İslam İnqilabının Rəhbəri “İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə:

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Bu gün İslam dünyasının ən böyük ehtiyacı vəhdət və elmi tərəqqidir

İslam İnqilabının Rəhbəri “İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə:

Bu gün İslam dünyasında “oyanış” baş verib. Qərb dünyasının bunu inkar etməsinə rəğmən, bu oyanış İslama daha artıq meyillənməyə şərait yaratmaqla bərabər, daha yaxşı gələcəyin müjdəçidir.

İslam İnqilabının Rəhbəri Ayətullah Xameneyi bu gün (şənbə) səhər “İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə bugünkü İslam dünyasının ən böyük ehtiyacının birlik, bir də bütün elmlər üzrə elmi tərəqqidən ötrü ciddi səy olduğunu dilə gətirdi və təkidlə bildirdi: “Bu gün İslam dünyasında “oyanış” baş verib. Qərb dünyasının bunu inkar etməsinə rəğmən, bu oyanış İslama daha artıq meyillənməyə şərait yaratmaqla bərabər, daha yaxşı gələcəyin müjdəçidir”.
İslam İnqilabının Rəhbəri konfrans təşkilatçıları və hamilərinə minnətdarlığını bildirdi, xüsusi ilə Ayətullah Məkarim Şiraziyə bunları dedi: Bu gün İslam məzhəbləri və təriqətlərinin bir-birindən daha yaxşı tanınmasına zəmin yaradan hər bir addım gözəldir, bu konfrans da İslam ümmətinin vəhdəti istiqamətində atılan addımların bir nümunəsidir.
Ayətullah Xameneyi düşmənin müsəlmanları qarşı-qarşıya qoymaq üçün göstərdikləri yorulmaz səylərinə işarə edərək buyurdu: Belə bir şəraitdə müsəlmanların müsbət yönlərini, fərqlərini tanımağa səbəb olan və həmrəyliyinə zəmin yaradan hər əməl İslam ümmətinin birliyinə də yardım etmiş olacaq.
O, İslam və təbiət elmlərinin inkişafında şiələrin tarixi roluna toxunaraq xatırlatdı: Bu əvəzsiz xidmətlər, qiymətsiz əsərlər iftixar doğurduğu və birlik amili olacağı üçün İslam ümmətinə tanıtdırılmalıdır.
İslam İnqilabının Rəhbəri İslam təriqətləri arasında hər növ xoşagəlməzlik və gileyin qarşısını almaqdan ötrü ciddi nəzarətin vacibliyinə təkid edərək dedi: Hazırkı İslam dünyasının mühüm, eyni zamanda ciddi ehtiyac duyduğu məsələlərdən biri də elmi inkişaf mövzusu və bu istiqamətdə gözəgəlimli addımlardır.
Ayətullah Xameneyi İslam dünyasının zəif qalmasının başlıca səbəblərindən biri kimi elmi geriliyi önə çəkdi və ardınca buyurdu: Qərb dünyası əsrlər boyu elmi gerilikdən sonra İslam dünyasının elmi tərəqqisindən istifadə edərək öz maddi, fiziki, elmi, hərbi, siyasi və təbliğat imkanlarını artıra və nəhayətdə müstəmləkəçilik yolu ilə İslam ölkələrinin vəziyyətini hazırkı duruma gətirə bildi.
Seyid Əli Xameneyi həzrətləri qərb güclərinin İslam ölkələrinə zorakılığına və bir çox ölkə rəhbərlərinin də beynəlxalq imperyalizmə tabeçiliklərinə işarə edərək təkidlə bildirdi: Bu şərait İslam ölkələrinin elmi tərəqqisi ilə dəyişilməli və İslam dünyası növbəti dəfə sivilizasiyanın zirvəsində yer tutmalıdır.
İslam İnqilabının Rəhbəri elmi tərəqqiyə doğru hərəkəti İslam hökumətlərinin və elitanın vəzifəsi bilərək buyurdu: İslam dünyasının elitası elmi inkişafın baş verməsi, elm və bilik zirvələrinin fəthi üçün böyük fikri cərəyan, ümumi iradə yaratmalıdır.
