Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Diyənin bölünmə üsulu [İrsə aid müxtəlif məsələlər]

Sual : Qətlə yetirilmiş şəxsin diyəsi onun əmlakı və irsinin bir hissəsi sayılırmı? Onun varislər arasında bölünməsi irs qanunlarına tabedirmi?
Cavab: Vəfat edənin nəsəbi və səbəbi varislərinin hamısına – ananın qohumları, məsələn, ana tərəfdən qardaş və bacı istisna olunmaqla – diyədən irs düşür.

Diyə ödənməmişdən cinayətkarın ölümü [İrsə aid müxtəlif məsələlər]

Sual : Bir şəxs qəza hadisəsində digər şəxsi öldürmüşdür. Məhkəmə qatilin diyə ödəməsi barədə qərar çıxarmışdır. Lakin qatil diyəni ödəməzdən öncə dünyasını dəyişmişdir. Sual budur ki, bu diyəni ödəmək onun varislərinə vacibdirmi?
Cavab: Diyə sair borclar kimidir və onu vəfat edən şəxsin malının əslindən (üçdə biri çıxılmazdan və vərəsələr arasında bölünməzdən öncə) ödəmək vacibdir.

Vələdüzzina [Qeyri-qanuni uşaq]

Sual : Zinadan əmələ gəlmiş uşaq şəri övladın hökmündədirmi?
Cavab: Zinadan doğulmuş uşaq bir çox hallarda məsələn, saxlayıb-böyütmək, xərclərini vermək və sair bu kimi hökmlərdə şəriət baxımından qanuni uşağın hökmündədir. (İrs məsələsi kimi müstəsna olmasına sübut-dəlil olan hallardan başqa.) Buna görə də məhrəmlik, böyüdüb boya-başa çatdırmaq və tərbiyələndirmək kimi hökmlərin hamısı vələduz-zinada var. Təkcə irs ona çatmır.

Varislərin əlindəkilərin əmanət və ya zəmanət olması [İrsə aid müxtəlif məsələlər]

Sual : Ölüm hökmü çıxarılandan və irs istifadəçilərin (varislərin) arasında bölünəndən sonra onların əlində əmanət sayılır, yoxsa zamin olduqları şey hökmündədir?
Cavab: Onlar əlindəkilərə zamindirlər.

Əmlakı bölünəndən sonra itkin düşən şəxsin tapılması [İrsə aid müxtəlif məsələlər]

Sual : . Əgər itkin düşmüş şəxsin ölümünə dair hökmü çıxarılandan və irsinin varislər arasında bölünməsindən sonra itkin düşmüş həmin şəxs tapılarsa, varislərin əmlakın özünün, habelə, onun sərf edilmiş və sərf edilməmiş mənfəətlərinin qarşısında vəzifələri nədir? İstifadə zamanı aradan gedən malların hökmü necədir?
Cavab: Onun ölümünə yəqin hasil olmamış, əmlakını bölmək olmaz. Talaq məsələsində isə hökm bundan fərqlidir. Sözü gedən şəxs irs bölünəndən sonra qayıdarsa, əmlakı və əmlakının mənfəətləri özünə qaytarılmalıdır. Əmlak aralarında bölünən şəxslər tələf etdikləri mal qarşısında zamindirlər.

İrs bölgüsündə varislərin razılaşması [İrsə aid müxtəlif məsələlər]

Sual : Varislər öz aralarında razılığa gəlsələr, irs səhmlərinə müvafiq olmayan formada əməl edə bilərlərmi?
Cavab: Hamının razılığı ilə – aralarında azyaşlı uşağın olmamağı şərtilə – maneəsi yoxdur.

Bəhainin müsəlmandan irsi [İrsə aid müxtəlif məsələlər]

Sual : Bəhaiyə müsəlmandan irs çatırmı?
Cavab: İrs çatmır, lakin o bəhainin övladları ataları dünyadan gedən zaman müsəlman olmuşlarsa və onlardan irəli ola biləcək bir varis də olmasa, irs çatacaqdır.

