Mübarək ramazan ayının gecələrinin müştərək əməlləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Mübarək ramazan ayının gecələrinin müştərək əməlləri

Ramazan ayının gecələrinin müştərək əməlləri aşağıdakılardır

1- Məğribin şəri vaxtı olduqda məğrib namazını qılıb iftar etmək müstəhəbdir. Lakin əgər oruc tutan şəxs zəif və gücsüz olduğuna görə namazı hüzuri-qəlblə qıla bilməyəcəksə, yaxud süfrə başında onu gözləyənlər varsa, namazı iftardan sonra da qıla bilər.
2- Pak yemək və içməklərlə, həmçinin haram və şübhəli olmayan yemək-içməklərlə iftar edin. Yaxşı olar ki, halal xurma ilə iftar edəsiniz. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kim halal xurma ilə iftar etsə, namazının savabı artar.

Həzrət Əli (ə) buyurub: “Süd ilə iftar etmək müstəhəbdir.”
Şərbət, halva, ilıq su ilə də iftar etmək yaxşıdır və Həzrət Rəsulallah (s) bunlarla iftar edərmiş.
3- İftar edərkən Məsumların (ə) buyurduqları kiçik duaları oxuyun:


O cümlədən bu duanı oxuyun:

اَللَّهُمَّ لَکَ صُمْتُ، وَ عَلَىٰ رِزْقِکَ اَفْطَرْتُ، وَ عَلَیْکَ تَوَکَّلْتُ.

Duanın oxunuşu:


Əllahummə ləkə sumtu, və ‘əla rizqikə əftərtu, və ‘ələykə təvəkkəltu.

 

“Ey Allahım, Sənin üçün oruc tutdum, Sənin ruzilərinlə iftar etdim, Sənə təvəkkül edirəm.”

 

Əmirəl-möminin Əli (ə) iftar edərkən bu duanı oxuyardı:


بِسْمِ اللهِ، اَللَّهُمَّ لَکَ صُمْنَا، وَ عَلَىٰ رِزْقِکَ اَفْطَرْنَا، فَتَقَبَّلْ مِنَّا، اِنَّکَ اَنْتَ السَّمِیعُ الْعَلِیمُ.

 

Duanın oxunuşu:


Bismillah, əllahummə ləkə sumna, və ‘əla rizqikə əftərna, fə-təqəbbəl minna, innəkə əntəs-səmi‘ul ‘əlim.

Bismillah, əllahummə ləkə sumna, və ‘əla rizqikə əftərna, fə-təqəbbəl minna, innəkə əntəs-səmi‘ul ‘əlim.

 

“Allahın adı ilə. Ey Allahım, Sənin üçün oruc tutduq, Sənin ruzilərinlə iftar etdik, elə isə, bizdən qəbul et, çünki Sən eşidən və bilənsən.”
4- İftar vaxtı “Qədr” surəsini oxumağın böyük savabı vardır.
5- İftar edərkən birinci tikəni ağıza qoyduqda deyin:

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيم. يَا وَاسِعَ الْمَغْفِرَةِ، اِغْفِرْ لِى.

 

Duanın oxunuşu:

“Rəhman və Rəhim Allahın adı ilə. Ey məğfirəti geniş olan, bağışla məni.”

 

İmam Həsən Muctəba (ə) buyurub: “Hər kim bu kəlmələri desə, Allah onu bağışlayar.”
6- İftar vaxtı dua etmək tövsiyə olunur. Hədislərin birində Həzrət Rəsulallah (s) buyurmuşdur: “İftar vaxtı oruc tutanın bir qəbul olunmuş duası vardır.”
7- İftar vaxtı sədəqə verin, oruc tutanlara iftar verin. Hətta əgər imkanınız az olsa, bir neçə xurma və ya bir qab su ilə iftar verin. İftar vermək təkid olunan müstəhəb əməllərdəndir və yaxşı olar ki, möminlər buna əhəmiyyət versinlər. Bəzi müsəlman ölkələrində iftar vaxtı bütün məscidlərdə sadə süfrələr açılır.


Həzrət Rəsulallah (s) buyurmuşdur ki, hər kim ramazan ayında bir mömin oruc tutana iftar versə, bir mömin qulu azad etməyin savabını əldə edər və bu, onun günahlarının bağışlanmasına səbəb olar. Səhabələr: “Bizim buna imkanımız yoxdur” – dedikdə o həzrət buyurdu: “Kimin imkanı yoxdursa, bir qədər süd və ya su, yaxud bir neçə xurma versin, Allah ona bu savabı əta edər.”
Mərhum Kuleyni, Şeyx Səduq və Şeyx Tusinin İmam Sadiqdən (ə) nəql etdikləri hədisdə buyurulur: “Hər kim oruc tutana iftar versə, onun savabı qədər savab əldə edər (oruc tutanın savabından heç nə azalmadan).”


8- Hər gecə məğrib namazından sonra həcc duasını oxuyun (bu dua bir qədər əvvəldə “Ramazan ayının gecə və gündüzlərinin müştərək əməlləri”ndə qeyd olundu: Əlla͂hummərzuqni͠ ḥəccə bəytikəl-ḥəra͂m...).
9- Seyid İbn Tavus “İqbal” kitabında qeyd edir ki, hər kim ramazan ayının hər gecəsi bu duanı oxusa, onun çoxlu günahları bağışlanar:

 

اَللَّهُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ، اَلَّذِى اَنْزَلْتَ فِیهِ الْقُرْاٰنَ، وَ افْتَرَضْتَ عَلَىٰ عِبَادِکَ فِیهِ الصِّیَامَ، صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ ارْزُقْنِى حَجَّ بَیْتِکَ الْحَرَامِ، فِى عَامِى هٰذَا وَ فِى کُلِّ عَامٍ، وَ اغْفِرْ لِى تِلْکَ الذُّنُوبَ الْعِظَامَ، فَاِنَّهُ لَا یَغْفِرُهَا غَیْرُکَ یَا رَحْمٰنُ یَا عَلَّامُ.


Duanın oxunuşu:


Əllahummə rəbbə şəhri rəməżan, əlləzi ənzəltə fihil-Qurʼan, vəftərəztə ‘əla ‘ibadikə fihis-siyam,
səlli ‘əla Muhəmmədin və Ali-Muhəmmədin, vərzuqni həccə bəytikəl-həram, fi ‘ami haza və fi kulli ‘am,
vəğfir li tilkəz-zunubəl-‘izam, fə-innəhu la yəğfiruha ğəyrukə, ya rəhmanu ya ‘əllam.


“Ey Allahım, ey ramazan ayının Rəbbi: o Rəbb ki, Quranı bu ayda nazil etdin və bu ayda bəndələrinə orucu vacib etdin, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, bu il və hər il Öz evinin həccini mənə ruzi et, böyük günahlarımı bağışla, çünki onları Səndən qeyrisi bağışlamır, ey Rəhman, ey çox elmli.”

10- Ramazan ayının hər gecəsi “İftitah” duasını oxuyun.


Mötəbər sənədlə nəql olunur ki, İmam Zaman (ə.f) şiələrə belə yazdı: “Mübarək ramazan ayının hər gecəsi bu duanı oxuyun, çünki bu ayda edilən duaları mələklər eşidir və dua edənlərin bağışlanmasını diləyirlər.”
İftitah duası “Zadul-məad” kitabına istinadən belədir:

 

