İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının son bəyanatı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Konfransın katibliyi tərəfindən yayımlandı:

İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının son bəyanatı

Allahın lütfü və İmam Məhdinin (əc.) xüsusi nəzəri sayəsində İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransı Ayətullah Məkarim Şirazinin göstərişi ilə təşkil edildi. İki illik fəaliyyətin bəhrəsi, universitet və hövzənin tanınmış alimlərinin birgə səyinin nəticəsi olaraq 55 cildlik kitab ərsəyə gəldi, hansı ki, İslam dünyasına böyük bir xidmət və töhfədir. Həmin kitab sayəsində İslam elmlərinin (Quran elmləri, hədis elmləri, fiqh və üsul, əqli elmlər, ədəbi elmlər, tarix, humanitar elmlər, əxlaq, irfan, astronomiya və tibb və s.) yaranması və yayılmasında Əhli-beyt (ə) və şiə alimlərinin misilsiz rolunu nümayiş etdirə bildi.

Allahın adı ilə

Konfrans şiə və əhli-sünnə alimlərinin, şiəliyi tədqiq edən şərqşünasların iştirakı ilə başladıldı, iclasda və doqquz elmi-ixtisaslı oturumda çıxışların və elmi məqalələrin təqdimatı ilə başa çatdı.
Hər elmi qrup elmi oturumda son nəticələrini və xüsusi təkliflərini dilə gətirdi. Toplam olaraq konfransın önəmli və strateji nəticələrini aşağıdakı kimi xülasələşdirmək olar:
1. Əhli-beyt (ə) və şiə alimləri bir çox elmlərin təsisçiləri olmuş, İslam elmlərinin yayılmasında müstəsna rol ifa etmişlər. Bu mühüm rol hal-hazırda da davam edir və gələcəkdə də elmi yeniliklər və nəzəriyyələr sayəsində digər İslam məzhəblərinin alimləri ilə birgə həmkarlıq çərçivəsində davam etməlidir.
2. Bu böyük konfrans növbəti elmi toplantılara bir stimul olacaq. Gələcəkdə şiənin hər elm sahəsində rolu adlı ixtisaslı toplantıların və eləcə də ayrı-ayrı ölkələrdə, dünyanın müxtəlif nöqtələrində xalqların, hövzələrin və elmi mərkəzlərin birgə əməkdaşlığı çərçivəsində İslam elmlərinin yayılmasında şiənin rolu başlıqlı bölgə toplantıları keçirilməsi vacibdir.
3. Yuxarıda qeyd edilən toplantıların davamlılığı, orada təqdim edilən əsərlərin təkmilləşdirilməsi və mütəmadi nəşri ilə əlaqədar İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının katibliyi fəaliyyətini davam etdirlməlidir.
4. Tarix elmləri üzrə nəzər sahibləri və şiəliyi tədqiq edən alimlərin öz nəzərlərini təqdim etməklə silsiləvi toplantılara və konfrans katibliyinə yardımlarını əsirgəməməlidir.
5. Biz digər İslam məzhəblərindəki alimlərin xidmətlərinə də dəyər veririk, İslam elmlərinin yaranması və rəvac tapmasında onların da rolu böyük olmuşdur və biz buna hörmət edirik. Bütün bu səyləri İslamın, bütün dünya müsəlmanlarının uğuru bilirik.
6. Ayətullah Məkarim Şirazinin göstərişi sayəsində sözügedən konfransla yanaşı əlyazmalar bazasının da yaradıldığını nəzərə alsaq, İslamın qiymətsiz mirasının qalıcılığına xatir əlyazmaların arxivləşdirilməsi və tədqiqatçıların ixtiyarına qoyulması istiqamətində ölkə daxili və xarici elm mərkəzlərin və kitabxanaların həmkarlığı vacibdir.  
7. Bu böyük konfrans iştirakçıları, müsəlman elm adamları, Qum elm hövzəsi və konfransla əlaqədar mərkəzlər mütərəqqi fikirli, zamanşünas Ayətullah Məkarim Şiraziyə - hansı ki, özü də İslam elmlərinə rəvac verənlərdəndir – təşəkkür etməyi özlərinə borc bilir. Ona görə ki, bu konfransın təşkili və dəyərli əsərlərin təlifi ilə İslama, elmə və Əhli-beyt (ə) məktəbinə böyük xidmət göstərmişdir.
Vəssalamu əleykum və rəhmətullahi və bərakatuh.
Qum, 11.05.2018
24 şaban, 1439 h.q.
Yayım tarixi: 11.05.2018

Nəşr tarixi: « 2018/5/11 »
Cümə günü 15 iyun 2018, Fitr bayramıdır.

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Cümə günü 15 iyun 2018, Fitr bayramıdır.

Ayətullah Məkarim Şirazinin iştirakı ilə Qədr gecəsinə məxsus moizə və mərasimin təşkili

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən yayımlandı:

Ayətullah Məkarim Şirazinin iştirakı ilə Qədr gecəsinə məxsus moizə və mərasimin təşkili

Ramazan ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı yayımladı

Ramazan ayının hilalı göründü

İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının ikinci günü

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbər portalı yayımladı:

İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının ikinci günü

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 343