Qisasın diyəyə çevrilməsi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Qisasın diyəyə çevrilməsi

Sual : Bədənə vurulan xəsarətə (yaraya) görə qisas hökmü verilir. Tibbi ekspert yaranın uzunluğunu və dərinliyini təyin edəndən sonra cinayətkarla zərərçəkən arasında arıqlıq və köklük baxımından fərqlər meydana çıxır. Məsələn, 3 sm dərinlikdə bıçaq yarası köklüyünə görə zərərçəkən üçün o qədər də təhlükəli olmamışdır. Amma cinayətkardan qisas almaq üçün onun bədənini həmin dərinlikdə yaralasalar, arıq olduğuna görə onun üçün hətta ölüm təhlükəsi yarada bilərsə. Bu halda vəzifə nədir? Qisası diyə ilə dəyişmək lazımdırmı? Onlar arasında razılaşma olmasa, vəzifə nədir?
Cavab: Bu məsələni bir neçə şəkildə təsəvvür etmək mümkündür: 1) Qisasda yaranın uzunluğuna, eninə və dərinliyinə riayət etməklə cinayətkarı real təhlükə gözləyirsə və ya (arıqlığına görə) ölüm təhlükəsi ehtimal edilirsə, heç şübhəsiz qisas hökmü diyə ilə dəyişdirilməlidir. Ona görə ki, qisasın ümumi dəlilləri belə hallara şamil olmur və başqa sözlə desək, onlar arasında ürfi uyğunluq (bərabərlik) yoxdur. Bundan əlavə, caifə, münəqqələ və məmumə kimi yaraların qisas – təhlükəsi olduğuna görə – tələb etmədiyini deyən dəlillər də bizim bəhsimizə şamildir. 2) Qarşı tərəf üçün təhlükəsi olmasa, lakin onların bədənləri arasındakı fərq o qədər olsa ki, birinin bədənində 1 sm, digərinin bədənindəki 3 sm - ə bərabər olsun, belə yerdə dərinliyin ölçüsünə olduğu kimi riayət etmək lazım deyil. Çünki, əvvəla, qisasın sübut və dəlillərində əsas sayılan ürfi (xalqın gözündə) oxşarlıq və bərabərlik burada yoxdur. Çünki, misal üçün, arıq adamda 3 sm dərinliyində yara sümüyə çatır, halbuki kök adamda səthi bir yara sayılır. Ona görə də qisasın dəlillərində mövcud olan bərabərlik burada yoxdur. Həmçinin dərinlikdə bərabərliyi qoruyub saxlamağın lazım olduğunu bildirən bir hədis mövcud deyil. İkincisi, şicac yarası (üzdə olan yaralar) və ya bütün yaralarla əlaqədar hədislərdə dərinlik deyilərkən onun gerçəkləşməsi nəzərdə tutulur (caifə, damiyə, baziə, səmhaq, muzihə və s.). Bilirik ki, bu adların kök və arıq adamlar haqqında gerçəkləşməsi dərinliyin az-çox olmasından asılı deyil. 3) Bu məsələ en və uzunluq baxımından da mülahizə edilməlidir. Əgər misal üçün, bir şəxsin qollarının eni və uzunluğu çox azdırsa (qolları çox kiçikdirsə), digərinin qollarının eni və uzunluğu o birisindən bir neçə dəfə çoxdursa, bu halda uzun qollu insanın qolunu yarısına qədər yaralasalar, bu yara uzunluq baxımından (kiçik qollu) cinayətkarın bütün qolunu əhatə edəcəkdir. Burada da en və uzunluq baxımından bərabərliyi göstərən qane edici bir dəlil mövcud deyil. Əksinə, qisasın mənasında və Bəqərə surəsinin 194-cü ayəsində (فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ) sözü gedən oxşarlıq və bərabərlik nisbi oxşarlıq və bərabərlikdir. (Yuxarıda qeyd etdiyimiz kimi, burada en və uzunluqda olan oxşarlıq və bərabərlik nəzərdə tutulmur: Belə bir bərabərlik bəzən bir nəfərin qolunun hamısına aid ola bilər).
CommentList
Tags
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 6253