Qısa cavab:
Ətraflı cavab:
Sual:Əli (əleyhis-salam) kimləri Siddiqi-Əkbər olaraq təqdim etmişdir?
Cavab: Məaz deyir: Əli (əleyhis-salam) Bəsrə minbərində olanda belə buyurduğunu eşitdim:
اَنَا الصِّدِّیقُ الْاَکْبَرُ، آمَنْتُ قَبْلَ اَنْ یُؤْمِنَ اَبُو بَکْرٍ، وَ اَسْلَمْتُ قَبْلَ اَنْ یُسْلِمَ اَبُو بَکْرٍ
“Mənəm Siddiqi-Əkbər! Əbubəkr iman gətirməzdən qabaq mən iman gətirmişdim. Əbubəkr müsəlman olmazdan qabaq mən müsəlman idim.”
Bu hədisi əhli-sünnət alimlərindən bir çoxu nəql etmişlər, o cümlədən:
-İbn Qüteybə. (1)
-Muhibbuddin Təbəri. (2)
-İbn Əbil-Hədid. (3)
-Muttəqi Hindi. (4)
İmam (əleyhis-salam) buyurmuşdur:
أنا عبدالله و اخو رسوله و انا الصدیق الاکبر لایقولها بعدى الاّ کذّاب مفتر، لقد صلّیت قبل الناس سبع سنین
“Mən Allahın bəndəsi və onun rəsulunun qardaşıyam. Mən Siddiqi-əkbərəm. Bu ləqəbi məndən sonra yalançı və iftiraçıdan başqa heç kəs özünə aid etməz. Halbuki, mən camaatdan yeddi il öncə namaz qılırdım.”
Bu hədisi əhli-sünnət alimlərindən bir çoxu səhih sənədlərdə nəql etmişlər, o cümlədən:
İbn Əbi Şeybə (5), Nisai (6),İbn Əbi Asim (7), Hakim Nişapuri (8), Əbu Nəim (9),İbn Macə (10), Təbəri (11), İbn Əsir (12),
İbn Əbil-Hədid (13), Muhibbuddin Təbəri (14), Həmmui (15), Muttəqi Hindi (16), İbn Sə`d (17), Şə’rani (18) (19)
1. “Əl-məarif”, səh. 169.
2. “Ər-riyazun-nəzirə”, 3-cü cild, səh. 95 və 99.
3. “Nəhcul-bəlağə”nin şərhi, cild 13, səh. 200 və 228, xütbə 238.
4. “Kənzul-ummal”, cild 13, səh. 164, hədis: 36498.
5. “Əl-musənnəf”, cild 12, səh. 65, hədis: 12133.
6. “Xəsaisu Əmiril-möminin (əleyhis-salam), səh. 25, hədis: 7; “Əs-sunənul-kubra”, 5-ci cild, səh. 107, hədis: 8395.
7. “Əs-sunnə”, səh. 584, hədis: 1324.
8. “Əl-mustədrəku ələs-Səhiheyn”, 3-cü cild, səh. 121, hədis: 4584.
9. “Mə`rifətus-səhabə”, 1-ci cild, səh. 301.
10. “Sunəni İbn Macə”, 1-ci cild, səh. 44, hədis: 120.
11. “Tarixul-uməm vəl-miləl”, 2-ci cild, səh. 310.
12. “Əl-kamilu fittarix”, 1-ci cild, səh. 484.
13. “Nəhcul-bəlağə”nin şərhi, cild 13, səh. 200, xütbə 238.
14. “Ər-riyazun-nəzirə”, 3-cü cild, səh. 96, 100, 111.
15. “Fəraidus-simteyn”, 1-ci cild, səh. 248, hədis: 192.
16. “Kənzul-ummal”, cild 13, səh. 122, hədis: 36389.
17. “Əttəbəqatul-kubra”, 2-ci cild, səh. 60, nömrə: 315.
18. “Təbəqatuş-Şə`rani”, 2-ci cild, səh. 55.
19. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 432.
Şərh qeydə alınmayıb