Ayətullah Xameneyi İran İslam Respublikasının elmi inkişaf yolunda yeni bir nailiyyətinə toxunaraq buyurdu: Dünya Elm Mərkəzinin statistikasına əsasən, ötən illərdə İranın elmi hərəkət və nailiyyəti dünya ortalamasının 13 bərabəri olmuşdur.
Ali Rəhbər buna da işarə etdi: Biz bu yolu elm və bilik sərhədlərinə çatanadək davam etdirəcəyik. Qərblilərdən fərqli olaraq İran öz elmi yeniliklərini, nailiyyətlərini digər İslam ölkələri ilə paylaşmağa hazırdır.
İslam İnqilabının Rəhbəri İslam elmləri, təbiət elmləri üzrə inkişafı vacib sayaraq əlavə etdi: Bəşərin müxtəlif məsələlərində İslamın yeni sözə sahib olacağı sahələrdən biri də fiqh sahəsidir. Bu yöndə, daha çox və daha ciddi işlər görülməlidir.
Ayətullah Xameneyi fəlsəfə və əqli elmlərdə elmi hərəkəti sürətləndirməyin vacibliyinə də təkid edərək buyurdu: Qərblilər öz fəlsəfələrini genişləndirərək müxtəlif siyasi-ictimai məsələlərə qədər çatdırmışlar. Biz də bu işi görməliyik, ona görə ki, İslam fəlsəfəsi qərb fəlsəfəsindən daha güclü, daha köklü və daha möhkəmdir.
O, İslam dünyasındakı oyanışın vüsət aldığına, dünyada İslama meyillənmənin artdığına işarə edərək bildirdi: Bu gün dünya gənclərinin çoxlu sualları var və İslam çərçivəsində onlara cavab tapmaq istəyirlər. Bu üzdən İslam dünyasında elmi hərəkət sürətləndirilməli, İslam ümməti növbəti dəfə öz elmi və mədəni iqtidarına qayıtmalıdır ki, İslam düşmənləri və amerikalılar İslam ölkələrinin rəhbərlərinə göstəriş verə bilməsin, “bunu elə, onu elə!” – deməsin.
İslam İnqilabının Rəhbəri Ayətullah Xameneyinin çıxışından öncə “İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu” beynəlxalq konfransının siyasət şurasının rəhbəri Höccətül-İslam vəl-müslimin Ərafi çıxışında dedi: “Şübhələrə cavab”, “İslam məzhəbləri arasında dərin anlaşma”, “Şiə və müsəlmanların fikri irslərini dirçəltmək” və “İslam elmlərinin təkmiləşdirilməsi və təqdimatı üçün güclü nöqtələrin kəşfi” konfransın əsas hədəflərindən olmuşdur.
Sonda konfransın katibi Höccətül-İslam Dr. Rzayi “İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu” beynəlxalq konfransın hədəfləri və proqramları haqqında məlumat verdi.
Yayım tarixi: 12.05.2018

 


Nəşr tarixi: « 2018/5/13 »
Ramazan ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı yayımladı

Ramazan ayının hilalı göründü

İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının ikinci günü

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbər portalı yayımladı:

İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının ikinci günü

Beynəlxaq konfransın makarem.ir saytı tərəfindən canlı yayımı

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı yayımladı

Beynəlxaq konfransın makarem.ir saytı tərəfindən canlı yayımı

Beynəlxaq konfransın makarem.ir saytı tərəfindən canlı yayımı

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı yayımladı

Beynəlxaq konfransın makarem.ir saytı tərəfindən canlı yayımı

İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının ikinci günü

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbər portalı yayımladı:

İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu – beynəlxalq konfransının ikinci günü

Ramazan ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı yayımladı

Ramazan ayının hilalı göründü

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 124