Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Qan sahiblərinin qisas və diyədə payı [Qisasın müxtəlif məsələləri]

Sual : Qəsdən adam öldürmə hallarında ata razılıq verib diyə tələb edirkən, babası bununla razılaşmasa və qisas alınmasını tələb etsə, onların hansının tələbinə üstünlük verilməlidir?
Cavab: Ata varkən növbə babaya çatmır.

Qisasa məhkum edilmiş qatilin qüsl və kəfəni [Meyit qüslünün hökmləri]

Sual : Can qisasına (edama) məhkum olunmuş şəxsi qisasdan öncə hazırlamaq (qüsl verib kəfənləmək) lazımdır, yoxsa qüsl və kəfəni qisasdan sonra da yerinə yetirməyin maneəsi yoxdur?
Cavab: Öncədən olması lazımdır.

Kəsilmiş üzvün yerinə tikildiyi təqdirdə qisas [Qisasın hökmləri]

Sual : Bir şəxs başqasının barmağını və ya əlini qəsdən kəssə və zərərçəkən özünü dərhal tibb məntəqəsinə çatdırıb kəsilmiş üzvünü cərrahiyyə əməliyyatı ilə yerinə qaytarsa və sağalsa, zərərçəkənin qisas almağa haqqı varmı?
Cavab: Qisas almağa haqqı var. Lakin ikincinin də öz barmağını cərrahiyyə ilə yerinə qaytarmağa haqqı var.

Birinin hücum etdiyini sanıb onu qətlə yetirmək [Oğrunu və hücum edəni öldürmək]

Sual : Əgər bir şəxs qarşı tərəfin hücum edəcəyini güman edib ona tərəf atəş açsa və onun qətlə yetirsə, bunun qisası varmı?
Cavab: Qatil qarşı tərəfin təcavüzkar şəxs olduğunu (hücum etdiyini) güman edib atəş açsa, qisası yoxdur, amma diyə verməlidir.

Qisas haqqının xüsusi və ya ümumi olması [Qisasın müxtəlif məsələləri]

Sual : İslamda adam öldürmə ümumi (ictimai) xarakter daşıyır, yoxsa xüsusi (şəxsi)? Qan sahibləri (qəyyum) əfv edərsə şəri hakim müxtəlif təzirlər (yüngül cəza növləri) nəzərdə tuta bilərmi?
Cavab: İslam dinində adam öldürmə xüsusi xarakter daşıyır. Qan sahiblərinin əfv etməsi ilə qisas hökmü qüvvədən düşür. Amma bu işin (əfvin) təkrarı ictimaiyyət arasında müəyyən mənfi təsirlər qoyarsa, ictimai asayişi, nizam-intizamı pozarsa, məsələ ümumi xarakter alacaq və ikinci dərəcəli hökmlər meydana gələcəkdir. Yalnız sualda qeyd olunan formada deyil, şəhərlərdə, kəndlərdə baş verən buna oxşar hallarda da şəriət hakimi nizam-intizamın qorunmasında müqəddimə kimi münasib təzirlərdən istifadə edə bilər. Bu məsələni şəriətdə şəxsi xarakter daşıyan digər hallara da aid etmək və problemin ümumi xarakter aldığı vaxt, təzirlərdən istifadə etmək olar. Bunu da qeyd etmək lazımdır ki, mövzunu ayırd etmək şəri hakimin öhdəsindədir. Bəzən belə məsələlərdə təcrübəli ekspertlərin də rəyini öyrənmək lazım gəlir.

Həkimin və zərbə vuranın qətldə məsuliyyətlərinin göstəricisi [Qisasın müxtəlif məsələləri]

Sual : Bir şəxs digərinə qarşı elə bir iş görmüşdür ki, bu iş ya adətən öldürücüdür (məsələn, öldürücü zəhər), ya da adətən öldürücü deyil (məsələn, başqasının qoluna cüzi xəsarət vurmaq). Hər iki halda zərərçəkəni xəstəxanaya gətirmişlər və həkim öz vəzifəsini yerinə yetirməkdən boyun qaçırmışdır: Birinci surətdə zəhərli maddəni çıxarmamışdır. İkinci surətdə də səhlənkarlıq ucbatından, yaxud gigiyenik qaydalara riayət etməmək üzündən, çirklənmiş, yaxud da dezinfeksiya edilməyən alət və ləvazimatdan istifadəyə görə zərərçəkən infeksiyaya yoluxmuş, yaranın yayılmasına səbəb olmuş və bədən üzvünün kəsilməsi, yaxud da yaralı şəxsin ölümü ilə nəticələnmişdir. Bu iki halda qatil kimdir və qətl hansı növdən sayılır? Həkim və xəsarət yetirən şəxsin hər ikisi məsuliyyət daşıyırsa, onların hər birinin cəzası nədir?
Cavab: Birinci surətdə öldürücü zəhər verən şəxs qatildir və cinayət qəsdən adam öldürmə sayılır. İkinci surətdə isə həkimin səhvi ölümlə nəticələnibsə, qatil həkimdir. Lakin bu qətl ehtiyatsızlıq üzündən adam öldürmə sayılır. Amma onların hər ikisi ölüm hadisəsində müqəssirdirsə, ödəməli olduqları diyə onların adam öldürmədə olan rollarına mütənasib formada olacaqdır.
Səhifə sayı : 1