اَللَّهُمَّ اِنِّى اَفْتَتِحُ الثَّنَآءَ بِحَمْدِکَ، وَ اَنْتَ مُسَدِّدٌ لِلصَّوَابِ بِمَنِّکَ؛ وَ اَیْقَنْتُ اَنَّکَ اَنْتَ اَرْحَمُ الرَّاحِمِینَ فِى مَوْضِعِ الْعَفْوِ وَ الرَّحْمَةِ، وَ اَشَدُّ الْمُعَاقِبِینَ فِى مَوْضِعِ النَّکَالِ وَ النَّقِمَةِ، وَ اَعْظَمُ الْمُتَجَبِّرِینَ فِى مَوْضِعِ الْکِبْریَآءِ وَ الْعَظَمَةِ. اَللَّهُمَّ اَذِنْتَ لِى فِى دُعَآئِکَ وَ مَسْئَلَتِکَ، فَاسْمَعْ یَا سَمِیعُ مِدْحَتِى، وَ اَجِبْ یَا رَحِیمُ دَعْوَتِى، وَ اَقِلْ یَا غَفُورُ عَثْرَتِى. فَکَمْ یَا اِلٰهِى مِنْ کُرْبَةٍ قَدْ فَرَّجْتَهَا، وَ هُمُومٍ قَدْ کَشَفْتَهَا، وَ عَثْرَةٍ قَدْ اَقَلْتَهَا، وَ رَحْمَةٍ قَدْ نَشَرْتَهَا، وَ حَلْقَةِ بَلَاءٍ قَدْ فَکَکْتَهَا.
اَلْحَمْدُ لِلَّهِ الَّذِى لَمْ یَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَدًا، وَ لَمْ یَکُنْ لَهُ شَرِیکٌ فِى الْمُلْکِ، وَ لَمْ یَکُنْ لَهُ وَلِىٌّ مِنَ الذُّلِّ، وَ کَبِّرْهُ تَکْبِیرًا. اَلْحَمْدُ لِلَّهِ بِجَمِیـعِ مَحَامِدِهِ کُلِّهَا، عَلَىٰ جَمِیعِ نِعَمِهِ کُلِّهَا. اَلْحَمْدُ لِلَّهِ الَّذِى لَا مُضَآدَّ لَهُ فِى مُلْکِهِ، وَ لَا مُنَازِعَ لَهُ فِى اَمْرِهِ. اَلْحَمْدُ لِلَّهِ الَّذِى لَا شَرِیکَ لَهُ فِى خَلْقِهِ، وَ لَا شَبِیهَ لَهُ فِى عَظَمَتِهِ. اَلْحَمْدُ لِلَّهِ الْفَاشِى فِى الْخَلْقِ اَمْرُهُ وَ حَمْدُهُ، اَلظَّاهِرِ بِالْکَرَمِ مَجْدُهُ، اَلْبَاسِطِ بِالْجُودِ یَدَهُ؛ اَلَّذِى لَا تَنْقُصُ خَزَآئِنُهُ، وَ لَا تَزِیدُهُ کَثْرَةُ الْعَطَآءِ اِلَّا جُودًا وَ کَرَمًا، اِنَّهُ هُوَ الْعَزِیزُ الْوَهَّابُ. اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ قَلِیلًا مِنْ کَثِیرٍ، مَعَ حَاجَةٍ بِى اِلَیْهِ عَظِیمَةٍ، وَ غِنَاکَ عَنْهُ قَدِیمٌ؛ وَ هُوَ عِنْدِى کَثِیرٌ، وَ هُوَ عَلَیْکَ سَهْلٌ یَسِیرٌ. اَللَّهُمَّ اِنَّ عَفْوَکَ عَنْ ذَنْبِى، وَ تَجَاوُزَکَ عَنْ خَطِیـئَتِى، وَ صَفْحَکَ عَنْ ظُلْمِى، وَ سَتْرَکَ عَلَىٰ قَبِیـحِ عَمَلِى، وَ حِلْمَکَ عَنْ کَثِیرِ جُرْمِى عِنْدَ مَا کَانَ مِنْ خَطَئِى وَ عَمْدِى، اَطْمَعَنِى فِى اَنْ اَسْئَلَکَ مَـا لَا اَسْتَوْجِبُهُ مِنْکَ الَّذِى رَزَقْتَنِى مِنْ رَحْمَتِکَ، وَ اَرَیْتَنِى مِنْ قُدْرَتِکَ، وَ عَرَّفْتَنِى مِنْ اِجَابَتِکَ. فَصِرْتُ اَدْعُوکَ اٰمِنًا، وَ اَسْئَلُکَ مُسْتَأْنِسًا لَا خَآئِفًا وَ لَا وَجِلًا، مُدِلًّا عَلَیْکَ فِیمَا قَصَدْتُ فِیهِ اِلَیْکَ؛ فَإِنْ اَبْطَأَ عَنِّى عَتَبْتُ بِجَهْلِى عَلَیْکَ، وَ لَعَلَّ الَّذِى اَبْطَأَ عَنِّى هُوَ خَیْرٌ لِى لِعِلْمِکَ بِعَاقِبَةِ الْاُمُورِ. فَلَمْ اَرَ مَوْلًا کَرِیمًا اَصْبَرَ عَلَىٰ عَبْدٍ لَئِیمٍ مِنْکَ عَلَىَّ. یَا رَبِّ، اِنَّکَ تَدْعُونِى فَاُوَلِّى عَنْکَ، وَ تَتَحَبَّبُ اِلَىَّ فَاَتَبَغَّضُ اِلَیْکَ، وَ تَتَوَدَّدُ اِلَىَّ فَلَا اَقْبَلُ مِنْکَ، کَاَنَّ لِىَ التَّطَوُّلَ عَلَیْکَ؛ فَلَمْ یَمْنَعْکَ ذٰلِکَ مِنَ الرَّحْمَةِ لِى وَ الْإِحْسَانِ اِلَىَّ، وَ التَّفَضُّلِ عَلَىَّ بِجُودِکَ وَ کَرَمِکَ؛ فَارْحَمْ عَبْدَکَ الْجَاهِلَ، وَ جُدْ عَلَیْهِ بِفَضْلِ اِحْسَانِکَ، اِنَّکَ جَوَادٌ کَرِیمٌ. اَلْحَمْدُ لِلَّهِ مَالِکِ الْمُلْکِ، مُجْرِى الْفُلْکِ، مُسَخِّرِ الرِّیَاحِ، فَالِقِ الْإِصْبَاحِ، دَیَّانِ الدِّینِ، رَبِّ الْعَالَمِینَ. اَلْحَمْدُ لِلَّهِ عَلَىٰ حِلْمِهِ بَعْدَ عِلْمِهِ، وَ الْحَمْدُ لِلَّهِ عَلَىٰ عَفْوِهِ بَعْدَ قُدْرَتِهِ، وَ الْحَمْدُ لِلَّهِ عَلَىٰ طُولِ اَنَاتِهِ فِى غَضَبِهِ، وَ هُوَ الْقَادِرُ عَلَىٰ مَا یُرِیدُ. اَلْحَمْدُ لِلَّهِ خَالِقِ الْخَلْقِ، بَاسِطِ الرِّزْقِ، فَالِقِ الْإِصْبَاحِ، ذِى الْجَلَالِ وَ الْإِکْرَامِ، وَ الْفَضْلِ وَ الْإِنْعَامِ؛ اَلَّذِى بَعُدَ فَلَا یُرَىٰ، وَ قَرُبَ فَشَهِدَ النَّجْوَىٰ، تَبَارَکَ وَ تَعَالَىٰ. اَلْحَمْدُ لِلَّهِ الَّذِى لَیْسَ لَهُ مُنَازِعٌ یُعَادِلُهُ، وَ لَا شَبِیهٌ یُشَاکِلُهُ، وَ لَا ظَهِیرٌ یُعَاضِدُهُ؛ قَهَرَ بِعِزَّتِهِ الْاَعِزَّآءَ، وَ تَوَاضَعَ لِعَظَمَتِهِ الْعُظَمَآءُ، فَبَلَغَ بِقُدْرَتِهِ مَا یَشَآءُ. اَلْحَمْدُ لِلَّهِ الَّذِى یُجِیبُنِى حِینَ اُنَادِیهِ، وَ یَسْتُرُ عَلَىَّ کُلَّ عَوْرَةٍ وَ اَنَا اَعْصِیهِ، وَ یُعَظِّمُ النِّعْمَةَ عَلَىَّ فَلَا اُجَازِیهِ؛ فَکَمْ مِنْ مَوْهِبَةٍ هَنِیئَةٍ قَدْ اَعْطَانِى، وَ عَظِیمَةٍ مَخُوفَةٍ قَدْ کَفَانِى، وَ بَهْجَةٍ مُونِقَةٍ قَدْ اَرَانِى؛ فَاُثْنِى عَلَیْهِ حَامِدًا، وَ اَذْکُرُهُ مُسَبِّحًاً. اَلْحَمْدُ لِلَّهِ الَّذِى لَا یُهْتَکُ حِجَابُهُ، وَ لَا یُغْلَقُ بَابُهُ، وَ لَا یُرَدُّ سَآئِلُهُ، وَ لَا یُخَیَّبُ اٰمِلُهُ. اَلْحَمْدُ لِلَّهِ الَّذِى یُؤْمِنُ الْخَآئِفِینَ، وَ یُنَجِّى الصَّالِحِینَ، وَ یَرْفَعُ الْمُسْتَضْعَفِینَ، وَ یَضَعُ الْمُسْتَکْبِرِینَ، وَ یُهْلِکُ مُلُوکًا، وَ یَسْتَخْلِفُ اٰخَرِینِ. وَ الْحَمْدُ لِلَّهِ قَاصِمِ الْجَبَّارِینَ، مُبِیرِ الظَّالِمِینَ، مُدْرِکِ الْهَارِبِینَ، نَکَالِ الظَّالِمِینَ، صَرِیخِ الْمُسْتَصْرِخِینَ، مَوْضِعِ حَاجَاتِ الطَّالِبِینَ، مُعْتَمَدِ الْمُؤْمِنِینَ. اَلْحَمْدُ لِلَّهِ الَّذِى مِنْ خَشْیَتِهِ تَرْعَدُ السَّمَآءُ وَ سُکَّانُهَا، وَ تَرْجُفُ الْاَرْضُ وَ عُمَّارُهَا، وَ تَمُوجُ الْبِحَارُ وَ مَنْ یَسْبَحُ فِى غَمَرَاتِهَا. اَلْحَمْدُ لِلَّهِ الَّذِى هَدَانَا لِهٰذَا، وَ مَا کُنَّا لِنَهْتَدِىَ لَوْ لَا اَنْ هَدَانَا اللهُ. اَلْحَمْدُ لِلَّهِ الَّذِى یَخْلُقُ وَ لَمْ یُخْلَقْ، وَ یَرْزُقُ وَ لَا یُرْزَقُ، وَ یُطْعِمُ وَ لَا یُطْعَمُ، وَ یُمِیتُ الْاَحْیَآءَ وَ یُحْیِى الْمَوْتَىٰ، وَ هُوَ حَىٌّ لَا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلَىٰ کُلِّ شَىْءٍ قَدِیرٌ.
اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ عَبْدِکَ وَ رَسُولِکَ، وَ اَمِینِکَ وَ صَفِیِّکَ، وَ حَبِیبِکَ وَ خِیَرَتِکَ مِنْ خَلْقِکَ، وَ حَافِظِ سِرِّکَ، وَ مُبَلِّغِ رِسَالَاتِکَ؛ اَفْضَلَ وَ اَحْسَنَ وَ اَجْمَلَ، وَ اَکْمَلَ وَ اَزْکَىٰ وَ اَنْمَىٰ، وَ اَطْیَبَ وَ اَطْهَرَ وَ اَسْنَىٰ، وَ اَکْثَرَ مَا صَلَّیْتَ وَ بَارَکْتَ وَ تَرَحَّمْتَ، وَ تَحَنَّنْتَ وَ سَلَّمْتَ عَلَىٰ اَحَدٍ مِن عِبَادِکَ وَ اَنْبِیَآئِکَ وَ رُسُلِکَ وَ صَفْوَتِکَ، وَ اَهْلِ الْکَرَامَةِ عَلَیْکَ مِن خَلْقِکَ. اَللَّهُمَّ وَ صَلِّ عَلَىٰ عَلِىٍّ اَمِیرِ الْمُؤْمِنِینَ، وَ وَصِىِّ رَسُولِ رَبِّ الْعَالَمِینَ، عَبْدِکَ وَ وَلِیِّکَ وَ اَخِى رَسُولِکَ، وَ حُجَّتِکَ عَلَىٰ خَلْقِکَ، وَ اٰیَتِکَ الْکُبْرَىٰ وَ النَّبَإِ الْعَظِیمِ؛ وَ صَلِّ عَلَى الصِّدِّیقَةِ الطَّاهِرَةِ، فَاطِمَةَ سَیِّدَةِ نِسَآءِ الْعَالَمِینَ؛ وَ صَلِّ عَلَىٰ سِبْطَىِ الرَّحْمَةِ وَ اِمامَىِ الْهُدَىٰ، اَلْحَسَنِ وَ الْحُسَیْنِ، سَیِّدَىْ شَبَابِ اَهْلِ الْجَنَّةِ؛ وَ صَلِّ عَلَىٰ اَئِمَّةِ الْمُسْلِمِینَ، عَلِىِّ بْنِ الْحُسَیْنِ، وَ مُحَمَّدِ بْنِ عَلِىٍّ، وَ جَعْفَرِ بْنِ مُحمَّدٍ، وَ مُوسَى بْنِ جَعْفَرٍ، وَ عَلِىِّ بْنِ مُوسَىٰ، وَ مُحَمَّدِ بْنِ عَلِىٍّ، وَ عَلِىِّ بْنِ مُحَمَّدٍ، وَ الْحَسَنِ بْنِ عَلِىٍّ، وَ الْخَلَفِ الْهَادِى الْمَهْدِىِّ، حُجَجِکَ عَلَىٰ عِبَادِکَ، وَ اُمَنَآئِکَ فِى بِلَادِکَ، صَلَاةً کَثِیرَةً دَآئِمَةً.
اَللَّهُمَّ وَ صَلِّ عَلَىٰ وَلِىِّ اَمْرِکَ، اَلْقَآئِمِ الْمُؤَمَّلِ، وَ الْعَدْلِ الْمُنْتَظَرِ؛ وَ حُفَّهُ بِمَلَآئِکَتِکَ الْمُقَرَّبِینَ، وَ اَیِّدْهُ بِرُوحِ الْقُدُسِ یَا رَبَّ الْعَالَمِینَ. اَللَّهُمَّ اجْعَلْهُ الدَّاعِىَ اِلَىٰ کِتَابِکَ، وَ الْقَآئِمَ بِدِینِکَ؛ اِسْتَخْلِفْهُ فِى الْاَرْضِ کَمَا اسْتَخْلَفْتَ الَّذِینَ مِنْ قَبْلِهِ؛ مَکِّنْ لَهُ دِینَهُ الَّذِى ارْتَضَیْتَهُ لَهُ، اَبْدِلْهُ مِنْ بَعْدِ خَوْفِهِ اَمْنًا، یَعْبُدُکَ لَا یُشْرِکُ بِکَ شَیْئًا. اَللَّهُمَّ اَعِزَّهُ وَ اَعْزِزْ بِهِ، وَ انْصُرْهُ وَ انْتَصِرْ بِهِ، وَ انْصُرْهُ نَصْرًا عَزِیزًا، وَ افْتَحْ لَهُ فَتْحًا یَسِیرًا، وَ اجْعَلْ لَهُ مِنْ لَدُنْکَ سُلْطَانًا نَصِیرًا. اَللَّهُمَّ اَظْهِرْ بِهِ دِینَکَ وَ سُنَّةَ نَبِیِّکَ، حَتَّىٰ لَا یَسْتَخْفِىَ بِشَىْءٍ مِنَ الْحَقِّ مَخَافَةَ اَحَدٍ مِنَ الْخَلْقِ. اَللَّهُمَّ اِنَّا نَرْغَبُ اِلَیْکَ فِى دَوْلَةٍ کَرِیمَةٍ، تُعِزُّ بِهَا الْاِسْلَامَ وَ اَهْلَهُ، وَ تُذِلُّ بِهَا النِّفَاقَ وَ اَهْلَهُ؛ وَ تَجْعَلُنَا فِیهَا مِنَ الدُّعَاةِ اِلَىٰ طَاعَتِکَ، وَ الْقَادَةِ اِلَىٰ سَبِیلِکَ؛ وَ تَرْزُقُنَا بِهَا کَرَامَةَ الدُّنْیَا وَ الْاٰخِرَةِ. اَللَّهُمَّ مَا عَرَّفْتَنَا مِنَ الْحَقِّ فَحَمِّلْنَاهُ، وَ مَا قَصُرْنَا عَنْهُ فَبَلِّغْنَاهُ. اَللَّهُمَّ الْمُمْ بِهِ شَعْثَنَا، وَ اشْعَبْ بِهِ صَدْعَنَا، وَ ارْتُقْ بِهِ فَتْقَنَا، وَ کَثِّرْ بِهِ قِلَّتَنَا، وَ اَعْزِزْ بِهِ ذِلَّتَنَا، وَ اَغْنِ بِهِ عَآئِلَنَا، وَ اقْضِ بِهِ عَنْ مَغْرَمِنَا، وَ اجْبُرْ بِهِ فَقْرَنَا، وَ سُدَّ بِهِ خَلَّتَنَا، وَ یَسِّرْ بِهِ عُسْرَنَا، وَ بَیِّضْ بِهِ وُجُوهَنَا، وَ فُکَّ بِهِ اَسْرَنَا، وَ اَنْجِحْ بِهِ طَلِبَتَنَا، وَ اَنْجِزْ بِهِ مَوَاعِیدَنَا، وَ اسْتَجِبْ بِهِ دَعْوَتَنَا، وَ اَعْطِنَا بِهِ سُؤْلَنَا، وَ بَلِّغْنَا بِهِ مِنَ الدُّنْیَا وَ الْاٰخِرَةِ اٰمَالَنَا، وَ اَعْطِنَا بِهِ فَوْقَ رَغْبَتِنَا. یَا خَیْرَ الْمَسْئُولِینَ وَ اَوْسَعَ الْمُعْطِینَ، اِشْفِ بِهِ صُدُورَنَا، وَ اَذْهِبْ بِهِ غَیْظَ قُلُوبِنَا، وَ اهْدِنَا بِهِ لِمَا اخْتُلِفَ فِیهِ مِنَ الْحَقِّ بِاِذْنِکَ، اِنَّکَ تَهْدِى مَنْ تَشَآءُ اِلَىٰ صِرَاطٍ مُسْتَقِیمٍ. وَ انْصُرْنَا بِهِ عَلَىٰ عَدُوِّکَ وَ عَدُوِّنَا، اِلٰهَ الْحَقِّ اٰمِینَ. اَللَّهُمَّ اِنَّا نَشْکُو اِلَیْکَ فَقْدَ نَبِیِّنَا صَلَوَاتُکَ عَلَیْهِ وَ اٰلِهِ، وَ غَیْبَةَ وَلِیِّنَا، وَ کَثْرَةَ عَدُوِّنَا، وَ قِلَّةَ عَدَدِنَا، وَ شِدَّةَ الْفِتَنِ بِنَا، وَ تَظَاهُرَ الزَّمَانِ عَلَیْنَا. فَصَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ، وَ اَعِنَّا عَلَىٰ ذٰلِکَ بِفَتْحٍ مِنْکَ تُعَجِّلُهُ، وَ بِضُرٍّ تَکْشِفُهُ، وَ نَصْرٍ تُعِزُّهُ، وَ سُلْطَانِ حَقٍّ تُظْهِرُهُ، وَ رَحْمَةٍ مِنْکَ تَجَلِّلُنَاهَا، وَ عَافِیَةٍ مِنْکَ تُلْبِسُنَاهَا، بِرَحْمَتِکَ یَا اَرْحَمَ الرّاحِمینَ.