Ərin öz həyat yoldaşına hədiyyəsi [İrsə aid müxtəlif məsələlər]

Sual : Ər sağlığında öz həyat yoldaşı üçün aldığı müxtəlif libaslar, bəzək əşyaları və s. qadına aiddir, yoxsa kişinin malı sayılaraq varislər arasında bölünməlidir?
Cavab: Əgər yerli əhalinin adətinə görə libas və bəzək əşyaları qadına bağışlanırsa, bunlar onun malı sayılır. Əgər yerli camaatın adətinə görə bu mallar qadının əlində əmanət qalırsa və ərinin həyatda olduğu zaman onlardan istifadə etmək hüququ varsa, bu mallar bütün varislər arasında bölünməlidir. Lakin adətən, bunlar qadının mülkiyyətinə keçirilir.

Ailə üzvlərinin eyni zamanda ölməsi [İrsə aid müxtəlif məsələlər]

Sual : Bir qrup insan suda batma və ya ev uçması nəticəsində aradan gedir. Onların arasındakı əlaqə (ata-oğul əlaqəsi kimi) belədir ki, onlardan biri o birindən qabaq öldükdə irsi digərinə çatır. Müqəddəs şəriətdə isə onlara qarşılıqlı olaraq bir-birindən irs çatdığına hökm verilir. Belə olduqda bir qrup insan neftin içində, süd hovuzunda və digər mayelərin içində boğularsa, bu hökm ona da şamil olurmu? Habelə “hədm” təyyarənin partlamasına və buna oxşar hallara da şamil olurmu? Avtomobil qəzası necə?
Cavab: Mayelər arasında heç bir fərq yoxdur. Təyyarənin partlaması və ya süqutu, habelə avtomobil qəzasının da hökmü belədir. Yəni oğula atanın bütün əmlakından öz payına uyğun olaraq irs çatır və onun da irsi varislərinə çatır. Habelə atanın öz oğlunun əmlakına dair vəziyyəti də belədir.

İrs səhminin bağışlanmasında şəkk [İrsə aid müxtəlif məsələlər]

Sual : Kəşmirin məntəqələrindən birində müsəlmanların adəti belədir ki, oğlanlar həmişə ata ilə bir yerdə onun evində yaşayırlar. Ata dünyasını dəyişdikdən sonra onun əmlakının hamısı oğlanların ixtiyarında olur. Öz ərlərinin evində yaşayan qızlar isə, öz irs paylarını qardaşlarından istəmirlər. Onların çoxu bunu qardaşlarına bağışlayırlar. Bəziləri isə, nə qədər ki, sağdırlar öz razılıqları ilə qardaşlarının istifadəsinə verirlər. Bacılar və qardaşlar dünyadan gedəndən sonra bacıların övladları qardaşların övladlarından analarının payını tələb edib deyirlər ki, bizim analarımız öz paylarını sizin atalarınıza bağışlamamış, əksinə, bu hissəni “ibahə” ( mülkiyyətə keçirmədən sadəcə istifadə etmək haqqı) ünvanı ilə qoymuşdurlar. Qardaşların övladları da bibilərinin öz paylarını onların atalarına bağışladıqlarını, yoxsa yalnız ibahə şəklində onların istifadələrinə verdiklərini bilmirlər. Qardaşların övladlarının vəzifəsi nədir?
Cavab: Əgər bu əmlakların qardaşlara bağışlandığı sübuta yetməsə bacıların payı onların varislərinə verilməlidir.

