Şaban ayının müştərək əməlləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Şaban ayının müştərək əməlləri

 

1- Oruc tutmaq: bu ayda müstəhəb oruc tutmaq təkid olunub. Həzrət Rəsulallah (s) bu ayı oruc tutar və orucunu ramazan ayının orucuna birləşdirərdi.(1) Şaban ayında oruc tutmağın savabı barədə saysız hədislər buyurulub ki, biz burada onların bir neçəsini qeyd edirik:

 

a) Həzrət Rəsulallah (s) buyurub: “Şaban mənim ayım, ramazan Allahın ayıdır. Hər kim mənim ayımın bir gününü oruc tutsa, mən Qiyamətdə onun şəfaətçisi olaram. Hər kim mənim ayımın iki gününü oruc tutsa, Allah onun keçmiş günahlarını bağışlayar. Hər kim bu ayın üç gününü oruc tutsa, ona deyilər ki, (günahlardan paklandın,) əməllərini əvvəldən başla.”(2)

b) İmam Sadiq (ə) buyurub ki, şaban ayı başlandıqda İmam Zeynul-abidin (ə) səhabələrini bir yerə yığar və buyurardı: “Ey mənim köməkçilərim, heç bilirsiniz bu ay hansı aydır? Bu ay şaban ayıdır. Rəsulallah (s) buyurmuşdur: “Şaban mənim ayımdır.” Elə isə, Rəsulallaha (s) sevgi göstərmək və Rəbbinizə yaxınlaşmaq üçün bu ayı oruc tutun. And olsun o Allaha ki, Əli ibn Hüseynin (ə) canı onun əlindədir, atam Hüseyn ibn Əlidən (ə) eşitdim ki, buyurdu: “Mən Əmirəl-möminindən (ə) eşitdim ki, buyurdu: “Hər kim şaban ayını Rəsulallaha (s) sevgi göstərmək və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah onu sevər və Qiyamətdə onu Öz kəramətinə yaxın edər, Cənnəti ona vacib edər.”(3)

c) Səfvan Cəmmal nəql edir ki, İmam Sadiq (ə) mənə buyurdu: “Yaxın adamlarını şaban ayında oruc tutmağa vadar et.” Mən ərz etdim: “Sənə fəda olum, məgər onun mühüm bir fəziləti vardırmı?” İmam (ə) buyurdu: “Bəli. Rəsulallah (s) şaban ayının hilalını gördükdə göstəriş verərdi ki, bir carçı Mədinədə car çəkib desin: “Ey Yəsrib camaatı, mən Allahın sizə göndərdiyi elçisiyəm. Bilin ki, şaban ayı mənim ayımdır. Allah rəhmət etsin o kəsə ki, mənim ayım üçün mənə kömək edir (yəni bu ayı oruc tutur).”” İmam Sadiq (ə) sözünün davamında buyurdu: “Əmirəl-möminin Əli (ə) buyurardı: “Mən bu sözləri Rəsulallahın (s) carçısından eşitdikdən sonra şaban ayının orucunu əsla keçirmədim və nə qədər ki həyatdayam, keçirməyəcəyəm, inşaallah.””(4) (Əlbəttə, ayın hamısını oruc tuta bilməyənlər yaxşı olar ki, bacardıqları qədər ayın müəyyən günləri oruc tutsunlar.)

 

2- Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, bu ayın hər günü yetmiş dəfə deyin:

 

اَسْتَغْفِرُ اللهَ وَ اَسْأَلُهُ التَّوْبَةَ.

[Əstəğfirulla͂hə və əs`əluhut-təvbətə.]

 

“Allahdan bağışlanma diləyirəm və Ondan tövbə istəyirəm.”(5)

 

3- Hər gün yetmiş dəfə deyin:

 

اَسْتَغْفِرُ اللهَ الَّذِى لَا إِلٰهَ إِلَّا هُوَ الرَّحْمٰنُ الرَّحِيمُ، اَلْحَىُّ الْقَيُّومُ، وَ اَتُوبُ اِلَيْهِ.

