Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Diyənin günün qiyməti ilə ödənməsi [Xəsarəti ödəmək]

Sual : Səhvən adam öldürmə hadisəsi baş vermiş və hadisədən keçən bu müddət ərzində diyənin miqdarı dəyişmişdir. Diyəni verən şəxs onu hadisə zamanına uyğun ödəməlidir, yoxsa indiki zamana uyğun?
Cavab: Əgər öncədən hansısa bir məbləğ haqqında razılığa gəlməyiblərsə, indiki zamana uyğun ödəməlidir.

Avtomobil qəzasında ölüm [Qəsdən adam öldürmə və ona bənzər hallar]

Sual : Qəza hadisəsində dünyasını dəyişmiş şəxs təqsirli bilinərsə, sürücü yenə də “səhvən adam öldürmə” cəzasına məhkum olunacaqmı? Yəni, ölənin diyəsi sürücünün aqiləsinə (qohumlarına) vacib olacaqmı?
Cavab: Nəqliyyat hadisəsində qətl, xəta üzündən deyil. Əgər sürücü təqsirli bilinərsə, &ldquoehtiyatsızlıq üzündən adam öldürmə&rdquo sayılır. Piyada təqsirli bilinən halda isə, misal üçün, özünü maşının altına atmışdırsa, heç bir diyəsi yoxdur. Əgər qətl hadisəsində onların ikisinin də rolu vardırsa, diyə sürücüdən onun xətasına mütənasib şəkildə alınmalıdır.

Diyənin bölünmə üsulu [Diyəyə aid müxtəlif məsələlər]

Sual : Bir şəxs başqasının arvadını qətlə yetirərsə və bu qadının da ərindən başqa varisi yoxdursa, qadının əri həyat yoldaşı ilə evlənərkən xərclədiyi vəsaiti qatildən tələb edə bilərmi? Yas mərasimi təşkil etmək və ehsan verməyin şəriət baxımından vacib olmadığını nəzərə alsaq, belə xərcləri də qatildən tələb edə bilərmi?
Cavab: Təkcə diyə səhmini ala bilər və yuxarıda deyilən xərcləri tələb etməyə haqqı yoxdur.

Diyənin bölünmə üsulu [İrsə aid müxtəlif məsələlər]

Sual : Qətlə yetirilmiş şəxsin diyəsi onun əmlakı və irsinin bir hissəsi sayılırmı? Onun varislər arasında bölünməsi irs qanunlarına tabedirmi?
Cavab: Vəfat edənin nəsəbi və səbəbi varislərinin hamısına – ananın qohumları, məsələn, ana tərəfdən qardaş və bacı istisna olunmaqla – diyədən irs düşür.

Podratçı tərəfindən verilən diyə [Diyə ödəməyin metodu]

Sual : Fars körfəzi ətrafı ölkələrində fəaliyyət göstərən bəzi şirkətlərdə belə bir qanun mövcuddur ki, bu şirkətlərdə çalışan işçi və yaxud fəhlələr iş başında ikən qəza hadisəsi nəticəsində, məsələn, binadan yıxılaraq ölərsə, 30 milyon tümən məbləğində pul diyə olaraq vəfat etmiş şəxsin varislərinə ödənilir. Bu məbləğin hökmü nədir?
Cavab: Əgər sözü gedən diyənin ödənilməsi, fəhlə işə götürülən zaman şərt kimi qeydə alınmışdırsa, eybi yoxdur. Bu şərt işçi ilə bağlanan müqavilədə qeyd oluna, habelə oranın fəhlələrinin ürfündə ümumi qanun kimi işə götürülmənin ümumi şərtlərindən biri olaraq qəbul oluna bilər.

Azyaşlının qəyyumunun diyə ilə bağlı hüququ [Diyəyə aid müxtəlif məsələlər]

Sual : Azyaşlı uşağın qəhri (qeyri-ixtiyari) qəyyumunun səlahiyyətləri mal-əmlak çərçivəsindədir, yoxsa ümumidir (qeydsiz-şərtsizdir)? Başqa sözlə desək, qəhri qəyyum can və üzv qisası haqqında öz qəyyumluq səlahiyyətindən istifadə edərək qatil və ya canini bağışlaya bilərmi? Yoxsa azyaşlı uşağın məsləhəti diyənin alınmasını tələb edir və qəyyumun onu almadan əvf etməyə haqqı yoxdur? Əgər can və üzv diyəsini almaq uşağın məsləhətinə müvafiqdirsə, qəyyum onu canidən alarkən öz hüquqlarından istifadə etməklə uşağın əmlak səhmini hətta öz mənafeyinə sərf edə bilərmi?
Cavab: Uşağın qəyyumunun səlahiyyətləri diyə və bu kimi hallara şamil olur. Amma uşağın məsləhətinə zidd olaraq diyə və sairi bağışlamağa, habelə ondan öz xeyrinə istifadə etməyə haqqı yoxdur.

