Dilin əhəmiyyəti, quran ayələri və hədislərdə onun islahı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Dilin əhəmiyyəti, quran ayələri və hədislərdə onun islahı

Quran ayələri və hədislərdə dilin islahının nə kimi əhəmiyyəti var?


Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır, belə ki, onun islahı bütün əxlaqi islahatların qaynağı, sapması və yanlışlıqları isə müxtəlif əyriliklərin başlıca amilidir. Əxlaq ustadları əxlaqi fəzilət və səciyyələrin möhkəmləndirilməsində, eləcə də ruhun təkamülündə dilin islahını mühüm addım sayırlar.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir kəsin qəlbi düz istiqamət almadıqca, imanı da düz yol almaz. Dil düz istiqamət almayınca da, qəlbi düz yol almaz”.


Dil elmin, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır; onun islahı bütün əxlaqi islahatların qaynağı, sapması isə müxtəlif əyriliklərin səbəbidir. Əxlaqi bəhslərdə dil və danışığın düzəlişi çox əhəmiyyətlidir, ona görə ki, qəlbin tərcüməçisi, ağlın nümayəndəsi, insan şəxsiyyətinin açarı və ruhun birbaşa qapısıdır.
Başqa ifadə ilə desək, insan ruhunun səhifəsinə yazılanlar hər şeydən öncə dil səhifəsində və onun danışıqlarının arasından təzahür edir. Maraqlıdır ki, keçmiş təbiblər insanın sağlamlığını, mizac dəyişikliyini də dilinə baxmaqla müayinə edirdilər. O vaxtlar qan və bədən mayelərinin analizi, yaxud rentgeni mövcud deyildi. Dil daxili orqanların sağlamlıq və ya xəstəliyini göstərən ayna timsalında idi. Savadlı həkimlər dilə bir baxışla xəstəlik və sağlamlıqla bağlı insanların bir sıra vəziyyətlərini kəşf edirdilər.


Əxlaqi və nəzəri məsələlərdə də bu keçərlidir. Dil müxtəlif növ daxili əxlaqi çatışmazlıqları kəşf edən ayna ola bilər. Necə ki, dilin xətası, fasidliyi insan ruhunda böyük inikas yarada bilər. Bu cəhətdən əxlaq alimləri həmişə dilin islahına böyük əhəmiyyət vermiş və verməkdədirlər. Dilin düzəlişini əxlaqi fəzilətləri möhkəmləndirməkdə, ruhun təkamülündə uğurlu addım sayıblar.
Əmirəl-möminin Əlinin (ə) qısa kəlamları arasında yer alan bir məşhur hədisdə bu həqiqət əks olunur. Belə ki, buyurur:


“تَکَلَّمُوا تُعْرَفُوا فَاِنَّ الْمَرْءَ مَخْبُوءٌ تَحْتَ لِسانِهِ” (1)

“Danışın ki, tanınasınız. Çünki, insanın şəxsiyyəti dilinin altında gizlidir”.


Allahın Rəsulundan (ə) nəql edilən hədisdə də deyilir:


“لا یَسْتَقیمُ اِیمانُ عِبْد حَتّى یَسْتَقیمَ قَلْبُهُ، وَ لا یَسْتَقیمَ قَلْبُهُ حَتّى یَسْتَقیمَ لِسانُهُ” (2)

“Bir kəsin qəlbi düz istiqamət almadıqca, imanı da düz yol almaz. Dil düz istiqamət almayınca da, qəlbi düz yol almaz”.


Qurani-kərim “Bələd” və “Rəhman” surəsinin iki ayəsində sözün haqqını vermişdir:
“Bələd” surəsinin 8-dən 10-a kimi ayələrində buyurulur:


“اَلَـمْ نَجـْعَلْ لـَهُ عَیْـنَیْنِ * وَ لِساناً و شَـفَتَیْنِ * وَ هَدَیْناهُ النَّجْدَیْنِ”

“Görəsən, onun (insan) üçün iki göz qərar vermədikmi – və bir dil, iki dodaq? – və onu xeyir və şərinə yönəltdik!”.


Bu ayələr Allahın ən böyük nemətlərini bəyan edir; göz, dil və dodaq neməti, hidayət neməti, xeyir və şər bilgisi.
Doğrudan da, dil insan bədəninin ən heyrətamiz üzvüdür. Hansı ki, digər bədən üzvlərinin boynunda olmayan ağır bir öhdəliyi var. Bundan əlavə qidanı udmaqda yardımçı təsiri var, çeynəməkdə mühüm rol oynayır; mütəmadi olaraq qidanı diş çəkiclərinin altına itələyir. Bu işi elə məharətlə görür ki, özünü dişin zərbələrindən saxlayır. Halbuki həmişə onların kənarında, onlara bitişikdir!
Nadir hallarda qidanı çeynəyərkən dilimizi də dişləyirik, o da çox zərif və əzilən olduğu üçün inciyir. Buradan anlayırıq ki, özünü dişlərdən qorumaq üçün dilin fövqəladə məharəti olmasaydı, hər gün başımıza nələr gələrdi!
Əlavə olaraq, qidanın yedikdən sonra ağız boşluğu və dişləri yaxşıca silib süpürür.


