Qətllə nəticələnən havaya atəş

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Qətllə nəticələnən havaya atəş

Sual : Kişi öz arvadını qəsdən qətlə yetirir. Ölən qadının vərəsələri anası və bir qızından ibarətdir. Təbii ki, ata öz qızı tərəfindən qisasa (edama) məhkum edilə bilməz. Bilmək istərdik ki, ölən qadının anası qisas tələb etsə: 1) Qisas tələb edən şəxsin diyənin (qanbahasının) yarısını qatilə ödəməsinin lazım olduğunu nəzərə alsaq, qızın səhminə mütənasib olaraq diyə ödəməlidirmi? Qatilin də atasının sağ olduğunu və onun səğir (azyaşlı) uşağın babası sayıldığını nəzərə alsaq, uşağın məsləhətinə əməl etməklə, diyə tələb etmək və ya əfv etmək babanın öhdəsindədir, ya yox? 2) İmtina etdiyi təqdirdə və ya qisas almaq istəyən şəxsin diyələri (qanbahasını) ödəmək üçün maddi imkanı olmadığı təqdirdə qisas haqqı aradan gedir, diyəyə çevrilir, yoxsa onun icrası təxirə düşür? Sonuncuda məhkum həbsdən azad olunurmu?
Cavab: 1) Qızın səhmini ödəməlidir. Zahirən, uşağın babasının bu işdə vilayəti (ixtiyarı) var. 2) Əgər qan sahibinin (qəyyum) yaxın gələcəkdə maddi imkanı olacağına ümid varsa, gözləmək lazımdır. Məhkum olunmuş şəxs isə dəyərli vəsiqə verməklə həbsdən azad olur. Amma buna ümid yoxdursa, diyə ödəməyə vəzifəlidir.
CommentList
Tags
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 10411