 

İftitah duasının oxunuşu:

Əllahummə inni əftətihu əs-sənaə bi-həmdikə, və əntə musəddidun lis-səvabi bi-mənnikə;

və əyqəntu ənnəkə əntə ərhəmur-rahimin fi məvzi‘il-‘əfvi vər-rəhməti,

və əşəddul-mu‘aqibinə fi məvzi‘in-nəkali vən-nəqiməti, və ə‘zəmul-mutəcəbbirinə fi məvzi‘il-kibriyai vəl-‘əzəməti.

Əllahummə əz̠intə li fi du‘aikə və məsʼələtikə, fəsmə‘ ya səmi‘u midhəti, və əcib ya rəhimu də‘vəti, və əqil ya ğəfuru ‘əsrəti.

 

Fə-kəm ya İlahi min kurbətin qəd fərrəctəha, və humumin qəd kəşəftəha, və ‘əsrətin qəd əqəltəha, və rəḥmətin qəd nəşərtəha, və həlqəti bəlain qəd fəkəktəha.

Əlhəmdu lillahilləzi ləm yəttəxiz sahibətən və la vələdən, və ləm yəkun ləhu şərikun fil-mulki, və ləm yəkun ləhu vəliyyun minəz-zulli, və kəbbirhu təkbirən.

 

Əlhəmdu lillahi bi-cəmi‘i məhamidihi kulliha, ‘əla cəmi‘i ni‘əmihi kulliha.

Əlhəmdu lillahilləzi la muzaddə ləhu fi mulkihi, və la munazi‘ə ləhu fi əmrihi.

Əlḥəmdu lillahilləzi la şərikə ləhu fi xəlqihi, və la şəbihə ləhu fi ‘əzəmətihi.

 

Əlhəmdu lillahi əl-faşi fil-xəlqi əmruhu və həmduhu, əz-zahiri bil-kərimi məcduhu, əl-basiti bil-cudi yədəhu;

əlləzi la tənqusu xəzainuhu, və la təziduhu kəsrətul-‘ətai illa cudən və kərəmən, innəhu huvəl ‘əzizul vəhhab.
Əllahummə inni əsʼəlukə qəlilən min kəsirin, mə‘ə hacətin bi iləyhi ‘əzimətin, və ğinakə ‘ənhu qədim; və huvə ‘indi kəsirun, və huvə ‘ələykə səhlun yəsir.

Əllahummə innə ‘əfvəkə ‘ən zənbi, və təcavuzəkə ‘ən xətiəti və səfhəkə ‘ən zulmi,

və sətrəkə ‘əla qəbihi ‘əməli, və hilməkə ‘ən kəsiri curmi ‘ində ma kanə min xətəi və ‘əmdi,

ətmə‘əni fi ən əsʼəlukə ma la əstəvcibuhu minkəlləzi rəzəqtəni min rəhmətikə, və ərəytəni min qudrətikə, və ‘ərrəftəni min icabətikə.

 

Fə-sirtu əd‘ukə aminən, və əsʼəlukə mustəʼnisən la xaifən və la vəcilən, mudillən ‘ələykə fima qəsədtu fihi iləykə;

fə-in əbtəə ‘ənni ‘ətəbtu bi-cəhli ‘ələykə, və lə‘əllə əlləzi əbtəə ‘ənni huvə xəyrun li li-‘ilmikə bi-‘aqibətil-umur.

Fə-ləm ərə məvlən kərimən əsbərə ‘əla ‘əbdin ləimin minkə ‘ələyyə. Ya rəbbi, innəkə təd‘uni fə-uvəlli ‘ənkə,
və tətəhəbbəbu iləyyə fə-ətəbəğğəzu iləykə, və tətəvəddədu iləyyə fə-la əqbəlu minkə, kə-ənnə liyət-tətəvvulə ‘ələykə;

 

fə-ləm yəmnə‘kə zalikə minər-rəhməti li vəl-ihsani iləyyə, vət-təfəzzuli ‘ələyyə bi-cudikə və kərəmikə;

fərhəm ‘əbdəkəl-cahil, və cud ‘ələyhi bi-fəżli ihsanikə, innəkə cəvadun kərim.

Əlhəmdu lillahi malikil-mulki, məcril-fulki, musəxxirir-riyahi, faliqil-isbahi, dəyyanid-din, rəbbil-‘aləmin.

 

Əlhəmdu lillahi ‘əla hilmihi bə‘də ‘ilmihi, vəl-həmdu lillahi ‘əla əfvihi bə‘də qudrətihi,

vəl-həmdu lillahi ‘əla tuli ənatihi fi ğəzəbihi, və huvəl-qadiru ‘əla ma yuridu.

Əlhəmdu lillahi xaliqil-xəlqi, basitir-rizqi, faliqil-isbahi, zil-cəlali vəl-ikram, vəl-fəzli vəl-in‘ami;

əlləzi bə‘udə fə-la yura, və qərubə fə-şəhidə ən-nəcva, təbarəkə və tə‘ala.

 

Əlhəmdu lillahilləzi ləysə ləhu munazi‘un yu‘adiluhu, və la şəbihun yuşakiluhu, və la zəhirun yu‘aziduhu;

qəhərə bi-‘izzətihil ə‘izzaə, və təvażə‘ə li-‘əzəmətihil ‘uzəmau, fə-bələğə bi-qudrətihi ma yəşau.

 

Əlhəmdu lillahilləzi yucibuni hinə unadihi, və yəsturu ‘ələyyə kullə ‘əvrətin və ənə ə‘sihi, və yu‘əzzimun-ni‘mətə ‘ələyyə fə-la ucazihi;

fə-kəm min məvhibətin həniətin qəd ə‘tani, və ‘əzimətin məxufətin qəd kəfani, və bəhcətin muniqətin qəd ərani; fə-usni ‘ələyhi hamidən, və əzkuruhu musəbbihən.


Əlḥəmdu lillahilləzi la yuhtəku hicabuhu, və la yuğləqu babuhu, və la yurəddu sailuhu, və la yuxəyyəbu amiluhu.
Əlhəmdu lillahilləzi yuʼminul-xaifin, və yunəccis-salihin, və yərfə‘ul mustəz‘əfin, və yəzə‘ul mustəkbirin, və yuhliku mulukən, və yəstəxlifu axərin.