Hər şeydən önəmlisi isə danışmaqdır, hansı ki dilin altı istiqamətdə sürətli, dəqiq və ardıcıl hərəkəti və oynaması ilə başa gəlir.
Daha da maraqlısı, Allahın asan işlədilən və hamının ixtiyarında olan bu dili insanın danışması üçün vəsilə qərar verməsidir; nə yorulur, nə sıxıntı yaradır, nə də bir xərci var.
Hamısından qəribəsi Allahın böyük lütlü olaraq insanın ruhunda əmanət qoyulan danışmaq istedadıdır. İnsan sonsuz şəkildə sonsuz cümlələr qalibində tam fərqli fikirlərini ifadə edə bilər. Bundan əlavə, dil və lüğət yaratmaqda ona elə potensial vermişdir ki, nəticədə minlərlə dillər yaranmışdır. Zaman keçdikcə də, sayları artmaqdadır.


Bununla belə, yuxarıdakı ayələrdə Allah-taalanın dili ən böyük nemətlərdən biri sayması qəribədirmi? (Əlbəttə ki, xeyr!)
Diqqətəlayiq məsələlərdən biri budur ki, sözügedən ayələrdə dodaqlar dilin kənarında qeyd edilib, çünki bir çox əlifba hərfləri dodaqların yardımı ilə tələffüz olunur və səslərin, kəlmələrin yaranmasında, hərflərin bir-birinin kənarında düzülməsində təsiredici amildir. Digər tərəfdən dilin kontrolu və ram edilməsində, effektiv vasitədir. Necə ki, Peyğəmbərdən (s) nəql edilən hədisdə buyurulur: “Allah-taala insana deyir:


“یَا ابْنَ آدَمَ اِنْ نازَعَـکَ لِسانُکَ فى ما حَـرَّمْتُ عَلَـیْکَ فَقَدْ اَعَنْـتُکَ بِطَبَقَـتَیْنِ فَاَطْبِقْ” (3)

“Ey Adəmin oğlu! Əgər dilin səni harama salmaq istəsə, iki dodağı onun qarşısını almaq üçün ixtiyarında qoydum, belə halda dodağını bağla!”.


“Rəhman” surəsinin əvvəlində (1-4-cü ayələr) də dilin səmərəsi olan bəyan neməti haqda çox mühüm ifadə gəlib. Rəhməti dost və düşməni də əhatə edən Allahın “Rəhman” adı zikir olunduqdan sonra ən önəmli ilahi nemətə, yəni Qurana, sonra insanın yaranışına işarə edir. Ardınca bəyan nemətini əzəmətli bir hədiyyə kimi təqdim edir və buyurur:


 “اَلرَّحْمنُ * عَلَّمَ الْقُرآنَ * خَلَقَ الاْنسانَ * عَلَّـمَهُ الْبَیانَ”

“Rəhman Allah. Quranı təlim etdi, insanı yaratdı, (və) ona bəyanı öyrətdi”.


Bu tərtiblə, bəyan nemətini insan yaradılışından sonra ən əhəmiyyətli nemət olaraq vurğulayır.
Əgər bəşər həyatının təkamül və inkişafında, sivilizasiyaların yaranması və yayılmasındakı bəyanın rolunu nəzərə alsaq, sözsüz ki, bu böyük ilahi nemət mövcud olmadığı təqdirdə insanın öz elm və təcrübələrini nəsildən-nəsilə ötürməsi asan olmazdı və elm, bilik, sivilizasiya, din və əxlaqın tərəqqisində mühüm addım ata bilməzdi.
Bu böyük nemət bir gün belə insanlardan alınsa, şübhəsiz elə həmin gün insan cəmiyyəti geriləyərdi. Bəyanın bir istifadəsi bir də nəticəsi var, hansı ki danışmağa adət etdiyimiz üçün hər ikisini sadə hesab edirik. Əslində isə çox incə və mürəkkəb işdir, olduqca mühüm və misilsiz bir hünərdir.