Oğlanlar və qızlar arasında irsin bərabər bölgüsünə vəsiyyət [İrsə aid müxtəlif məsələlər]

Sual : İki il öncə anam ömrünü sizə bağışladı. Onun dörd oğlan və üç qız övladı qalmışdır. Mərhumdan qalan irs on milyon tümən dəyərində olan bir mülkdür. Biz hamının irs payını vermək üçün onun satmaq qərarına gəlmişdik. Bacılarım isə anamdan qalan bir əlyazmanı göstərirlər. Bu əlyazmanın məzmunu belədir ki, irsin bölünməsində qız və oğlan övladlar arasında heç bir fərq qoyulmasın və hamı eyni hüquqa malik olsun. İndi hamımızın bu əlyazmanın doğruluğunu, yəni onun anamız tərəfindən yazıldığını qəbul etdiyimizi, lakin qardaşlardan bəzisinin ən azından ürəklərində buna razı olmadıqlarını nəzərə alsaq, şəri vəzifənin necə olduğunu buyurun.
Cavab: Ananın öz əmlakının üçdə birindən istifadə etmək haqqı olduğunu nəzərə alsaq, qızların irs payı barəsində dediklərinin heç bir eybi yoxdur. Çünki, sözü gedən fərq üçdə birdən az olacaqdır. Buna görə də ana necə vəsiyyət etmişdirsə, elə də əməl etməlisiniz.

İrs haqqının varislərə keçməsi [İrsə aid müxtəlif məsələlər]

Sual : Qəti şəkildə haqları olan insanlar, məsələn, bacı, bibi və digərləri – daşınan və daşınmaz əmlakda – öz haqları ilə bağı iddia qaldırmırlarsa, onların ölümündən sonra varisləri bu haqqı iddia (tələb) edə bilərlərmi?
Cavab: Onların buna haqqı var. Amma öz haqlarını aydın şəkildə bağışlamışdırlarsa, buna haqları yoxdur.

İrs səhminin bağışlanması haqqında iddia [İrsə aid müxtəlif məsələlər]

Sual : Qardaş və bacı atalarının varisi idilər. Atanın qoyub getdiyi irs qardaşın əlində qalır. Onların hər ikisi dünyadan gedəndən sonra bacının varisləri deyirlər ki, bizə düşən payı verin. Lakin qardaşın varisləri deyirlər ki, bacısı öz irs payını qardaşına bağışlamış və ya satmışdır. Belə halda vəzifə nədir?
Cavab: Tanışlardan, qohumlardan və məlumatı olan adamlardan soruşub tədqiq edəndən sonra məsələ aydın olmasa, ehtiyat budur ki, iki varis tərəflər öz aralarında müsalihə etsinlər. Bu şərtlə ki, onların arasında azyaşlı uşaq olmasın. Əks halda ehtiyat, onun haqqına riayət etməkdir.

Diyənin varisləri [İrsə aid müxtəlif məsələlər]

Sual : Diyə irs olaraq kimə çatmalıdır?
Cavab: Anaya yaxın olan qohumları (məs, anadan bir olan qardaşı və bacısı) istisna olmaqla bütün nəsəbi və səbəbi varislərə ondan irs çatır.

Vəfat etmiş şəxsin irsindən namaz və oruc üçün əcir tutmaq [İrsə aid müxtəlif məsələlər]

Sual : Varislər mərhumun irsindən onun ehtiyat namaz və oruclarını yerinə yetirmək üçün bir şəxsi əcir tuta bilərlərmi?
Cavab: Mərhumun yalnız azyaşlı olmayan varisləri öz paylarından onun üçün əcir tuta bilər.

İrs səhmindən artığını götürmək [İrsə aid müxtəlif məsələlər]

Sual : Varislərdən bəzisinin irsdən, öz irs paylarından artıq istifadə etmək hüquqları varmı?
Cavab: Varislərdən heç birinin mərhumun əmlakından öz irs paylarından artıq götürmək haqları yoxdur. Bu iş yalnız digər varislərin razılığı ilə mümkündür.

Hədiyyənin irs səhminə təsirinin olmaması [İrsə aid müxtəlif məsələlər]

Sual : Sağlığında bəxşiş vermək irsdə payın olmasına bir maneə yaradırmı?
Cavab: İnsanların öz sağlığında varislərindən bəzisinə bağışladıqları mal, onların mərhumun irsində paya sahib olmalarına bir maneə yaratmır.