 

Vəl-həmdu lillahi qasimil-cəbbarin, mubiriz-zalimin, mudrikil-haribin, nəkaliz-zalimin,

sərixil-mustəsrixin, məvzi‘i hacatit-talibin, mu‘təmədil-muʼminin.

Əlhəmdu lillahilləzi min xəşyətihi tər‘ədus-səma və sukkanuha, və tərcuful-ərżu və ‘ummaruha, və təmucul-biharu və mən yəsbəhu fi ğəməratiha.

 

Əlhəmdu lillahilləzi hədana li-haza, və ma kunna li-nəhtədiyə ləv la ən hədanəllah.

Əlhəmdu lillahilləzi yəxluqu və ləm yuxləq, və yərzuqu və la yurzəqu, və yut‘imu və la yut‘əmu,

və yumitul-əḥya͂ və yuhyil-məvta, və huvə həyyun la yəmutu, bi-yədihil-xəyr, və huvə ‘əla kulli şəyʼin qədir.

 

Əllahummə ṣəlli ‘əla Muhəmmədin ‘əbdikə və rəsulikə, və əminikə və səfiyyikə, və həbibikə və xiyərətikə min xəlqikə,

və hafizi sirrikə, və mubəlliği risalatikə; əfzələ və əhsənə və əcmələ, və əkmələ və əzka və ənma, və əṭyəbə və əthərə və əsna,

və əksərə ma səlləytə və barəktə və tərəhhəmtə, və təhənnəntə və səlləmtə ‘əla əhədin min ‘ibadikə

və ənbiyaikə və rusulikə və səfvətikə, və əhlil-kəraməti ‘ələykə min xəlqikə.

 

Əllahummə və səlli ‘əla ‘Əliyyin Əmiril-muʼminin, və vəsiyyi rəsuli rəbbil-‘aləmin,

‘əbdikə və vəliyyikə və əxi Rəsulikə, və huccətikə ‘əla xəlqikə, və ayətikəl-kubra vən-nəbəil-‘əzim;

və səlli ‘ələs-siddiqəti ət-tahirəti, Faṭimətə səyyidəti nisail-‘aləmin;

 

və səlli ‘əla sibtəyir-rəhməti və imaməyil-huda, əl-Həsəni vəl-Husəyni, səyyidəy şəbabi əhlil-cənnəti;

və səlli ‘əla əimmətil-muslimin, ‘Əliyy ibnil-Husəyn, və Muhəmməd ibni ‘Əliyy, və Cə‘fər ibni Muhəmməd, və Musa ibni Cə‘fər,

və ‘Əliyy ibni Musa, və Muhəmməd ibni ‘Əliyy, və ‘Əliyy ibni Muhəmməd, vəl-Həsən ibni ‘Əliyy,

vəl-xələfil-hadil-məhdiyy, hucəcikə ‘əla ‘ibadikə, və umənaikə fi biladikə, səlatən kəsirətən daimətən.

Əllahummə və səlli ‘əla vəliyyi əmrikə, əl-qaimil-muəmməl, vəl-‘ədlil-muntəzər;


və huffəhu bi-məlaikətikəl muqərrəbin, və əyyidhu bi-ruhil-qudusi ya rəbbəl-‘aləmin.

Əllahummə ic‘əlhu əd-da‘iyə ila kitabikə, vəl-qaimə bi-dinikə; istəxlifhu fil-ərzi kəma istəxləftə əlləzinə min qəblihi;

məkkin ləhu di͠nəhu əlləzi irtəzəytəhu ləhu, əbdilhu min bə‘di xəvfihi əmnən, yə‘budukə la yuşriku bikə şəyʼən.

Əllahummə ə‘izzəhu və ə‘ziz bihi, vənsurhu vəntəsir bihi, vənsurhu nəsrən ‘əzizən, vəftəh ləhu fəthən yəsirən, vəc‘əl ləhu min lədunkə sultanən nəsirən.

Əllahummə əzhir bihi dinəkə və sunnətə nəbiyyikə, hətta la yəstəxfiyə bi-şəyʼin minəl-həqqi məxafətə əhədin minəl-xəlqi.

Əlla͂hummə inna nərğəbu iləykə fi dəvlətin kərimətin, tu‘izzu bihəl-islamə və əhləhu, və tuzillu bihən-nifaqə və əhləhu;

və təc‘əluna fiha minəd-du‘ati ila ta‘ətikə, vəl-qadəti ila səbilikə; və tərzuquna biha kəramətəd-dunya vəl-axirəti.

 

Əllahummə ma ‘ərrəftəna minəl-həqqi fə-həmmilnahu, və ma qəsurna ‘ənhu fə-bəlliğnahu.

Əllahummə ulmum bihi şə‘səna, vəş‘əb bihi səd‘əna, vərtuq bihi fətqəna, və kəssir bihi qillətəna,

və ə‘ziz bihi zillətəna, və əğni bihi ‘ailəna, vəqżi bihi ‘ən muğrəmina, vəcbur bihi fəqrəna,

 

və suddə bihi xəllətəna, və yəssir bihi ‘usrəna, və bəyyiż bihi vucuhəna, və fukkə bihi əsrəna,

və əncih bihi təlibətəna, və ənciz bihi məvaʻidəna, vəstəcib bihi də‘vətəna, və ə‘tina bihi suʼləna,

və bəlliğna bihi minəd-dunya vəl-axirəti amaləna, və ə‘tina bihi fəvqə rəğbətina.

 

Ya xəyrəl-məsʼulin və əvsə‘əl-mu‘tin, işfi bihi sudurəna, və əzhib bihi ğəyzə qulubina,

vəhdina bihi lima uxtulifə fihi minəl-həqqi bi-iznikə, innəkə təhdi mən təşau ila siratin mustəqim.

Vənsurna bihi ‘əla ‘əduvvikə və ‘əduvvina, ilahəl-həqqi amin.

 

Əllahummə inna nəşku iləykə fəqdə nəbiyyina sələvatukə ‘ələyhi və alihi, və ğəybətə vəliyyina, və kəsrətə ‘əduvvina, və qillətə ‘ədədina,

və şiddətəl-fitəni bina, və təzahurəz-zəmani ‘ələyna. Fə-səlli ‘əla Muhəmmədin və alihi,

və ə‘inna ‘əla zalikə bi-fəthin minkə tu‘əcciluhu, və bi-żurrin təkşifuhu, və nəṣrin tu‘izzuhu, və sultani həqqin tuzhiruhu,

və rəhmətin minkə tucəllilunaha, və ‘afiyətin minkə tulbisunaha, bi-rəhmətikə ya ərhəmər-rahimin.


“İftitah” duasının mənası:


Ey Allahım, həmd-sənaya Səni sitayiş etməklə başlayıram, Sən Öz ehsanınla bəndələrini düz yola hidayət edirsən; mənim yəqinliyim vardır ki, Sən əfv və mərhəmət məqamında rəhimlilərin ən rəhimlisisən, əzab və intiqam məqamında isə şiddətli əzab verənsən, iqtidar və əzəmət məqamında ən əzəmətlisən. Ey Allahım, Səni çağırmağı və Səndən istəməyi mənə icazə vermisən, elə isə, ey eşidən, mənim həmd-sənamı eşit; ey rəhimli, mənim duamı qəbul et; ey bağışlayan, mənim günahlarımdan keç. İlahi, Sən nə qədər qəm və kədəri aradan apardın, sapqınlıqlardan keçdin, rəhməti artırdın və çətinlikləri həll etdin.


Həmd-səna o Allaha məxsusdur ki, həmdəmi və övladı yoxdur, hökmdarlıqda şəriki yoxdur, hamisi yoxdur, Onu çox-çox böyük san! Bütün nemətlərinə görə bütün sitayişlərlə həmd olsun Allaha. Həmd-səna o Allaha məxsusdur ki, hökmdarlıqda müxalifi və işlərində Onunla çəkişən yoxdur. Həmd-səna o Allaha məxsusdur ki, yaratmaqda şəriki və əzəmətdə bənzəri yoxdur. Həmd-səna o Allaha məxsusdur ki, əmri və həmd-sənası məxluqat arasında aşkardır, səxavətinə görə alicənablığı zahirdir və bəxş etməyə əliaçıqdır. Həmd-səna o Allaha məxsusdur ki, (rəhmət) xəzinəsi azalmır, çoxlu bəxş etmək Onun yalnız əliaçıqlığını və səxavətini artırır, həqiqətən O, izzətli və bəxş edəndir.

