Qısa cavab:
Ətraflı cavab:
İmam Əliyyən-Nəqinin (əleyhis-salam) dövründə Mötəzilə və Əşairə kimi müxtəlif məzhəb və firqələr yayılmış, İslam cəmiyyəti arasında əqaid elminin çoxsaylı nəzəriyyələri yaranmış, “məcburiyyət” (“cəbr”), “ixtiyar”, “Allahın görünməsinin mümkün olub-olmaması”, “Allahın cisim olması” və bu kimi elmi mübahisələr getməkdə idi. Buna görə də, o Həzrət bəzi vaxtlar elə suallarla üzləşməli olurdu ki, o sualların bu kimi məzhəblərdən meydana gəlməsi açıq-aşkar bəlli idi. Şiə məclislərinə bu cür batil əqidələrin yol tapması ehtimalı şiələrin o Həzrətin başçılığı ilə hidayət edilməsi və onların İmam kimi bir rəhbərə ehtiyac duyduqları zərurətini daha da artırırdı. Bu baxımdan İmam Əliyyən-Nəqi (əleyhissəlam) öz məktub və elmi mübahisələrində “cəbriyyə”, “Allahın cisim olmasına inam” və bu kimi məzhəblərin əqidə və nəzəriyyələrinin əsassız olduğunu qəti və aşkar dəlillərlə isbat edir və əsl İslam əqaidini heç bir təhrif olmadan cəmiyyətə təqdim edirdi. Təbii ki, bu da Həzrətin elmi məqamının yüksək olduğuna dair bir nümunədir. (1)
İmam Əliyyən-Nəqinin (əleyhis-salam) elmi həyatını mütaliə etdikdə məlum olur ki, o Həzrətin elmi mübahisələrinin əksəriyyəti bu kimi əqaid bölməsinə aid olan mövzular barədə olmuş, həmçinin, o Həzrətdən bu sahədə söylənilmiş hədislər şiə məzhəbinin əsaslarının açıq-aşkar üstün olduğunu göstərir. Misal üçün o Həzrətin Əhvaz camaatının “məcburiyyət” və “ixtiyar” nəzəriyyələri haqqında olan sualına yazdığı və orada aydın və qəti dəlillərlə nə məcburiyyət, nə də ixtiyar olan düzgün (şiə) nəzəriyyəsini sübut etdiyi məktubu qeyd etmək olar. (2) (3)

Şərh qeydə alınmayıb