Mülkiyyətinin necəliyi məlum olmayan torpaqlar [İrsə aid müxtəlif məsələlər]

Sual : Ata-babalarımızdan bizə mülk və torpaq sahələri irs çatmışdır, lakin onların necə əldə olunduğu bizə məlum deyil. Biz bu torpaqları digər əmlak kimi irs qanunu ilə bölüşdürə bilərikmi?
Cavab: Bu torpaqları sizin ata-babalarınız abadlaşdırmışdırsa, ondan qabaq isə sahibsiz idisə, irs qanunu əsasında onların vərəsələrinə çatır. Habelə onlar bu torpaqları pulla (satın) almışlarsa və bu torpaqların keçmişinə dair heç bir sənəd mövcud deyilsə, şahid və sübut da yoxdursa, mülk kimin əlindədirsə, onunkudur. Yəni, sizin əcdadlarınızın mülkü olmuşdur və irs qanununa əməl etməlisiniz.

Xüms borcu da olan borclu meyit [İrsə aid müxtəlif məsələlər]

Sual : Dünyadan getmiş şəxsin borcu varsa və xüms də borcludursa, qoyduğu irs isə hər ikisini ödəmək üçün kifayət etmirsə, varisi hansına üstünlük verməlidir?
Cavab: Xümsü verilməmiş mal mövcuddursa, onun xümsünü verməyi önə çəkməlidirlər. O mal mövcud deyilsə, ehtiyat budur ki, malını hər iki borc sahibi arasında bölsünlər.

Əmlakın həyat yoldaşına satılması [İrsə aid müxtəlif məsələlər]

Sual : Bir şəxs ölümündən iki il öncə ölümü ilə nəticələnən xəstəliyi ola-ola, öz əmlakının hamısını arvadına satmış və nəticədə onun şəri varisləri irsdən məhrum olmuşlar. Bu müamilə şəri cəhətdən səhihdirmi? Yuxarıda fərz olunan şəraitdə müamilə (həqiqətən deyil) yalnız zahiri cəhətdən həyata keçərsə, səhihdir, yoxsa yox? Müamilədə məcburiyyət ehtimalı varsa, onun hökmü nədir? Habelə bunları fərz etməklə varislərə ziyan vurmaq məqsədinin olması ehtimal edilirsə, müamilənin hökmü nədir?
Cavab: Əgər müamilə zahirdə ciddi və ixtiyar üzündən baş vermişdirsə, əksi sübuta yetməyincə qüvvədədir. O, ölümlə nəticələnən xəstəlikdə olduğuna görə ehtiyat budur ki, yalnız əmlakının üçdə birində (müamiləyə) əməl olunsun və yerdə qalanında isə varislərlə müsalihə olunsun (razılaşdırılsın).

Bir yerdə vəfat edən ata və oğulun irslərinin bölünməsi [İrsə aid müxtəlif məsələlər]

Sual : Ata və oğul eyni vaxtda və avtomobil qəzasında dünyalarını dəyişmişlər. Atanın başqa üç övladı da var. Digər tərəfdən, mərhum ata ilə birlikdə ölən oğulun da dörd övladı var. Sual budur ki, babanın irsindən bu yetim övladlara bir şey çatırmı?
Cavab: Atanın əvvəlcə vəfat etdiyini fərz edirik: onun malından bu övlada irs çatır, onun da irs payı yetim övladlarına yetişir. Sonra oğulun əvvəlcə vəfat etdiyini fərz edirik: onun sahib olduğu əmlakın bir hissəsi ataya və bir hissəsi onun övladlarına çatır. Bir sözlə, irs qanununa əsasən onların hər birinə digərinin əmlakından irs çatır və həmin irs onların varislərinə yetişir.