Ey Allahım, Sənin böyük (kərəmindən) az miqdarda istəyirəm, bir halda ki, mənim ona ehtiyacım böyük və Sənin ehtiyacsızlığın isə əzəlidir; bir halda ki, o miqdar mənim üçün böyük, Sənin üçün isə az və asandır. Ey Allahım, günahlarımı əfv etməyin, xətalarımdan keçməyin, zülmlərimə göz yummağın, pis əməllərimin üstünü örtməyin, bilərəkdən və bilmədən etdiyim saysız səhvlərimə qarşı səbirlə yanaşmağın məni tamaha saldı ki, rəhmətindən mənə ruzi etdiyin, qüdrətindən mənə göstərdiyin və icabətindən mənə tanıtdırdığından layiq olmadığımı Səndən istəyim.

Odur ki, xatircəmliklə Səni çağırıram, qorxmadan və Səninlə üns yaradaraq Səndən istəyirəm, bir halda ki, çəkinmədən öz istəyimi Sənin dərgahına gətirmişəm; elə isə, əgər istəyimi həyata keçirməyi təxirə salsan, nadanlığım üzündən Sənə etiraz edərəm, halbuki, bəlkə də istəyimin təxirə salınması mənim üçün daha yaxşıdır, çünki Sən işlərin sonunu bilirsən. Mənim kimi alçaq bəndəyə səbir edən Sənin kimi kərim ağa görmədim!Ey Rəbbim, Sən məni çağırırsan, lakin mən Səndən üz döndərirəm; Sən mənimlə dostluq edirsən, lakin mən Səninlə düşmənçilik edirəm;

Sən mənə ürək yandırırsan, lakin mən bunu qəbul etmirəm; sanki mənim Sənin boynunda minnətim vardır; lakin mənim bu rəftarım Səni mənə mərhəmət və ehsan etməkdən, səxavət və kərəminlə mənə alicənablıq göstərməkdən çəkindirmir; elə isə, Öz nadan bəndənə rəhm et, böyük ehsanınla ona bəxş et, çünki Sən bəxş edən və kərimsən. Həmd olsun o Allaha ki, varlığın hökmdarlığı, gəmiləri hərəkətə gətirən, küləkləri ram edən, sübhü açan, əvəz gününün hakimi və aləmlərin Rəbbidir. Həmd olsun Allaha, elmindən sonra helminə görə. Həmd olsun Allaha, qüdrətindən sonra (qüdrətli ikən) əfvinə görə.

Həmd olsun Allaha, qəzəbli olarkən səbrinə görə, bir halda ki, O, istədiyinə qadirdir. Həmd olsun Allaha ki, məxluqatı xəlq edəndir, ruzini yayandır, sübhü açandır, cəlalət, ikram, lütf və kərəm sahibidir; (həmd olsun Allaha ki,) uzaq olduğundan görünmür, yaxın olduğundan gizli söhbətləri eşidir, şəni uca və ülvidir. Həmd olsun o Allaha ki, Onun qarşısına çıxan kimsə yoxdur, Ona oxşayan bir bənzəri yoxdur, Onu qüvvətləndirən bir dayağı yoxdur; izzət və qüdrəti ilə qüdrətliləri məğlub etmiş, böyüklər Onun əzəməti qarşısında baş əymiş, istədiyinə qüdrəti yetmişdir.

Həmd olsun o Allaha ki, Onu çağırdığım zaman mənə cavab verir, Ona asi olmağıma baxmayaraq hər bir pis əməlimin üstünü örtür, Ona naşükürlük etməyimə baxmayaraq nemətlərini mənə tamamlayır; mənə nə qədər faydalı nemətlər əta etmiş, nə qədər qorxulu böyük hadisələri məndən uzaq etmiş və nə qədər gözəl sevinci mənə göstərmişdir; elə isə, sitayiş edərək Ona həmd-səna deyirəm və təsbih deyərək Onu yad edirəm.

Həmd olsun o Allaha ki, hicabı (pərdə-örtüyü) yırtılmaz, rəhmət qapısı bağlanmaz, Ondan dilək diləyəni (əliboş) geri qaytarmaz, Onu arzulayanı naümid etməz. Həmd olsun o Allaha ki, qorxanlara arxayınlıq bəxş edər, salehlərə nicat verər, müstəzəfləri yüksəldər, təkəbbürlüləri xar edər, padşahları həlak edər və başqalarını onların yerinə gətirər. Həmd olsun o Allaha ki, zorakıları məhv edən, zalımları həlak edən, fərarilərin köməyinə çatan, zülmkarlara əzab verən, köməyə çağıranların harayına yetən, ehtiyaclıların ehtiyac məkanı, möminlərin dayağıdır. Həmd olsun o Allaha ki, Onun heybətindən göy, yer və onun sakinləri lərzəyə düşür, dəryalar və onlarda üzənlər hərəkətə gəlir.

Həmd olsun o Allaha ki, bizi bunlara hidayət etdi və əgər O, hidayət etməsəydi, biz hidayət olunmazdıq. Həmd olsun o Allaha ki, yaradır və Özü yaranmamışdır, ruzi verir və Ona ruzi verilmir, təam verir və Ona təam verilmir, diriləri öldürür və ölüləri dirildir, O diridir və əsla ölmür, xeyir Onun əlindədir, O hər şeyə qadirdir.


Ey Allahım, Öz bəndən, elçin, əmanətdarın, seçdiyin, həbibin, məxluqat arasından seçdiyin, sirrini qoruyan və ismarıclarını çatdıran Məhəmmədə salam göndər: bəndələrindən, peyğəmbərlərindən, elçilərindən, seçilmişlərindən və məxluqatının arasında kəramət əhlindən hər birinə göndərdiyin ən üstün, ən yaxşı, ən gözəl, ən kamil, ən pakizə, daim artan, ən çox ürəyəyatan, ən pak, ən parlaq və ən çox salamı, bərəkəti, rəhməti, mərhəməti və salavatı. Ey Allahım, möminlərin əmiri  və aləmlərin Rəbbinin elçisinin canişini Əliyə salam göndər:

Öz bəndənə və dostuna, Sənin elçinin qardaşına, bəndələrinə olan hüccətinə, böyük nişanə və xəbərə; (Ey Allahım,) salam göndər doğru danışan, pakizə, aləmlərin qadınlarının sərvəri Fatiməyə; salam göndər rəhmət Peyğəmbərinin iki nəvəsi və iki hidayət imamı, cənnət cavanlarının sərvərləri Həsən və Hüseynə; çoxlu və daimi salam göndər müsəlmanların imamları Əli ibn Hüseynə, Məhəmməd ibn Əliyə, Cəfər ibn Məhəmmədə, Musa ibn Cəfərə, Əli ibn Musaya, Məhəmməd ibn Əliyə, Əli ibn Məhəmmədə, Həsən ibn Əliyə, hidayət edən və hidayət olunmuş canişinə (İmam Zamana (ə.f)): bəndələrinə olan hüccətlərə və yer üzündəki əmanətdarlarına.


Ey Allahım, salam göndər əmrlərinin öhdədarına, arzu olunan qiyam edənə, intizarı çəkilən ədalətliyə; onu Öz müqərrəb mələklərinlə bürü və Ruhul-qudus ilə qüvvətləndir, ey aləmlərin Rəbbi. Ey Allahım, onu Öz kitabına dəvət edən və dininin əmri ilə qiyam edən qərar ver; onu yer üzündə Öz xəlifən qərar ver, necə ki, ondan əvvəlkiləri Öz xəlifən qərar vermisən; onun üçün bəyəndiyin dini yenilməz et, onun qorxusunu arxayınlığa çevir, çünki o Sənə ibadət etmiş və Sənə şərik qoşmamışdır.

Ey Allahım, ona izzət bəxş et və başqalarına da onun vasitəsilə izzət bəxş et, ona kömək et və başqalarına da onun vasitəsilə kömək et, ona kamil köməyini et və ona asan qələbə nəsib et, Öz tərəfindən onun üçün qalib bir hakimiyyət qərar ver. Ey Allahım, Öz dinini və Peyğəmbərinin sünnəsini onun vasitəsilə zahir et, ta məxluqatın qorxusundan heç bir haqq məxfi qalmasın. Ey Allahım, biz kərim bir dövləti arzulayırıq ki, onun vasitəsilə İslama və onun əhlinə izzət bəxş edəsən, nifaqı və onun əhlini xar edəsən; bizi həmin hökumətdə Sənə itaətə səsləyənlərdən və yolunun öncüllərindən qərar verəsən; onun vasitəsilə dünya və axirətdə bizə kəramət ruzi edəsən.

Ey Allahım, bizə tanıtdırdığın haqqa bizi vadar et, səhlənkarlıq etdiklərimizə bizi nail et; ey Allahım, onun vasitəsilə bizim pərakəndəliyimizi islah et, ixtilaflarımızı azalt, aramızdakı təfriqələri aradan qaldır, az sayımızı çoxalt, bizi xarlıqdan izzətə və yoxsulluqdan zənginliyə çatdır, bizim borcumuzu ödə, fəqirliyimizin əvəzini çıx, aramızdakı ixtilafları azalt, çətinliklərimizi asanlığa çevir, bizi üzüağ et, giriftarlığımızı həll et, ehtiyacımızı aradan qaldır, vədələrimizi həyata keçir, dualarımızı müstəcab et, istəklərimizi həyata keçir, bizi dünya və axirət istəklərimizə çatdır, istədiyimizdən artığını bizə əta et.

Ey dilək dilənilən kəslərin ən yaxşısı və əta edənlərin ən imkanlısı, onun vasitəsilə bizim qəlblərimizə şəfa ver, qəlblərimizin düyünlərini aç, bizi haqqa tərəf – belə ki, onun xüsusunda Sənin izninlə ixtilaf yaranmışdır – hidayət et, çünki Sən istədiyini düz yola hidayət edirsən. Onun köməkliyi ilə bizi Sənin və özümüzün düşmənlərinə qalib et, ey haqq olan Məbud, duamı qəbul et.

Ey Allahım, biz Peyğəmbərimizin – Sənin salamın olsun ona və xanidanına – yoxluğuna, İmamımızın qeybə çəkilməsinə, düşmənlərimizin çoxluğuna və sayımızın azlığına, çətin sınaqlar və dövranın bizə qarşı olmasına görə Sənə şikayət edirik. Elə isə, Məhəmmədə və onun xanidanına salam göndər və bu işlərdə Öz tərəfindən yaxın qələbə, çətinlikləri aradan qaldırmağın, izzət bəxş etməklə köməkliyin, aşkar və haqq olan hökmdarlığın, Öz tərəfindən olan geniş rəhmət və salamatlığın ilə bizə kömək et, Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.


11- Ramazan ayının hər gecəsi bu duanı oxuyun:

 

اَللَّهُمَّ بِرَحْمَتِکَ فِى الصَّالِحِینَ فَاَدْخِلْنَا، وَ فِى عِلِّیِّینَ فَارْفَعْنَا، وِ بَکَأْسٍ مِنْ مَعِینٍ مِنْ عَیْنٍ سَلْسَبِیلٍ فَاسْقِنَا، وَ مِنَ الْحُورِ الْعِینِ بِرَحْمَتِکَ فَزَوِّجْنَا، وَ مِنَ الْوِلْدَانِ الْمُخَلَّدِینَ کَأَنَّهُمْ لُؤْلُؤٌ مَکْنُونٌ فَاَخْدِمْنَا، وَ مِنْ ثِمَارِ الْجَنَّةِ وَ لُحُومِ الطَّیْرِ فَاَطْعِمْنَا، وَ مِنْ ثِیَابِ السُّنْدُسِ وَ الْحَرِیرِ وَ الْإِسْتَبْرَقِ فَاَلْبِسْنَا، وَ لَیْلَةَ الْقَدْرِ وَ حَجَّ بَیْتِکَ الْحرَامِ وَ قَتْلًا فِى سَبِیلِکَ فَوَفِّقْ لَنَا، وَ صَالِحَ الدُّعَآءِ وَ الْمَسْئَلَةِ فَاسْتَجِبْ لَنَا، وَ إِذَا جَمَعْتَ الْأَوَّلِینَ وَ الْاٰخِرِینَ یَوْمَ الْقِیَامَةِ فَارْحَمْنَا، وَ بَرَآئَةً مِنَ النَّارِ فَاکْتُبْ لَنَا، وَ فِى جَهَنَّمَ فَلَا تَغُلَّنَا، وَ فِى عَذَابِکَ وَ هَوَانِکَ فَلَا تَبْتَلِنَا، وَ مِنَ الزَّقُّومِ وَ الضَّرِیـعِ فَلَا تُطْعِمْنَا، وَ مَعَ الشَّیَاطِینِ فَلَا تَجْعَلْنَا، وَ فِى النَّارِ عَلَىٰ وُجُوهِنَا فَلَا تَکْبُبْنَا، وَ مِنْ ثِیَابِ النَّارِ وَ سَرَابِیلِ الْقَطِرَانِ فَلَا تُلْبِسْنَا، وَ مِنْ کُلِّ سُوءٍ یَا لَا اِلٰهَ اِلَّا اَنْتَ بِحَقِّ لَا اِلٰهَ اِلَّا اَنْتَ فَنَجِّنَا.

 

Duanın oxunuşu:


Əllahummə bi-rəhmətikə fis-salihinə fə-ədxilna, və fi ‘illiyyinə fərfə‘na,

və bi-kəʼsin min mə‘inin min ‘əynin səlsəbilin fəsqina, və minəl-huril-‘in bi-rəhmətikə fə-zəvvicna,

və minəl-vildanil-muxəllədin kə-ənnəhum luʼluun məknunun fə-əxdimna, və min simaril-cənnəti və luhumit-təyri fə-ət‘imna,

və min siyabis-sundusi vəl-həriri vəl-istəbrəqi fə-əlbisna, və ləylətəl-qədri və həccə bəytikəl-hərami və qətlən fi səbilikə fə-vəffiq ləna,

və salihəd-du‘ai vəl-məsʼələti fəstəcib ləna, və iza cəmə‘təl-əvvəlinə vəl-axirinə yəvməl-qiyaməti fərhəmna,

və bəraətən minən-nari fəktub ləna, və fi cəhənnəmə fə-la təğulləna, və fi ‘əzabikə və həvanikə fə-la təbtəlina,

və minəz-zəqqumi vəz-zəri‘i fə-la tut‘imna, və mə‘əş-şəyatini fə-la təc‘əlna,

və fin-nari ‘əla vucuhina fə-la təkbubna, və min siyabin-nari və sərabilil-qətirani fə-la tulbisna,

və min kulli suin ya la ilahə illa əntə bi-həqqi la ilahə illa əntə fə-nəccina.

“Ey Allahım, Öz rəhmətinə xatir bizi salehlərin zümrəsinə daxil et, cənnət dərəcələrində yüksəlt və suyu ləziz çeşmədən cam ilə sirab et; Öz rəhmətinə xatir hurul-eyni bizə zövcə et, sədəf içində gövhərə bənzər əbədi yeniyetmələri bizim xidmətimizdə et, Cənnət meyvələrindən və quşların ətindən bizə təam ver, bizə qızıl saplarla toxunmuş, ipək və diba parçadan olan geyimlər geyindir; bizi Qədr gecəsini yaşamağa, Öz evinin həccinə və Sənin yolunda şəhid olmağa müvəffəq et; bizim layiqli dua və istəklərimizi qəbul et, Qiyamət günü keçmiş və gələcək nəsilləri bir yerə cəm etdiyin zaman bizə rəhm et, cəhənnəm odundan qurtulmağı bizim taleyimizə yaz, bizi Cəhənnəmdə giriftar etmə, bizi əzab və rüsvayçılığa düçar etmə, acı və pis qoxulu “zəqqum” və “zəri” bitkilərindən bizə yedirtmə, bizi şeytanlarla birlikdə qərar vermə, bizi üzüstə oda atma, odlu geyimləri və qaynar qırdan olan paltarları bizə geyindirmə; ey o kəs ki, Səndən qeyri ilah yoxdur, “Səndən qeyri ilah yoxdur” kəlməsinə xatir bizə hər pisdən nicat ver.”