Diyə ödənməmişdən cinayətkarın ölümü [İrsə aid müxtəlif məsələlər]

Sual : Bir şəxs qəza hadisəsində digər şəxsi öldürmüşdür. Məhkəmə qatilin diyə ödəməsi barədə qərar çıxarmışdır. Lakin qatil diyəni ödəməzdən öncə dünyasını dəyişmişdir. Sual budur ki, bu diyəni ödəmək onun varislərinə vacibdirmi?
Cavab: Diyə sair borclar kimidir və onu vəfat edən şəxsin malının əslindən (üçdə biri çıxılmazdan və vərəsələr arasında bölünməzdən öncə) ödəmək vacibdir.

Qan sahiblərinin qisas və diyədə payı [Qisasın müxtəlif məsələləri]

Sual : Qəsdən adam öldürmə hallarında ata razılıq verib diyə tələb edirkən, babası bununla razılaşmasa və qisas alınmasını tələb etsə, onların hansının tələbinə üstünlük verilməlidir?
Cavab: Ata varkən növbə babaya çatmır.

Diyə bütün insanlar üçün eynidir [Can (ölüm) diyəsi]

Sual : Əgər qətlə yetirilən şəxsin ölümü, onun evdə və ictimaiyyət içində olmaması ailəsindən əlavə, hansısa qrupa və ya sualda fərz olunduğu kimi bir cəmiyyətə həm maddi, həm də mənəvi ziyan vurarsa, təkcə ailəsinin yanında olmadığına görə dəyən maddi zərəri ödəmək üçün öncədən təyin olunmuş diyənin miqdarına əlavə etmək olarmı? Çünki, ailəsindən başqa bir qrup insan və ya cəmiyyət də onun ölümündən zərər çəkmişdir.
Cavab: Fərdlər arasında fərqlərin mövcud olmasına baxmayaraq müqəddəs şəriət hamı üçün eyni məbləğdə diyə nəzərdə tutmuşdur (qadın – kişi və bu kimi halları istisna etməklə). Səbəbi də bu ola bilər ki, aydın meyarlar olmadan, onların arasındakı fərqi qəbul etmək ictimaiyyət içində saysız-hesabsız çəkişmə və mübahisələrə səbəb ola bilər ki, bunun da ziyanı faydasından artıq olacaqdır.

Diyənin hüquqi mahiyyəti [Diyəyə aid müxtəlif məsələlər]

Sual : Diyənin hüquqi mahiyyəti nədən ibarətdir? Diyə şəriətdə zərərçəkən şəxsə dəyən ziyanı ödəmək və ya canini cəzalandırmaq deməkdir? Dəyən xəsarət diyənin miqdarından artıq olarsa, onu cinayətkardan tələb etmək olarmı?
Cavab: Diyə dəymiş maddi ziyanı bərpa etmək mənası daşıyır. Dəymiş ziyanı ödəyərkən müalicə üçün diyənin məbləğindən artıq xərcləməli olsa, yuxarıda deyildiyi kimi, ehtiyat vacib budur ki, cinayətkar şəxs əlavə xərci ödəsin. (Zərəri ödəmək üçün minimum məbləğdən artıq ödəməməlidir.)

Məhkəmə və müalicə xərclərinin cinayətkardan alınması [Diyəyə aid müxtəlif məsələlər]

Sual : Cinayətkar şəxsin diyədən başqa zərərçəkənə – vurulan xəsarətlər nəticəsində – dəyən sair zərərləri də ödəməsi lazımdırmı? Məsələn, məhkəmə xərcləri və iş-gücündən qalmağına görə dəyən ziyanlar və s.
Cavab: Cinayətkar şəxs (şəriətdə) nəzərdə tutulan diyədən artığına şəriət baxımından zamin deyil, lakin müalicə xərcləri diyədən artıq olarsa, ehtiyat vacib artıq xərci ödəməkdir.

Uşağın fiziki tənbeh olunması [Övlad]

Sual : Ata və yaxud ana öz uşağını tərbiyələndirmək üçün və yaxud hirslənib vursa və vurduğu yer qaralsa, göyərsə və ya qızarsa, diyəsi varmı?
Cavab: Diyəsi var.

