Polis məmurunun müttəhimlərə atəş açması

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Polis məmurunun müttəhimlərə atəş açması

Sual : Polis məmuru ittiham olunmuş şəxsi təqib edərkən ona tərəf atəş açsa və müttəhim şəxs güllə yarasından həyatını itirsə, bu, qəsdən adamöldürmə sayılır, yoxsa ehtiyatsızlıq üzündən adamöldürmə? Hadisənin hökmü necədir?
Cavab: Bu məsələ bir neçə şəkildə təsəvvür oluna bilər: 1) Qaçmaqda olan şəxs, cəzası təzir olan xırda qanun pozuntusuna görə ittiham olunmuşdursa, havaya və ətrafa atəş açmaqdan başqa iş görmək olmaz. Çünki fərz etdiyimiz halda hətta cinayət sübut olunandan sonra belə, bu cəzaya məhkum olunmamalıdır. 2) Onun törətdiyi cinayətə ciddi reaksiya göstərməmək ictimai asayişi pozur və cəmiyyət üçün təhlükəlidir. Belə bir şəraitdə “əl-əshəl fəl-əshəl” qaydasından və ən aşağı mərhələlərdən istifadə etməklə ölçü götürmək lazımdır. Əgər, misal üçün, müttəhimin ayaqlarına atəş açmaqdan başqa yol qalmırsa, polis nəfəri də kifayət qədər təcrübəlidirsə, buna baxmayaraq atdığı güllə dəqiq olmamış və onun qətlinə səbəb olan yerinə dəymişdirsə, qanı hədərdir, yəni nə qisası vardır, nə də qanbahası. Çünki, şəri hakimin icazəsi ilə həyata keçirilən əməliyyatın qarşı tərəfin buna layiq olduğu halda qanbahası yoxdur. 3) İctimai asayişi pozmasa da, cinayət ağır cinayətdir. Məsələn, bu kimi cinayətə (məsələn, müharibə şəraitində düşmənə silah aparan qaçaqçılara) qarşı tədbir görülməzsə, həssas məntəqələrdə onun qarşısı alınmazsa, müharibədə çox sayda itki veriləcəkdir. Belə bir şəraitdə də (qeyd olunan) şərtləri nəzərə almaqla atəş açmaq caizdir. Atəş qətllə nəticələrsə, qarşı tərəfin qanı (yuxarıda qeyd olunmuş şərtlərlə) hədərdir.
CommentList
Tags
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 4930