 

[Əstəğfirulla͂həlləẕi͠  lə͂ ilə͂hə illə͂ huvə, ər-Raḥmə͂nur-Raḥi͠m, əl-ḥəyyu əl-qəyyu͂m, və ətu͂bu iləyh.]

 

“Bağışlanma diləyirəm o Allahdan ki, rəhman və rəhim, diri və daimidir, mən Ona tərəf qayıdıram.”(6)

 

Hədislərdən əldə olunur ki, bu ayda ən üstün zikr “istiğfar”dır, yəni bağışlanma diləmək. Hər kim bu ayın hər günü yetmiş dəfə istiğfar etsə, başqa aylarda yetmiş min dəfə istiğfar etmiş kimidir.(7)

 

4- Bu ayda sədəqə vermək və ehtiyaclılara kömək etməyin böyük savabı vardır. Ravi deyir ki, mən İmam Sadiqə (ə) ərz etdim: “Ey Rəsulallahın (s) övladı, bu ayda ən yaxşı əməl hansı əməldir?” İmam (ə) buyurdu: “Sədəqə vermək və istiğfar etmək. Hər kim şaban ayında sədəqə versə, siz dəvənin balasını böyütdüyünüz kimi Mütəal Allah onun sədəqəsini böyüdər və Qiyamətdə onun özünə verər. Bu sədəqə Ühüd dağı boyda böyümüş olar.”(8)

 

Başqa bir hədisdə İmam Rza (ə) buyurur ki, bu ayda sədəqə vermək cəhənnəm odundan nicat tapmağa səbəb olar.(9)

 

5- Bu ayda Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat deməyin böyük savabı vardır. İmam Sadiq (ə) buyurur ki, Həzrət Rəsulallah (s) buyurmuşdur: “Şaban mənim ayımdır. Bu ayda mənə və mənim xanidanıma çoxlu salavat deyin.”(10)

 

6- Ay boyu min dəfə bu zikri demək:

 

لَا إِلٰهَ إِلَّا اللهُ، وَ لَا نعْبُدُ إِلَّا اِيَّاهُ، مُخْلِصِينَ لَهُ الدِّينَ، وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ.

 

[Lə͂ ilə͂hə illəlla͂h, və lə͂ nəʻbudu illə͂ iyyə͂hu, muxliṣi͠nə ləhud-di͠n, və ləv kərihəl muşriku͂n.]

 

“Allahdan qeyri ilah yoxdur və mən Ondan qeyrisinə ibadət (bəndəlik) etmirəm, dində xalisəm, müşriklərin xoşuna gəlməs də.”

 

Həzrət Rəsulallah (s) buyurub: “Hər kim bunu yerinə yetirsə, Qiyamət günü qəbrindən üzü bədrlənmiş ay kimi nurlu halda xaric olar.”(11)

 

7- Şaban ayının hər cümə axşamı günü (pəncşənbə günü) iki rəkət namaz qılın: hər rəkətdə “Həmd”dən sonra yüz dəfə “Tövhid” surəsini oxuyun. Namazın salamını dedikdən sonra yüz dəfə salavat deyin. Hədislərin birində Əmirəl-möminin (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir: “Hər kim bu namazı qılsa, Allah onun din və dünya istəklərini həyata keçirər. Hər kim həmin günü oruc tutsa, Allah onun bədənini cəhənnəm oduna haram edər.”

 

Bu hədisdə Həzrət Rəsulallah (s) buyurur: “Şaban ayının hər cümə axşamı günü asimanları bəzəyərlər və mələklər ərz edər: “Ey Allah, bu ayda oruc tutanları bağışla və onların dualarını müstəcab et.””(12)

 

8- Şaban ayının hər günü və şaban ayının on beşinci gecəsi İmam Səccadın (ə) buyurduğu bu salavatı oxuyun:

 

اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، شَجَرَةِ النُّبُوَّةِ، وَ مَوْضِعِ الرِّسَالَةِ، وَ مُخْتَلَفِ الْمَلَآئِکَةِ، وَ مَعْدِنِ الْعِلْمِ، وَ اَهْلِ بَیْتِ الْوَحْىِ. اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، اَلْفُلْکِ الْجَارِیَةِ فِى اللُّجَجِ الْغَامِرَةِ، یَأْمَنُ مَنْ رَکِبَهَا، وَ یَغْرَقُ مَنْ تَرَکَهَا؛ اَلْمُتَقَدِّمُ لَهُمْ مَارِقٌ، وَ الْمُتَأَخِّرُ عَنْهُمْ زَاهِقٌ؛ وَ اللَّازِمُ لَهُمْ لَاحِقٌ. اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، اَلْکَهْفِ الْحَصِینِ، وَ غِیَاثِ الْمُضْطَرِّ الْمُسْتَکِینِ، وَ مَلْجَإِ الْهَارِبِینَ، وَ عِصْمَةِ الْمُعْتَصِمِینَ. اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، صَلَاةً کَثِیرَةً تَکُونُ لَهُمْ رِضًا، وَ لِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ اَدَآءً وَ قَضَآءً، بِحَوْلٍ مِنْکَ وَ قُوَّةٍ یَا رَبَّ الْعَالَمِینَ. اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، اَلطَّیِّبِینَ الْاَبْرَارِ الْاَخْیَارِ، اَلَّذِینَ اَوْجَبْتَ حُقُوقَهُمْ، وَ فَرَضْتَ طَاعَتَهُمْ وَ وِلَایَتَهُمْ. اَللَّهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ اعْمُرْ قَلْبِى بِطَاعَتِکَ، وَ لَا تُخْزِنِى بِمَعْصِیَتِکَ؛ وَ ارْزُقْنِى مُوَاسَاةَ مَنْ قَتَّرْتَ عَلَیْهِ مِنْ رِزْقِکَ، بِمَا وَسَّعْتَ عَلَىَّ مِنْ فَضْلِکَ، وَ نَشَرْتَ عَلَىَّ مِنْ عَدْلِکَ؛ وَ اَحْیَیْتَنِى تَحْتَ ظِلِّکَ.

وَ هٰذَا شَهْرُ نَبِیِّکَ سَیِّدِ رُسُلِکَ؛ شَعْبَانُ الَّذِى حَفَفْتَهُ مِنْکَ بِالرَّحْمَةِ وَ الرِّضْوَانِ؛ اَلَّذِى کَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَیْهِ وَ اٰلِه وَ سَلَّمَ، یَدْأَبُ فِى صِیَامِهِ وَ قِیَامِهِ، فِى لَیَالِیهِ وَ اَیَّامِهِ، بُخُوعًا لَکَ فِى اِکْرَامِهِ وَ اِعْظَامِهِ اِلَىٰ مَحَلِّ حِمَامِهِ. اَللَّهُمَّ فَاَعِنَّا عَلَى الْإِسْتِنَانِ بِسُنَّتِهِ فِیهِ، وَ نَیْلِ الشَّفَاعَةِ لَدَیْهِ. اَللَّهُمَّ وَ اجْعَلْهُ لِى شَفِیعًا مُشَفَّعًا، وَ طَرِیقًا اِلَیْکَ مَهْیَعًا؛ وَ اجْعَلْنِى لَهُ مُتَّبِعًا، حَتَّىٰ اَلْقَاکَ یَوْمَ الْقِیَامَةِ عَنِّى رَاضِیًا، وَ عَنْ ذُنُوبِى غَاضِیًا، قَدْ اَوْجَبْتَ لِى مِنْکَ الرَّحْمَةَ وَ الرِّضْوَانَ، وَ اَنْـزَلْتَنِى دَارَ الْقَـرَارِ، وَ مَحَـلَّ الْاَخْیـَارِ.

 

Salavatın mənası:

Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə (Məhəmmədin xanidanına) salam göndər: o kəslərə ki, nübüvvət (peyğəmbərlik) şəcərəsi, risalət (peyğəmbərlik vəzifəsinin) məkanı, mələklərin gəlib-getdikləri ünvan, elm mədəni və vəhy xanidanıdırlar. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər: o kəslərə ki, təlatümlü dəryalarda hərəkət edən gəmiyə bənzəyirlər: kim ona minsə, amanda qalar və kim onu tərk etsə, qərq olar; kim onlardan qabağa keçsə, dindən xaric olar və kim onlardan geri qalsa, həlak olar; kim onlarla yanaşı olsa, onlara qovuşar. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər: o kəslərə ki, möhkəm sığınacaq, çətinliyə düşən miskinin harayına çatan, (zülmdən) qaçanların pənahı və pənah gətirənləri qoruyandırlar. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə çoxlu salam göndər: elə bir salam ki, onların razılığına və Məhəmməd və Ali-Məhəmmədin haqqı xüsusunda vəzifənin yerinə yetirilməsinə bais olsun; Sənin tərəfindən olan kömək və qüvvə ilə, ey aləmlərin Rəbbi. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər: o paklara, yaxşı əməl sahiblərinə və seçilmişlərə ki, onların haqqlarına (riayət etməyi) vacib etmisən, onlara itaəti və onların rəhbərliyini lazım buyurmusan. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, qəlbimi Sənə itaət etməklə abad et, Sənə üsyan etməklə rüsvay etmə; fəzlin və ədalətinlə mənə geniş etdiyin ruzilər vasitəsilə Öz ruzini dar etdiyin kəslərə əl tutmağı və kömək etməyi mənə ruzi et; məni Özünün (lütf və kərəmin) sayəsində yaşat.

Bu ay Sənin peyğəmbərinin, Sənin elçilərinin sərvərinin ayıdır; o şaban ayı ki, rəhmət və razılığınla onu əhatə etmisən; o ay ki, Rəsulallah – Allahın salamı olsun ona və xanidanına – əcəli çatanadək onun gecə və gündüzlərində Sənin qarşında əyilmək, onu (şaban ayını) uca tutmaq üçün oruc tutmaq və (ibadətə) ayağa qalxmaqda səy göstərdi. Ey Allahım, bu ayda Sənin Peyğəmbərinin sünnəsinə əməl etməkdə və onun şəfaətinə nail olmaqda bizə kömək et. Ey Allahım, onu mənim üçün şəfaəti qəbul olunmuş şəfaətçi və Sənə tərəf olan bir yol qərar ver; Qiyamət günündə məndən razı qaldığın, günahlarıma göz yumduğun, rəhmət və razılığını mənə vacib qıldığın, məni əbədi mənzilə və seçilmişlərin məkanına daxil etdiyin bir halda Səninlə görüşənədək məni onun davamçısı qərar ver.(13)

 

1-İqbal, s.684.

2-Öncəki qaynaq.

3-Zadul-məad, s.47.

4-İqbal, s.683; Misbahul-mutəhəccid, s.625.

5-Zadul-məad, s.49.

6-Öncəki qaynaq.

7-Öncəki qaynaq.

8-İqbal, s.685.

9-Zadul-məad, s.47.

10-Zadul-məad, s.49.

11-İqbal, s.685.

12-İqbal, s.688.

13-Misbahul-mutəhəccid, s.828; İqbal, s.687 (cüzi fərqlə).


Nəşr tarixi: « 2019/4/10 »
Diqqətinizə çatdırırıq ki, bu məsələ sırf yalandır və belə bir sual-cavab heç bir vaxt olmayıb.

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Diqqətinizə çatdırırıq ki, bu məsələ sırf yalandır və belə bir sual-cavab heç bir vaxt olmayıb.

Şəhid Hacı Qasim Süleymaninin və Şəhid Məhdi əl-Muhəndisin qırx mərasimi keçirilir.

Mərcəyi-təqlidin rəsmi ofisi tərəfindən yayımlandı:

Şəhid Hacı Qasim Süleymaninin və Şəhid Məhdi əl-Muhəndisin qırx mərasimi keçirilir.

Dini hövzənin alimləri və dövlət rəsmiləri Ayətullah Məkarim Şirazini ziyarət etdi.

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Dini hövzənin alimləri və dövlət rəsmiləri Ayətullah Məkarim Şirazini ziyarət etdi.

Ramazan ayının gündəlik duaları

Günün sitatı

Ramazan ayının gündəlik duaları

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 5310