Qərb yeni növ demokratiya ixtira edib

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Haradadır demokratiya? Əlbəttə qeyd edilən ölkələrin heç birində müvəffəq olmayacaqlar, amma bu yeni ixtira və addımları, qərblilərin demokratiya şüarlarında nə qədər yalançı olduqlarını göstərir.

Həzrət Ayətullah Məkarim Şirazi, bugün, Qumun “Məscidi-Əzəm”ində, özünün fiqhin ali mühazirələrində hegemonlar qarşısında boynunu büküb onların dinməz nökərlərinə çevrilən ölkələri qınayaraq bunları əlavə etdi:
Amerika qarşısında xar olan dövlətlər, onların hər dediyini yerinə yetirməyə məcburdurlar. Bu, İslam cəmiyyətinə yaraşmaz və onlar üçün qəbahətdir.


O, quruluşun hörmət, başıucalıq və sabitliyini qorumağın xərci olduğunu dilə gətirərək buyurdu: Əgər biz ölkəmizim müstəqil olmasını, şərqdən-qərbdən asılı olmamasını istəyiriksə, eyni zamanda hörmətimizinin qorunmasını arzulayırıqsa, bunun xərclərini, çıxarlarını da ödəməliyik.


Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi “Zillət bizdən uzaqdır!” şüarını Aşura hərəkatının, İmam Hüseyn (ə) və vəfalı silahdaşlarının qiyamının ən böyük dərsi olduğunu dilə gətirdi.
Həzrət Ayətullah əl-üzma çıxışı sırasında sionistlərin “Əl-Əqsa” məscidinə hücumunu pisləyərək məsələyə aydınlıq gətirdi: Bu müqəddəs məkan müsəlmanlarındır. Sionistlər onu mənimsəmək və ona sahib çıxmaq məqsədi güdürlər. Bu işin həyata keçməsindən dolayı, müsəlmanları həbs edir, işgəncələrə məruz qoyurlar.


O, İslam ölkələri liderlərinin sionist cinayətləri müqabilində susmasını qınayaraq sözünü izah etdi: Əfsuslar olsun ki, İslam ölkələrinin bəzi liderləri bu cinayətləri gördükləri halda, yenə onlarla əl-ələ verərək özlərini asılı vəziyyətə salıblar.


Məkarim Şirazi cənabları açıq-açkar qeyd etdi: Bundan da pisi dünyanın demokratiya iddiasında olmasıdır. Son vaxtlar amerikalılar və onlara bağlı ölkələr yeni növ demokratiya yaradıblar. Bir ölkədən kənarda muzdlulara təlim verib silahlandırırlar ki, həmin ölkənin qanuni hökumətini çevirsinlər.


Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi bunları da ifadə etdi: Suriya xalqı öz taleyini özü həll etmək istəyir, lakin bunlar müxtəlif ölkələrdən ordu toplayır ki, qanuni bir hökuməti çevirsinlər. İraqda da İŞİD-i səfərbər etdilər. Müxtəlif ölkələrdən, hətta Avropadan muzdluları gətirərək bu İslam ölkəsini parçalamaq məqsədi güdürlər.


O, əlavə etdi: Yəməndə ərəb ölkələrindən muzdur və pullu əsgərlər topladılar. Ödədikləri dollarlarla bu ölkəni dağıdıb, özləri hökm sürmək istəyirlər. Əlbəttə, xalqın da onlara dəstək verəcəyini umurlar. Bütün bunlar zahirdə, demokratiyaların xaricdən gətirilməli və icra edilməli olduğunu göstərir!


O, ardınca dedi: Haradadır demokratiya? Əlbəttə, qeyd edilən ölkələrin heç birində müvəffəq olmayacaqlar, amma bu yeni ixtira və addımları, qərblilərin demokratiya şüarlarında nə qədər yalançı olduqlarını göstərir.
Məkarim Şirazi cənabları aydınlıq gətirdi: Sizlər xalqın rəyinə ehtiram qoymaq əvəzinə, onların qətlinə, İslam məmləkətlərinin bünövrəsini sökməyə çalışırsınız.


Zavallı o şəxslərdir ki, İslamdan dəm vurduqları halda döyüş meydanını qızışdırır və öz əlləri ilə İslam ölkələrini xarabalığa çevirirlər.
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi sonda bəyan etdi: Əlbəttə, ilahi lütf sayəsində bunlar istədiklərinə nail olmayacaq, tez və ya gec dünyada heysiyyətdən düşəcəklər.
Ümidvarıq, bu ayın əzəməti və tarixi günləri xatirinə şər və bədxahların əli bütün İslam məmləkətlərindən kəsilsın!
Müsəlmanlar ayıq və ehtiyatlı olsunlar, hegemonların nəhs planları qarşısında təslim olmasınlar.


Nəşr tarixi: « 2015/9/17 »
Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Ramazan ayının gündəlik duaları

Günün sitatı

Ramazan ayının gündəlik duaları

Qədr gecələrinin müştərək əməlləri

Günün sitatı

Qədr gecələrinin müştərək əməlləri

Qədr gecələri

Günün sitatı

Qədr gecələri

Ateizm, ekstremizm və etik pozuntular müasir dünyanın üç böyük problemidir. + Şəkil

Ayətullah Məkarim Şirazi Vatikanın sülh və ədalət şurasının sədri ilə görüşündə

Ateizm, ekstremizm və etik pozuntular müasir dünyanın üç böyük problemidir. + Şəkil

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 5077