­yətlərinin hamısı yox, bir qismi saxta hədis düzəl­dilib yayılmasına qiymət verildiyi bir dövrdə – Bəni-üməyyənin xilafəti dövründə düzəldilmiş olsun. Bu müm­kündür ki, Müaviyə saxta hədis yazanlara külli məbləğ­də pul verərək bunu düzəltmiş olsun. Çünki hamımızın bildiyimiz kimi, Əli (əleyhis-salam) ayaqlara məsh çəkilməsinin tərəfdarı idi, Müaviyə də israrla deyirdi ki, hər bir şey o həzrətin dediyinin əksinə olmalıdır.
Aşağıdakı iki rəvayətə diqqət yetirin:
1-«Səhihi Müslüm»də qeyd edilir ki, Müaviyə, Sə’d ibn Əbi Vəqqasa göstəriş verdi ki, Əmirəl-mö’minin Əli (əleyhis-salam)-a lə’n desin.[1] Sə’d dedi: «Əlinin fəziləti barəsində Peyəmbərdən üç şey eşitmişəm ki, onu heç vaxt unuda bilmirəm. Kaş onlardan heç olmazsa biri məndə olaydı! Bu fəzilətləri külli miqdarda mal-dövlət və sərvətdən üstün hesab edirəm. Sonra «Təbuk» müharibəsində, Peyğəm­bər (səlləllahu əleyhi və alih)-in buyurduğu «əma tərza ən təkunə li bimən­ziləti Harunə min Musa...» hədisini, «Xeybər» müha­ri­bə­sində Əli (əleyhis-salam)-ın barəsində buyurduğu mühüm bir cüm­ləni, eləcə də «Mübahilə» ayəsini bəyan etdi.[2]
Bu hədis Müaviyənin, Əmirəl-mö’minin Əli (əleyhis-salam)-la müxalifətçilikdə nə qədər israr etdiyini göstərir.
2-Çoxlu rəvayətlərdən mə’lum olur ki, islamın ilk dövrlərində iki qrup hədis düzəltməyə başlamışdı:
Birinci qrup zahirdə saleh, amma sadəlövh olanlar idi ki, bə’zi hədisləri Allah dərgahına yaxınlaşmaq üçün (qürbətən iləllah niyyəti ilə) düzəldirdilər. O cümlədən, zahirdə dindar olan bir qrup adam, camaatın Qur’an tila­vətinə rəğbət göstərməsi üçün surələrin fəzilətinə dair çox qəribə hədislər düzəldir və Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nisbət verirdilər. Çox təəssüflər olsun ki, onların sayı çox da az deyildi!
Sünnülərin məşhur alimi Qurtəbi «Təzkar» kitabında (səh.155) yazır: «Yalandan hədis düzəldənlərin Qur’an su­rə­­­lə­rinin fəziləti barəsində düzəltdikləri hədislə­rin e’ti­barı yoxdur. Çoxları Qur’an surələrinin və (hət­ta) sair əməl­lərin fəziləti barə­sində də bu işi etmiş­lər. Onlar bu işi qür­bət qəsdilə yerinə yetirir və güman edir­di­­lər ki, bu yolla camaatı yaxşı işlərə və fəzilətli əməl­­lərə də’vət edirlər.» (Onlar ən böyük günahlardan olan yalanla zöhd və fəqahət ara­sında heç bir ziddiyyət görmürdülər!)
Həmin alim bə’zi mühəddislərdən və Hakimdən nəql edir ki, zahidlərdən biri Qur’an və onun surələrinin fə­zi­­lə­tində (qürbət qəsdi ilə) hədislər nəql etmişdir. On­dan bu işi nə üçün görməsini soruşduqda, demişdi: «Mən gördüm ki, camaat Qur’ana az əhəmiyyət verirlər, is­tə­­­dim ki, onların Qur’ana rəğbətini artıram.» Ona deyi­ləndə ki, axı Peyğəmbər: “Hər kəs mənim adımdan yalan de­sə, cəhənnəmdə öz yerini ha­zır etmişdir!” - deyə buyur­muş­dur?!» Cavabında dedi: «Peyğəmbər buyurmuşdur ki, hər kəs mənim əleyhimə yalan desə; mən isə bu yalanları Peyğəm­bərin xeyrinə deyirəm!»
Qurtəbi bu cür hədisləri nəql etməkdə tək deyildir; sünnü alimlərindən böyük bir qrupu da onu nəql etmişlər. (Əlavə mə’lumat almaq üçün «Əl-qədir»in 5-ci cildinin «kəzzabin və vəzzain» bölməsinə müraciət edə bilərsiniz.)
İkinci qrup isə külli məbləğdə pul almaqla Müaviyə­nin və Bəni-üməyyənin xeyrinə, Əli (əleyhis-salam)-ın zərərinə ola­raq hədis düzəl­dir­dilər. Misal üçün, Sümrət ibni Cün­dəb dörd yüz min dirhəm (gü­müş) pul alaraq Əli (əleyhis-salam)-ın məzəmmətində və onun qatil­lə­ri­nin tə’rifində bir hə­dis düzəldərək dedi: “Və minən-nasi mən yəşri nəf­səhu...” («Bə­­­qərə», 207) ayəsi Əlinin qatili – Əbdür-Rəhman ib­ni Mül­­cəmin, “və minən-nasi mən yu’cibukə qoluhu fil-həya­tid-dün­ya” («Bəqərə», 204) ayəsi isə (nəuzu billah!) Əli­nin barəsində na­zil olmuşdr.»[3] Bunun kimi çoxlu yalan hədis­ləri qeyd etmək olar.
Deməli, Əli (əleyhis-salam)-la müxalifət edilməsi üçün dəs­tə­maz­da ayaqların yuyulmasına dair rəvayətlərin düzəl­dil­məsi çox da təəccüblü deyildir.


[1] «Səhihi Müslüm», 7-ci cild, səh. 120
[2] «Səhihi Müslüm», 7-ci cild, səh. 120
[3] İbni Əbil-Hədid Mö’təzilinin «Müntəhəl-məqal»da nəql etdiyi kimi, Sümrətin tərcümeyi halı.

 

Ayaqqabılara məsh çəkilməsi əql və şəriət nəzərindənMüxalif rəvayətlər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma