Peyğəmbərə (s) gələn ilhamlarının vəhy olmasına dair onun əminliyi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Günün sitatı

Peyğəmbərə (s) gələn ilhamlarının vəhy olmasına dair onun əminliyi

Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?

Birincisi, rəhmani mesajların məzmun və mahiyyət baxımından şeytan vəsvəsələri ilə fərqi yerlə göy qədərdir və hər birinin məzmunu onun tanıtdırıcısıdır.
İkincisi, Peyğəmbər (s) metafizik aləmlə və ya vəhy peyki ilə təmasda olduğu zaman Allahla rabitədə olması həqiqətini daxili intuisiya ilə tam şəffaflığı ilə dərk edir. Biz günəşi tam dərk etdiyimiz kimi.

 

Günəşi hal-hazırda ayıq halda gördüyünüz hardan məlum? Bəlkə də yuxudasınız! – desə, sözsüz ki, buna etina etməyəcəyik, çünki sahib olduğumuz hisslərimiz şübhə predmeti deyil.


 İlk dəfə Peyğəmbərə (s) vəhy nazil olanda haradan əmin oldu ki, bu şeytan təlqini deyildə, ilahi mesajdır? Bu elm və yəqinin qaynağı haradır?
Sualın cavabı aydındır. Çünki, rəhmani mesajların məzmun və mahiyyət baxımından şeytan vəsvəsələri ilə fərqi yerlə göy qədərdir və hər birinin məzmunu onun tanıtdırıcısıdır. Qeyd edilməlidir ki, Peyğəmbər (s) metafizik aləmlə və ya vəhy peyki ilə təmasda olduğu zaman Allahla rabitədə olması həqiqətini daxili intuisiya ilə tam şəffaflığı ilə dərk edir. Biz günəşi tam dərk etdiyimiz kimi. Əgər kimsə hal-hazırda günəşi ayıq halda gördüyümüzün hardan məlum olduğunu, bəlkə də yuxuda gördüyümüzü iddia edərsə, şübhəsiz, buna etina edilməz, ona görə ki, sahib olduğumuz hisslərimiz şübhə predmeti deyil.


Əllamə Təbatəbainin – “فَلَمَّا اَتَاهَا نُودِى یَا مُوسَى اِنِّى اَنَا رَبُّکَ” (1); “Atəşin yanına gəldiyi zaman, səs gəldi ki: Ey Musa! Mən sənin Pərvərdigarınam! Ayaqqabıların çıxar ki, müqəddəs Tuva torpağındasan!” – ayəsinin təfsirində dediyinə əsasən, Allah Rəsulu ilk vəhy və risalətlə qarşılaşdığı zaman heç bir araşdırmaya, sübuta və arqument tələbinə ehtiyac duymadan onun Allah tərəfindən gəldiyinə şübhə etmir. Əgər buna ehtiyac olsaydı, vəhy qeybi və vasitəsiz olmaz, əksinə hansısa məntiqi sübut növu və rasional arqument olacaqdı (2).


Buradan aydın olur ki, bəzi hədislərin dediyinə istinadən, ilk vəhy Peyğəmbərə (s) nazil olduğu vaxt Həra mağarasından Xədicənin evinə gəldi və gördüklərini ona danışdı. Davamında buyurdu: “Mən özümdən qorxuram”. Bu mənada ki: (Bunun ilahi vəhy olmadığından qorxuram)! Xədicə ona ürək-dirək verdikdən sonra onu əmisi oğlu Vərəqə ibn Nofəlin yanına apardı. Vəqərə cahiliyyət dövründə xristianlığı seçən şəxs idi. Ərəb və ibrani dillərini bilirdi. O, Peyğəmbərdən (s) gördüklərini izah etməsini istədi. Peyğəmbər (s) də gördüklərini açıqladı. Vərəqə dedi: Bu Musaya (ə) nazil olmuş namusdur (vəhy peyki). Sonra dedi: Kaş sağ qalaydım və qəbilən səni bu şəhərdən qovduqları zaman sənə yardım edəydim (3).


Bu qəbildən olan hədislər sözsüz ki, qondarmadır. Qeyb aləmi ilə aşkar əlaqə yaradan və bütün varlığı ilə həmin əlaqəni dərk edən bir peyğəmbərin Nəsrani kahini Vərəqə ibn Nofəl kimi birinə nə ehtiyacı var? Belə bir vəhyə necə inanmaq olar? Niyə Musa ibn İmran (ə) Tur dağında ilk vəhyi aldığı zaman əsla oxşar şəkkə düşmədi? Halbuki, Musa (ə) ancaq səs eşitmişdi, vəhy mələyini görməmişdi. Görəsən, bütün bunlar vəhyi və İslam peyğəmbərliyini zəiflətməkdən ötrü düşmənin gizli əlinin belə xurafatları yaradaraq İslam kitablarına salmalarına dəlil deyilmi?! (4).

İstifadə edilmiş ədəbiyyat:
1-“Taha” surəsi, 11 və 12-ci ayə.
2-“əl-Mizan fi təfisiril-Quran” (Təbatəbai Seyid Məhəmməd Hüseyn, Qum elm mərkəzinin “Camieyi-mudərrisin” İslam nəşriyyatı ofisi, Qum, 1417 h.q.), c. 14, səh. 138
3-Bu məzmunu əhli-sünnənin bir çox hədisçi və təfsirçiləri nəql edib, o cümlədən “Səhihul-Buxari”də Məhəmməd ibn İsmayıl Əbu Əbdillah əl-Buxari əl-Cufi, (tədqiqatçı: Mustafa Dib əl-Bəğa, “Dar İbn Kəsir”, əl-Yəmamə, Beyrut, 1407 h.q. (1987), ikinci nəşr), c. 23, səh. 11469, hədis 6982; “əl-Cəmaius-səhihil-musəmma Səhihul Muslim”, Muslim ibn əl-Hucac Əbul Hüseyn əl-Qüşeyri ən-Nişaburi, tədqiqatçı: Məhəmməd Fəvaid Əbdül Baqi, “Daru əhyait-turasil-ərəbi”, Beyrut), c. 1, səh. 97, hədis 422; “Fi zilalil-Quran”, Seyid ibn Qütb ibn İbrahim Şazli, “Daruş-şuruq”, Beyrut və Qahirə, 1412 h.q. on yeddinci nəşr), c. 6, səh. 3936 və “XX əsrin ensiklopediyası, “vəhy” maddəsində gəlmişdir.)
4-Ayətullah Nasir Məkarim Şirazinin “Quranın mesajı” kitabından iqtibas edilib. (“Darul-kutubil-İslamiyyə”, Tehran, 1997, doqquzuncu nəşr), c. 1, səh. 231.
 
Nəşr tarixi: « 1396/03/25 »


Nəşr tarixi: « 2018/4/11 »
 Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

Ayətullah əl-üzma Məkarim Şirazinin “Məscidul-Əqsa” faciəsi ilə bağlı bəyanatı

Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisinin mətbuat xidməti tərəfindən yayımlandı:

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

 Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisi tərəfindən bildirildi:

Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Ayətullah əl-üzma Məkarim Şirazi cənabları tərəfindən fiqhin ali mühazirələrinə (“Müzaribə” babı) start verilir.

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisi tərəfindən yayımlandı:

Ayətullah əl-üzma Məkarim Şirazi cənabları tərəfindən fiqhin ali mühazirələrinə (“Müzaribə” babı) start verilir.

 Quranda bərzəx

Günün sitatı

Quranda bərzəx

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 529