Nafizə xəsarətinin diyəsinin miqdarı [Yaralamanın diyəsi]

Sual : Güllə zərərçəkən şəxsin bədəninin sağ nahiyəsinə girmiş və 20 sm məsafə ilə həmin tərəfdən çıxmışdır. Başqa sözlə, güllə sadəcə dərinin altına girmiş və qısa məsafədən xaric olmuşdur. Tibbi ekspertiza məruzəsində bildirmişdir ki, güllə bədənin daxili orqanlarına və mədə-bağırsaqlara heç bir zərər yetirməmişdir. Sualımız budur: Bu yara kamil diyənin üçdə biri olan caifənin, yoxsa kamil diyənin üçdə ikisi olan caifənin nümunəsidir? Yoxsa, bunların heç biri olmayıb, yalnız ərş müəyyən olunmalıdır?
Cavab: Bu xəsarət zahirən nafizənin nümunəsidir. Onun diyəsi mötəbər hədislərdə yüz dinar təyin olunmuşdur.

Diyə müalicə xərclərindən az olarsa [Bədən üzvlərinin diyəsi]

Sual : Yol qəza hadisəsi və ya mübahisə nəticəsində bir şəxsin böyrəkləri sıradan çıxmışdır. Yaxud zərbə nəticəsində mütəmadi şəkildə müalicə almalı və daim həkim nəzarətində yaşamalıdır. Yaxud da böyrəklərin biri, dalağı və ya sidik kisəsi bu hala düşmüşdür. Belə hallarda hökm çıxarmaq üçün qazının vəzifəsi nədir? Xahiş edirik, cavabı izahla yazasınız. Əlavə olaraq bilmək istəyirik ki, müalicə üçün lazım olan vəsait təqsirli bilinən şəxsin öhdəsinədir, yoxsa zərərçəkən şəxsin? Zərərçəkənin öhdəsinədirsə, diyə məbləğinin müalicə xərclərini ödəmək üçün kifayət qədər olmadığı təqdirdə vəziyyəti necə islah etmək mümkündür?
Cavab: Tibbi ekspertiza və mütəxəssis həkimlər daxili üzvlərə dəyən xəsarətin bədənin neçə faizini təşkil etdiyini açıqlamadırlar (müharibə əlillərində hesablandığı kimi). Sonra həmin faiz, kamil diyə ilə müqayisə olunmaqla hesablanmalıdır. Müalicə xərcləri bundan çox olarsa, ehtiyat vacib budur ki, müalicə xərclərinin qalan hissəsini ödəsinlər.

Zavod tullantıları nəticəsində həyatlarını itirən uşaqların diyələri [Diyə ödəməyin metodu]

Sual : Neft-kimya zavodu öz xərclərinə qənaət etmək üçün zəhərli tullantıları gigiyenik və təhlükəsizlik qaydalarına riayət etmədən zavod yaxınlığındakı su hovuzuna axıdır. Bundan xəbəri olmayan bir neçə uşaq həmin sularda çimir və zəhərlənərək bir müddət sonra vəfat edirlər. Zavod buna görə məsuliyyət daşıyırmı? Xahiş edirik, suala cavab verərkən iki variantı su hovuzunun zavod ərazisinə aid olduğu və olmadığı hallarını nəzərə alasınız.
Cavab: Əgər su hovuzu uşaqların mütəmadi şəkildə getdikləri (çimdikləri) bir yerdirsə, suyu çirkləndirən şəxslər diyə ilə bağlı məsuliyyət daşıyırlar. Əks halda, heç bir məsuliyyət daşımırlar.

Xəstəliyi ucbatından iş yerində vəfat edən işçi [Diyə ödəməyin metodu]

Sual : Emalatxanada çalışan mexanik tibbi ekspertizanın verdiyi rəyə görə ağ ciyər xəstəsi imiş. O, emalatxanada təmizlik işləri apararkən ciyərlərinin xəstəliyinə görə dünyasını dəyişib. Emalatxana sahibi onun ciyərlərinin xəstə olduğunu bilmirmişsə, zamindirmi?
Cavab: Sualda fərz olunanlara əsasən, zamin deyil. Amma əmək-qanun məcəlləsində onun zəmanəti nəzərdə tutulmuşsa və emalatxana sahibi bu barədə məlumatı ola-ola onu işə götürmüşsə, zamindir.

Fəhlənin ehtiyatsızlıq üzündən həyatını itirməsi [Diyəyə aid müxtəlif məsələlər]

Sual : Sahibkar işində kifayət qədər peşəkar və təcrübəli olan 50 yaşlı qazmaçı ustanı quyu qazmaq üçün işə götürür. O da quyu qazarkən quyunun içinə girən zaman ayağı sürüşərək quyuya düşüb dünyasını dəyişir. Sual budur ki, vəfat etmiş şəxsin varisləri yer sahibindən haqq tələb edə bilərlərmi?
Cavab: Yuxarıdakı şəraitdə yer sahibi heç bir məsuliyyət daşımır. Yalnız bu halda məsuliyyət daşıya bilər ki, quyu qazılan yer fərqli xüsusiyyətlərə malik olsun, bu da təhlükə ilə nəticələnsin və sahibi də bunu bilə-bilə, xəbərdarlıq etməkdə səhlənkarlığa yol vermiş olsun.

İş yerində üzvlərini itirən fəhlələr [Diyə ödəməyin metodu]

Sual : Daş karxanasında dəzgah və daş kimi bütün avadanlığın hamısını sex sahibi gətirir. O, fəhlə ilə müqavilə bağlayır ki, məsələn, hər 1 metr daşı onun üçün min tümənə emal edəcək. Əgər fəhlə işləyərkən əli daşın altında qalıb kəsilərsə, əlin diyəsini sex sahibi verməlidir?
Cavab: Əgər bu barədə karxana sahibi ilə müqavilə bağlamamışdırsa və dəzgahın səhv tənzimlənməsində onun heç bir təqsiri yoxdursa, onun öhdəsinə heç bir diyə düşmür. Bundan əlavə, belə zərərləri ödəmək əmək qanunu məcəlləsində qeyd olunmuşdursa və onlar bu qanuna əsasən şəxsləri işə götürürlərsə, bu da öz növbəsində müqavilə hökmündədir.

Həddi-buluğa çatmayan fəhlənin diyəsinin zamini [Diyə ödəməyin metodu]

Sual : Xeyriyyə (faizsiz kredit) fondu öz işinə başlamazdan öncə müqaviləyə əsasən müəssisəyə nəzarəti inşaatçılardan birinin öhdəsinə qoyur. Fondun binasının tikinti işlərini başlayır. Binanın qaynaq işləri də digər müqavilə ilə qaynaqçılardan birinə həvalə edilir. Başqa bir şəxs isə işçi tapmaq və tikinti materiallarının tədarükünü öz öhdəsinə götürür. Bu şəxs 8 yaşlı bir uşağı fəhlə kimi işə götürür ki, qaynaq zamanı seyfin qapısı uşağın üstünə düşür və təəssüflər olsun ki, onun onurğa beyninin tamamilə kəsilməsinə səbəb olur. Yuxarıda qeyd olunanları nəzərə alsaq, bu uşağın diyəsinə kim zamindir?
Cavab: Uşağın işə götürülməsi onun vəlisinin (sahibi) icazəsi ilə və uşağın məsləhətinə, gücünə uyğun idisə, habelə uşağın təhlükəsizliyinin təmini istiqamətində heç bir qüsur və səhlənkarlığa yol verilməmişdirsə və hadisə təsadüfən baş vermişdirsə, bu halda heç kəs zamin deyil. Amma vəlisinin icazəsi olmadan işə götürülmüşdürsə və ya təhlükəsizliyinin təminində səhlənkarlığa yol verilmişdirsə, işə götürən şəxs onun diyəsi ilə bağlı zamindir.

Üzvlərə xəsarətlə bağlı qəsamə [Lövs və qəsamə]

Sual : Bədən üzvləri ilə bağlı qisas qəsamə ilə sübut oluna bilərmi?
Cavab: Bədən üzvlərinə yetirilən xəsarəti sübut etmək üçün qəsamədən istifadə etmək olar, amma bu yolla qisas yox, yalnız diyə sübuta yetir.

Günahsız insanın öldürülməsi [Qəsdən adam öldürmə və ona bənzər hallar]

Sual : Bir kəs günahsız bir adamı öldürmək istəyir. Lakin hədəfin kimliyində səhv etdiyinə görə başqa bir günahsız şəxsi qətlə yetirir. Baş verən qətl hadisəsi hansı növdəndir?
Cavab: Bu qətl, qəsdən adam öldürmək sayılır və qisası var. Lakin ehtiyat müstəhəb odur ki, zərərçəkənin qəyyumları cinayətkar ilə diyə ilə bağlı və buna bənzər hallarda müsalihə etsinlər (razılaşsınlar).

Məhkəmə və müalicə xərclərinin cinayətkardan alınması [Diyəyə aid müxtəlif məsələlər]

Sual : Cinayətkar şəxsin diyədən başqa zərərçəkənə – vurulan xəsarətlər nəticəsində – dəyən sair zərərləri də ödəməsi lazımdırmı? Məsələn, məhkəmə xərcləri və iş-gücündən qalmağına görə dəyən ziyanlar və s.
Cavab: Cinayətkar şəxs (şəriətdə) nəzərdə tutulan diyədən artığına şəriət baxımından zamin deyil, lakin müalicə xərcləri diyədən artıq olarsa, ehtiyat vacib artıq xərci ödəməkdir.
Səhifə sayı : 1