Çünki, bir tərəfdən səs yaradan səs telləri bir-birilə həmkarlıq edir, ciyərlərdəki sıxılmış havalar, səs tellərində səs-səda yaradır və bu səslər dil, dodaqlar, dişlər, ağız boşluğu, boğaz vasitəsilə sürətlə, xüsusi incəliklər əlifba hərflərini yaradır. Qırtlaqdan çıxan uzun səslər yuxarıdakı alətlər vasitəsilə müxtəlif şəkil və həcmlərə bölünərək hərf və kəlmələr təşkil edir.
Sözün əsas fundamenti olan və müxtəlif maddi-mənəvi ehtiyaclar əsasında tərtib edilən lüğətin öz qəribə dastanı var. Belə ki, əgər dillərin sayını (bəzi alimlərin dediyinə görə hal-hazırda dünyada 3000 dil var) nəzərə alsaq, mövzunun mürəkkəbliyi, əhəmiyyəti aydın olur. Xüsusilə, bu da bəşər dillərinin bitdiyi anlamına gəlmir, zaman keçdikcə tədricən yeni lüğətlərin, dillərin yaranacağı müstəsna deyil.


Hər halda, bəyan neməti ən önəmli və heyrətamiz ilahi hədiyyələrdən biridir, hansı ki insanların asayişi, rifahı, inkişafı və təkamülü onla sıx əlaqəlidir.
Sözügedən məsələ İslam hədislərində də geniş əks olunur. O cümlədən, Əmirəl-möminin Əli (ə) buyurur:


“مَا الاْنْسانُ لَوْ لا الِلّسانُ اِلاّ صُـورَهٌ مُمَثـَّلَهٌ، اَوْ بَهیمَهٌ مُهْمَلَهٌ” (4)

“Əgər dil olmasaydı, insan olmazdı! Səhrada buraxılmış bir heykəldən, yaxud heyvandan başqa bir şey deyildi”.


İmam Əli (ə) bu məna dolu kəlamında dilin əhəmiyyətini tam çatdırır və buyurur ki, insanı heyvanlardan ayıran həmin “dil” (nitq, bəyan) nemətidir.
Allahın Rəsulundan (s) nəql edilən digər hədisdə buyurulur:


“اَلْجَمالُ فِى اللِّسانِ” (5)

“İnsanın bütün gözəlliyi dilindədir”.


Eyni məna fərqli ibarə ilə Əmirəl-möminin Əlinin (ə) dilindən nəql olunur:


“اَلْجَمالُ فِى اللِّسانِ وَ الْکَمالُ فِى الْعَقْلِ” (6)

“İnsanın gözəlliyi dilində, kamalı isə ağlındadır”.


Hədisləri Əmirəl-möminin Əlinin (ə) başqa bir kəlamı ilə sonlandırırıq, baxmayaraq ki, bu xüsusda hədislər olduqca çoxdur. İmam (ə) buyurur:


“اِنَّ فِى الاَنْسانِ عَشَرَ خِصال یُظْهِرُها لِسانُهُ: شاهِدٌ یُخْبِرُ عَنِ الضَّمیرِ، وَحاکِمٌ یَفْصِلْ بَیْنَ الْخِطابِ، وَ ناطِقٌ یَرُدُّ بِهِ الْجَوابَ، وَ شافِعٌ یُدْرِکُ بِهِ الْحـاجَهَ، وَ واصِفٌ یَعْرِفُ بِهِ الاَشْـیاءَ، وَ اَمیرٌ یاْمُرُ بِالْـحَسَنِ، وَ واعِظٌ یَنْهى عَنِ الـْقَبیحِ، وَ مُعَزٍّ تَـسْکُنُ بهِ الاْحْزانُ، و حاضِرٌ (حامِدٌ) تُجْلى بِهِ الضَّـغاینُ وَ مُونِقٌ تَلَذُّ بِهِ الاْسْماعُ” (7)

“İnsanın dili ilə izhar edəcəyi on xüsusiyyət var: daxildən xəbər verən şahiddir, haqqı batildən ayıran hakimdir, sualları cavablandıran natiqdir. Ehtiyaclara çatmağa səbəb olan şəfaətçidir, əşyaları tanıtdıran vəsfedicidir, yaxşılığa dəvət edən hakimdir, pislikdən çəkindirən vaizdir, ona üz verən kədərə təsəlli verəndir, qəlblərdən kin pasını təmizləyən tərif edəndir və qulaqlara ləzzət bəxş edən sənətçidir”.


Bəhsi sona çatdırmaq üçün “Məhəccətul-bəyza” kitabından bir cümləyə işarə edirik; “Afatul-lisan” kitabında belə qeyd edilir:
Dil Allahın böyük nemətlərindən, sənət əsərinin şedevrlərindən biridir. Çəkisi az, itaəti və cəzası böyükdür. Çünki, küfür və iman dilin şahidliyi ilə müəyyən olunur. Və bu ikisi itaət və üsyanın son həddidir. Elə bir varlıq və yoxluq, xaliq və məxluq, xəyali və həqiqi işlər, güman və mövhumat yoxdur ki, dil onun barəsində söz deməsin, isbatı və inkarı barədə nəzər bildirməsin.


