Qısa cavab:
Ətraflı cavab:
İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, çətinliklər nəticəsində bir an olsun belə, zalımlarla saziş etmir. Mə’lum məsələdir ki, İmamın İlahi bir şəxsiyyət olması, onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mənfi mübarizə o dövrün hökuməti üçün təhlükəli olub dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Axırda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən-Nəqi əleyhissəlamı öldürmək fikrinə düşdülər. Beləliklə, o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil, xəlifə Mö’təzzin hakimiyyəti dövründə zəhərlənərək. (1) Hicri 254-cü il rəcəb ayında şəhid olur və Samirra şəhərində öz evində dəfn edilir. (2) (3)
Şərh qeydə alınmayıb