Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisinin mətbuat xidməti tərəfindən yayımlandı:

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

Halqa irfanı deyir: Adəm cənnətdə savadsız idi və qadağan edilmiş ağacın meyvəsini yeməklə oradan kənarlaşdırıldı və agahlıq cənnətinə doğru yola düşdü. Şeytan da bu yolda ona dəstək oldu.

Şeytan Adəmə Allahdan daha mehriban idi ki, onu nadanlıq cənnətindən agahlıq (bilik) cənnətinə çıxardı?
Halqa (dairə) irfanında Adəm və Şeytanın qəribə taleyi
Qurani-kərim birbaşa buyurur: Adəm cənnətdə idi və Allah onu qadağan olunmuş ağacdan çəkindirmişdi, lakin o, Şeytanın vəsvəsəsi nəticəsində özünə zülm etdi; meyvədən yedi, cənnət libasını əynindən çıxardı və xatırladıldıqdan sonra Allah dərgahına tövbə etdi, Allah da onu bağışladı. Ancaq nəticədə onu Cənnətdən çıxardı.


Aşağıdakı ayələrə diqqət edin:


“وَإِذْ قُلْنَا لِلْمَلاَئِكَةِ اسْجُدُوا لاِدَمَ فَسَجَدُوا إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ * وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُکَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَدآ حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ * فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِى الاَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ * فَتَلَقَّى ءَادَمُ مِنْ رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ”


“Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdədən) imtina etdi və kafirlərdən oldu. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”. (Lakin) Şeytan onları azdırıb (ağacın meyvəsindən yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var”, - dedik. (Nəhayət,) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək tövbə etdi. Doğrudan da, Allah tövbələri qəbul edən və mərhəmətlidir.” (“Bəqərə” surəsi, 34-37-ci ayələr.)



Ancaq halqa irfanı deyir: Adəm cənnətdə savadsız idi və qadağan edilmiş ağacın meyvəsini yeməklə oradan kənarlaşdırıldı və agahlıq cənnətinə doğru yola düşdü. Şeytan da bu yolda ona dəstək oldu.
Bu dəstənin öz başbiləni tərəfindən qələmə alınan “İnsan və mərifət” kitabından eynilə götürülmüş aşağıdakı cümlələrə diqqət edin:
“Bu ağacı görmək Adəmə göstərdi ki, ona sarı getməklə, onun üçün varlıq mərhələlərini seyr etmək imkanı yaranacaq və onu bilik və kamala çatdıracaqdır”.

“İnsan və mərifət”, səh. 204


“O, təkqütblü aləmin naz-nemətindən əl çəkdi və o ağaca yaxınlaşmaqla, (ikiqütblü aləmdə təkamül imkanını) seçim etdi. O, bilik potensialının olduğu və aktivləşmədiyi bir cənnətdə (nadanlıq cənnətində) olmaqdansa, çətinliyə düşüb biliyin aktiv olduğu bir cənnətdə (agahlıq cənnətində) olmağı üstün tutdu”.
“İnsan və mərifət”, səh. 203-204


“Onun nadanlıq cənnətində əbədi qalmaq və ya həmin ağaca yaxınlaşmaqla, onu öyrədən və püxtələşdirən təlatüm dolu “dairə” (və ya halqa) yolunu təcrübə etmək imkanı vardı”.
“İnsan və mərifət”, səh. 255


“Bu keşməkeşdə “Adəm” ağacın meyvəsini yemək qərarına gəldi, yəni “dairə” boyu hərəkətlə ikiqütblü aləmə giriş etdi ki, canı bahasına aldığı hərəkətin çətinlikləri sayəsində varlığının gövhərini üzə çıxarsın, kamalını aktivləşdirməklə öz “Rəbb”inə doğru qayıtsın və agahlıq cənnətində qərarlaşmaqla yaradılışın əzəmətini nümayiş etdirsin”.
“İnsan və mərifət”, səh. 256


“Ağaca yaxınlaşmaq, nadanlıq cənnətindən çıxmaqla gerçəkləşən hərəkətin başlanğıcıdır. Meyvəni yemək isə nəzərdə tutulan ağacın hissələri ilə həyat təcrübəsini keçmək və agahlıq cənnətinə çatmaqdır”.
“İnsan və mərifət”, səh. 256



Həmin qadağan edilmiş ağacı bilik ağacı sandıqlarını indi, aydın görürük. (Tövratda – “Yaradılış” kitabında yazılanla eynilik daşıyır. Bəli, hazırkı Tövratda da qadağan edilmiş ağac elm və bilik ağacıdır).


Burada bir neçə sual qarşıya gəlir:
1.    Allah Adəmi bilikdən çəkindirdi və bunu Adəmin xəta və üsyanı adlandırdı? Halbuki, Quran birbaşa bildirir: “Allah əzəmətli elmi, “adlar-isimlər” adlı elmi Adəmə öyrətdi və o elm sayəsində bütün mələklərdən üstünlüyü sabit oldu. “وَعَلَّمَ ءَادَمَ الاْسْمَاءَ كُلَّهَا”.
2.    Şeytan Adəmə Allahdan daha mehriban idi ki, onu nadanlıq cənnətindən bilik cənnətinə çıxardı?
3.    Doğrudanmı, agahlıq cənnəti qadağan edilmiş ağac və onun meyvəsindən yemək zülmdur, bundan ötrü tövbə edilməli və Allah da öz mərhəmətilə həmin tövbəni bağışlamalıdır?


Bu yalançı irfanda “Quran və İslam təlimlərinə qarşı heç bir şey görmədik!”, – deyənlərin sözü çox qəribədir.
“Yeni irfanları araşdırma mərkəzinin bir araşdırması”
Ardı var…


Nəşr tarixi: « 2015/9/8 »
 Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

Ayətullah əl-üzma Məkarim Şirazinin “Məscidul-Əqsa” faciəsi ilə bağlı bəyanatı

Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisi tərəfindən bildirildi:

Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Ayətullah əl-üzma Məkarim Şirazi cənabları tərəfindən fiqhin ali mühazirələrinə (“Müzaribə” babı) start verilir.

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisi tərəfindən yayımlandı:

Ayətullah əl-üzma Məkarim Şirazi cənabları tərəfindən fiqhin ali mühazirələrinə (“Müzaribə” babı) start verilir.

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 7417