Bu xüsusiyyət dildən başqa üzvdə yoxdur. Ona görə ki, göz rəng və surətlərdən başqasını görmür, qulaq səslərdən başqa heç nə eşitmir, əlin işi cisimlərlədir, digər bədən üzvləri də eləcə. Dilin imkanı isə genişdir, heç bir sərhəd tanımır. Arenası yaxşılıq və pislikləri özündə sığışdıracaq qədər böyükdür. Hər kim dilinə nəzarət etməyib onu boş buraxsa, şeytan onu istədiyi meydana salacaq və atəşin ağzına kimi sürüyəcək (8), (9).
 
İstifadə edilmiş ədəbiyyat:
1-“Nəhcül-bəlağə”, Şərifur-Rəzi, Məhəmməd ibn Hüseyn, (tədqiqatçı və korrektor: Sübhi Saleh, “Hicrət” nəşriyyatı, Qum, 1414 h.q.), səh. 545, Hikmətlər: (398) 392.
2-“Biharul-ənvar”, Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd Təqi, (tədqiqatçı və korrektor: bir qrup araşdırmaçı, “Daru əhyait-tərasil-ərəbi”, Beyrut, 1403 h.q. ikinci nəşr), c. 68, səh. 287 fəsil 78 (əs-Sukut vəl-kəlam və ...); “əl-Məhəccətul-bəyza fi təhzibil-əhya”, Molla Muhsin Feyz Kaşani, (tədqiqatçı və korrektor: Qəffari, Əli Əkbər, “Camieyi-mudərrisin” İslam nəşriyyatı müəssisəsi, Qum, dördüncü nəşr, 1417 h.q.), c. 5, səh. 193. (“بيان عظم خطر اللسان و فضيلة الصمت”.)
3-“Məcməul-bəyan fi təfsiril-Quran”, Təbərsi, Fəzl ibn Həsən, (“Nasir Xosrov” nəşriyyatı, Tehran, üçüncü nəşr, 1993), c. 10, səh. 748, “əl-məna...”; “Nurus-səqəleyn” təfsiri, Ərusi Huveyzi Əbd Əli ibn Cumə, “İsmailiyan” nəşriyyatı, Qum, dördüncü nəşr, 1415 h.q.), c. 5, səh. 581 (“Bələd” surəsinin təfsiri, 1-dən 20-yə kimi olan ayələr).
4-“Ğurərul-hikəm və durərul-kiləm” Təmimi Amidi, Əbdül Vahid ibn Məhəmməd, (tədqiqatçı və korrektor: Rəcayi, Seyid Məhdi, “Darul-kitabil-İslami”, Qum, ikinci nəşr, 1410 h.q.), səh. 694, hədis 192.
5-“Biharul-ənvar”, Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd Təqi, (tədqiqatçı və korrektor: bir qrup araşdırmaçı, “Daru əhyait-tərasil-ərəbi”, Beyrut, 1403 h.q. ikinci nəşr), c. 74, səh. 141 fəsil 7 (ما جمع من مفردات كلمات الرسول ص و جوامع كلمه).
6-Yenə orada, c. 75, səh. 80, fəsil 16 “ما جمع من جوامع كلم أمير المؤمنين”.
7-“əl-Kafi”, Kuleyni, Məhəmməd ibn Yəqub ibn İshaq, (tədqiqatçı və korrektor: Qəffari, Əli Əkbər və Axundi Məhəmməd, “Darul-kutubil-İslamiyyə”, Tehran, dördüncü nəşr, 1407 h.q.), c. 8, səh. 20 (“خطبة لأمير المؤمنين ع  و هي خطبة الوسيلة”).
8-“əl-Məhəccətul-bəyza fi təhzibil-əhya”, Molla Muhsin Feyz Kaşani, (tədqiqatçı və korrektor: Qəffari, Əli Əkbər, “Camieyi-mudərrisin” İslam nəşriyyatı müəssisəsi, Qum, dördüncü nəşr, 1417 h.q.), c. 5, səh. 190. “كتاب آفات اللسان”.
9-Ayətullah Nasir Məkarim Şirazinin “Quranda əxlaq” kitabından iqtibas edilib. (“İmam Əli ibn Əbi Talib (ə)” mədrəsəsi, Qum, ilk nəşr, 1998), c. 1, səh. 307.


Nəşr tarixi: « 2019/3/8 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 13883