12- İmam Sadiq (ə) buyurmuşdur ki, ramazan ayının hər gecəsi bu duanı oxuyun:


اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ اَنْ تَجْعَلَ فِیـمَا تَقْضِى وَ تُقَدِّرُ مِنَ الْاَمْرِ الْمَحْتُومِ فِى الْاَمْرِ الْحَکِیمِ، مِنَ الْقَضَآءِ الَّذِى لَا یُرَدُّ وَ لَا یُبَدَّلُ، اَنْ تَکْتُبَنِى مِنْ حُجَّاجِ بَیْتِکَ الْحَرَامِ، اَلْمَبْرُورِ حَجُّهُمْ، اَلْمَشْکُورِ سَعْیُهُمْ، اَلْمَغْفُورِ ذُنُوبُهُمْ، اَلْمُکَفَّرِ عَنْ سَیِّئَاتِهِمْ. وَ اَنْ تَجْعَلَ فِیـمَا تَقْضِى وَ تُقَدِّرُ، اَنْ تُطِیلَ عُمْرِى فِى خَیْرٍ وَ عَافِیَةٍ، وَ تُوَسِّعَ فِى رِزْقِى. وَ تَجْعَلَنِى مِمَّنْ تَنْتَصِرُ بِهِ لِدِینِکَ، وَ لَا تَسْتَبْدِلْ بِى غَیْرِى.

Duanın oxunuşu:


Əllahummə inni əsʼəlukə ən təc‘ələ fima təqzi və tuqəddiru minəl-əmril-məhtum fil-əmril-həkim, minəl-qəzailləzi la yurəddu və la yubəddəlu,

ən təktubəni min huccaci bəytikəl-həra͂m; əl-məbruri həccuhum, əl-məşkuri sə‘yuhum, əl-məğfuri zunubuhum, əl-mukəffəri ‘ən səyyiatihim.

Və ən təc‘ələ fima təqzi və tuqəddiru, ən tutilə ‘umri fi xəyrin və ‘afiyətin,

 

və tuvəssi‘ə fi rizqi. Və təc‘ələni mimmən təntəsiru bihi li-dinikə, və la təstəbdil bi ğəyri.
Ə‘uzu bi-cəlali vəchikəl-kərim, ən yənqəziyə ‘ənni şəhru rəməzan, əv yətlu‘əl-fəcru min ləyləti hazihi, və ləkə qibəli təbi‘ətun əv zənbun tu‘əzzibuni ‘ələyhi.

“Ey Allahım, Səndən istəyirəm ki, hikmətli əmrinlə hökm verdiyin və müqəddər etdiyində (qəzavü-qədərdə) – o hökm ki, geri götürülmür və dəyişilmir – məni Öz evinin hacılarından qərar verəsən: o hacılar ki, həccləri qəbul olunmuş, səyləri qiymətləndirilmiş, günahları bağışlanmış və pis əməllərinin üstü örtülmüşdür. (Səndən istəyirəm ki,) hökm verdiyin və müqəddər etdiyində (qəzavü-qədərdə) mənə xeyir, salamatlıq və bol ruzi ilə yanaşı uzun ömür verəsən. (Səndən istəyirəm) məni o kəslərdən qərar verəsən ki, Öz dininə onun vasitəsilə kömək etmisən və məni başqası ilə əvəz etməyəsən.”

13- Mərhum Mühəddis Qummi nəql edir ki, “Ənisul-salihin” kitabında belə qeyd olunub:


Ramazan ayının hər gecəsi bu duanı oxu:

اَعُوذُ بِجَلَالِ وَجْهِکَ الْکَرِیمِ، اَنْ یَنْقَضِىَ عَنِّى شَهْرُ رَمَضَانَ، اَوْ یَطْلُعَ الْفَجْرُ مِنْ لَیْلَتِى هٰـذِهِ، وَ لَکَ قِبَلِى تَبِعَةٌ اَوْ ذَنْـبٌ تُعَذِّبُنِى عَلَیْهِ


Duanın oxunuşu:


Ə‘uzu bi-cəlali vəchikəl-kərim, ən yənqəżiyə ‘ənni şəhru rəməzan, əv yətlu‘əl-fəcru min ləyləti hazihi, və ləkə qibəli təbi‘ətun əv zənbun tu‘əzzibuni ‘ələyhi.


“Kərim zatının cəlalətinə pənah aparıram ki, məbada ramazan ayı ötüb keçsin və ya bu gecəm sübh olsun, bir halda ki, mənim tərəfimdən sorğu-suala səbəb olan bir əməl və ya bir günah baş versin, buna görə də Sən mənə əzab verəsən.”


14- Ramazan ayının hər gecəsi iki rəkət namaz qılmaq müstəhəbdir:


Hər rəkətdə “Həmd” surəsi və üç dəfə “Tövhid” surəsini oxu. Salamdan sonra de:

 

سُبْحَانَ مَنْ هُوَ حَفِیظٌ لَا یَغْفُلُ، سُبحَانَ مَنْ هُوَ رَحِیمٌ لَا یَعْجَلُ، سُبْحَانَ مَنْ هُوَ قَآئِمٌ لَا یَسْهُو، سُبْحَانَ مَنْ هُوَ دَائِمٌ لَا یَلْهُو.

 

Duanın oxunuşu:

 

Subhanə mən huvə həfizun la yəğfulu, subhanə mən huvə rəhimun la yə‘cəlu, subhanə mən huvə qaimun la yəshu, subhanə mən huvə daimun la yəlhu.


“Təsbih deyirəm o Allaha ki, (bəndələrin halından) qafil olmayan mühafizəçidir. Təsbih deyirəm o Allaha ki, (bəndələrə əzab verməkdə) tələsməyən rəhimlidir. Təsbih deyirəm o Allaha ki, səhv etməyən əbədidir. Təsbih deyirəm o Allaha ki, bihudə vaxt keçirməyən daimidir.”


Sonra “təsbihati-ərbə`ə”ni yeddi dəfə de. Daha sonra de:


سُبْحَانَکَ سُبْحَانَکَ سُبْحَانَکَ، یَا عَظِیمُ اِغْفِرْ لِىَ الذَّنْبَ الْعَظِیمَ.

Duanın oxunuşu:


Subhanənə subhanəkə subhanəkə, ya ‘əzimu iğfir liyəz-zənbəl-‘əzim.


“Təsbih deyirəm Sənə, təsbih deyirəm Sənə, təsbih deyirəm Sənə! Ey əzəmətli, mənim böyük günahımı bağışla.”

 

Sonda Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) on dəfə salavat de.


Hər kim bu iki rəkət namazı qılsa,  Mütəal Allah onun çoxlu günahlarını bağışlayar.

 

15- Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, hər kim ramazan ayının hər gecəsində müstəhəb namazda “Fəth” surəsini oxusa, həmin il bəlalardan qorunar.


16- Ramazan ayının gecələri ərzində min rəkət namaz qılın. Bu namazın qılınma qaydası barədə müxtəlif hədislər vardır, lakin Əli ibn Mehranın İmam Cavaddan (ə) nəql etdiyi və böyük alimlərin əksəriyyətinin qəbul etdikləri hədisdə belə buyurulur:


Ramazan ayının birinci və ikinci ongünlüyündə hər gecə iyirmi rəkət (iki rəkət-iki rəkət) namaz qılın: onun səkkiz rəkətini məğrib namazından sonra və on iki rəkətini işa namazından sonra qılın. Ramazan ayının üçüncü ongünlüyündə hər gecə otuz rəkət namaz qılın: onun səkkiz rəkətini məğrib namazından sonra və iyirmi iki rəkətini işa namazından sonra qılın. Bunlar birlikdə yeddi yüz rəkət edir. Üç yüz rəkəti isə Qədr gecələrində qılın, yəni on doqquzuncu gecədə yüz rəkət namaz qılın (öncədən məğrib və işa namazlarından sonra iyirmi rəkəti də qılmalıdır), iyirmi birinci gecədə yüz rəkət namaz qılın (qeyd olunun otuz rəkət də öncədən qılınmalıdır), iyirmi üçüncü gecədə yüz rəkət namaz qılın (qeyd olunan otuz rəkət də öncədən qılınmalıdır). Beləliklə, min rəkət namaz tamamlanır.
Möminlərə tövsiyə olunur ki, imkan daxilində bu namazı unutmasınlar.

 


Nəşr tarixi: « 2019/5/18 »
Ayətullah Məkarim Şirazinin təbrik mesajı

Mərcəyi-təqlidin dəftərxanası yayımladı:

Ayətullah Məkarim Şirazinin təbrik mesajı

Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

Mərcəyi-təqlidin dəftərxanası yayımladı:

Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

Ayətullah əl-uzma Məkarim Şirazinin İraqın Mosul şəhərinin azad olunması haqqında bəyanatı

Böyük mərcə təqlidinin baş ofisi tərəfindən yayımlandı:

Ayətullah əl-uzma Məkarim Şirazinin İraqın Mosul şəhərinin azad olunması haqqında bəyanatı

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 5937