Qısa cavab:
Ətraflı cavab:
Sual:İkinci xəlifənin bayram namazının surəsindən məlumatsızlığı necə nəql olunur?
Cavab: Übeydullahdan nəql olunur ki, Ömər bayram günü namaz niyyəti ilə evdən çıxdı və Əbu Vaqid Leysinin ardınca adam göndərib soruşdu: “Peyğəmbər belə gündə hansı surəni oxuyurdu?” Leys: “Qaf” və “İqtərəbət” surəsini - deyə cavab verdi.
Bu, əhli-sünnətin “sihah” kitablarında nəql olunan səhih rəvayətdir. (1) Buna əsasən, rəvayətin Übeydullah ibn Abdullahın Öməri görməməsi bəhanəsi ilə mürsəl hesab olunması rədd olunur. Çünki, bu rəvayət “Səhihi-Müslim”də Übeydullah ibn Əbdulahdan, Əbu Vaqiddən nəql edilmişdir. Şəkk yoxdur ki, Übeydullah, Əbu Vaqidi görmüşdür. Ona görə də Beyhəqi, Sindi, Süyuti və digərləri bu rəvayətin mürsəl olması ilə bağlı tutulan iradı rəd etmişlər.
Soruşuruq: Xəlifənin Peyğəmbərin Fitr və Qurban bayram namazlarında oxuduğu surəni xatırlamamağına səbəb nə idi?! Görəsən, Süyutinin “Tənvirul-həvaliq” kitabında izah etdiyi kimi, xəlifə onu sadəcə unutmuşdu və yadına salmaq istəyirdi?! (2) Yoxsa özünün də bir çox hallarda gətirdiyi bəhanə kimi, bazarda başının alverə qarışması onu bu işdən saxlamışdı?! (3) Onun bu (mühüm) məsələni unutması mümkün deyildi. Çünki, hər il camaatın böyük izdihamında iki dəfə təkrar olunan bu hökm adətən unudula bilməz. (4)
1-“Səhihi Müslüm”, 1-ci cild, səh. 242 (2-ci cild, səh. 288), hədis: 14, “Eydeyn” kitabı; “Sunəni Əbu Davud”, 2-ci cild, səh. 280 (1-ci cild, səh. 300), hədis: 1154; “Sunəni İbn Macə”, 1-ci cild, səh. 188 (1-ci cild, səh. 408), hədis: 1282; “Sunənu Tirmizi”, 1-ci cild, səh. 106 (2-ci cild, səh. 415), hədis: 534; “Əs-sunənul-kubra”, Nisai, 3-cü cild, səh. 184 (1-ci cild, səh. 546), hədis: 1773; “Sunəni Beyhəqi”, 3-cü cild, səh. 294.
2-“Tənvirul-həvaliq” 1-ci cild, səh. 147 (1-ci cild, səh. 191).
3-“Səhihi Müslüm”, 2-ci cild, səh. 234 (4-cü cild, səh.361), hədis: 36; “Kənzul-ummal”, 1-ci cild, səh. 278 -279 (2-ci cild, səh. 567-569), hədis: 4741, 4744, 4746.
4-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 575.
Şərh qeydə alınmayıb