Qısa cavab:
Ətraflı cavab:
Məhərrəm ayı. Bu ay Əhli-beytin (əleyhimus-salam) və davamçılarının hüzn və kədər ayıdır. Bu ay Şəhidlər sərvərinin (əleyhis-salam) və onun vəfalı silahdaşlarının Kərbəlada göstərdikləri şücaət, qəhrəmanlıq və fədakarlıqlar anılan aydır. Bu ay şəhidlər ayıdır. Səkkizinci İmam Rza (əleyhis-salam) bir hədisdə belə xatırlayır: “Məhərrəm ayı girəndə heç kəs atamı üzügülər görməzdi. Onuncu günə yəni, Aşura gününə kimi daim hüznlü olardı. Aşura günü isə atam göz yaşlarında qərq olar və deyərdi: Bu gün Hüseynin (əleyhis-salam) şəhid olan günüdür. (1)
Əhli-beyti (əleyhis-salam) sevən hər bir insana bu günlərdə layiqli matəm məclisləri qurmaq və bu dini ayinin layiqincə keçirilməsinə yardım üçün təşəbbüs göstərmək yaraşır. Möhtərəm natiqlər və xətiblər o dahi insanların şəhidlik fəlsəfəsini və onun silinməz izlərini İslam və Əhli-beyt məzhəbini yaşatmaq naminə şərh etməli, xüsusən də, cavanları və yeniyetmələri bu mərasimlərlə tanış etməlidir. Bu mərasimlərdə iştirak edən hər bir insan dini sual altına alan hər hansı addımdan ciddi şəkildə çəkinməlidir. Diqqət etmək lazımdır ki, Aşura və Hüseyn mərasimləri İslamı yaşadır və hər il İslamın damarlarından yeni qanlar axıdır, onu yenidən canlandırır. İmam Hüseyn mərasimləri nə qədər möhtəşəm keçirilərsə, İslama heç bir ziyan dəyməz.

Şərh qeydə alınmayıb