Varislərin əlindəkilərin əmanət və ya zəmanət olması [İrsə aid müxtəlif məsələlər]

Sual : Ölüm hökmü çıxarılandan və irs varislərin arasında bölünəndən sonra onların əlində əmanət sayılır, yoxsa zamin olduqları mal hökmündədir?
Cavab: Onlar əlindəkilərə zamindirlər.

Bəhayi olmuş müsəlmanın əmlakının bölünməsi [İrsə aid müxtəlif məsələlər]

Sual : Bir neçə müsəlman övladı olan müsəlman bir şəxs bəhailiyi qəbul edib bəhai qadınla evlənərsə, vəfat etdiyi surətdə müsəlman və bəhai övladlarının, eləcə də bəhai arvadının irs payı hansı şəkildə bölünməlidir?
Cavab: Onun əvvəlcədən sahib olduğu və ya sonradan əldə etdiyi əmlakın hamısı müsəlman varislərinə çatır.

Əmlakın varislərə şərtlərlə satılması [İrsə aid müxtəlif məsələlər]

Sual : Mən öz daşınan və daşınmaz əmlakımın hamısını min tümənə öz övladıma satmış və onun adına keçirmişdim. Amma şərtim bu idi ki, nə qədər ki, sağam əmlak öz ixtiyarımda olsun. Təəssüflər olsun ki, övladım məndən qabaq dünyadan getdi. Sualım budur: Belə vəziyyətdə bu əmlak özümə qayıdır, yoxsa övladımın varislərinin mülkiyyətinə keçir?
Cavab: Əgər əmlakın övladınızın mülkiyyətinə keçməsini və mənfəətinin isə ömrünüzün sonuna kimi sizin olmasını nəzərdə tutmuşdunuzsa, onun dünyadan getməsi ilə əmlak onun varislərinin mülkiyyətinə keçir, siz isə ömrünüzün sonuna qədər təkcə mənfəətlərin sahibisiniz.

Vəfat edən şəxsin irs qalmış tüfəngi [İrsə aid müxtəlif məsələlər]

Sual : Tüfəng də qılınc kimi böyük oğula yetişirmi?
Cavab: Ehtiyat, sair varislərlə müsalihə etmək (onların razılığını əldə etmək) və varislərin arasında azyaşlı (səğir) olduğu təqdirdə onun haqqını verməkdir.

Vəfat edən şəxsin irs qalmış tüfəngi - 2 [İrsə aid müxtəlif məsələlər]

Sual : Əgər tüfəngin güllələrinin sayı patrondaşının (darağın) tutumundan çox olsa, yenə də böyük övlada çatırmı?
Cavab: Yuxarıdakı məsələ kimidir yalnız güllələrin sayı həddən artıq çox olarsa, bu halda vərəsələrin hamısının haqqıdır.

Qəza namazı və orucu üçün mərhumun əmlakından götürmək [İrsə aid müxtəlif məsələlər]

Sual : Vəfat etmiş şəxs öz əmlakının üçdə birinə dair heç bir vəsiyyət etməmişdirsə, onun varisləri irs malının əslindən mərhumun namaz və orucunu yerinə yetirmək üçün əcir tuta bilərlərmi?
Cavab: Bu işə razılıqları olsa və azyaşlı (səğir) olmasalar maneəsi yoxdur.

İtkin düşmüş insanın əmlakının bölünməsi [İrsə aid müxtəlif məsələlər]

Sual : İtkin düşmüş şəxsin əmlakı ilə bağlı vəzifə nədir?
Cavab: Onun ölümünə yəqin edilməyincəyə qədər əmlakı qorunub saxlanılmalıdır. Əgər bu əmlakın tələf olacağı ehtimalı varsa, şəri hakimin icazəsi ilə satılmalı, pulunu itkin düşən şəxsdən bir xəbər çıxana qədər şahidlərin hüzurunda varislərdən etibarlı olanlara verilməlidir.
Səhifə sayı : 2