Hansı işlər Qədr gecəsində insanlar üçün müəyyən olunur

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Günün sitatı

Hansı işlər Qədr gecəsində insanlar üçün müəyyən olunur

Hansı işlər Qədr gecəsində insanlar üçün müəyyən olunur?

Hansı işlər Qədr gecəsində insanlar üçün müəyyən olunur?

Bu gecənin Qədr gecəsi adlandırılması barədə çoxlu nəzəriyyələr vardır, o cümlədən:
1) Bu gecənin Qədr gecəsi adlandırılmasının səbəbi, bütün möminlərin il boyu olan müqəddərat və taleyinin o gecədə təyin olunmasıdır. “Duxan” surəsinin 3 və 4-cü ayəsi buna bir sübutdur:


اِنَّا اَنْزَلْنَاهُ فِی لَیْلَهٍ مُبَارَکَهٍ ۚ اِنَّا کُنَّا مُنْذِرِینَ  فِیهَا یُفْرَقُ کُلُّ اَمْرٍ حَکِیمٍ


“Biz onu çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri və ya kafirləri) qorxudan olmuşuq.


Həmin gecə bütün hikmətli işlər (ilin hadisələri, insanların müqəddəratı gələn Qədr gecəsinə kimi) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır).”


Bu izah bir neçə rəvayətlə müvafiqdir, belə ki, rəvayətdə deyilir: “O gecədə insanların bir illik müqəddəratı təyin olunur. Ruzilər, əcəllər və digər işlər o mübarək gecədə bölüşdürülür.”


Əlbəttə, bu işlər insanın ixtiyar sahibi və azad olması ilə ziddiyyət təşkil etmir, çünki Allahın mələklər vasitəsilə təyin etdiyi müqəddarat insanların ləyaqət, iman, təqva, pak niyyət və əməllərinə uyğundur. Başqa ifadə ilə desək, Allah-taala insanların zəmin yaratdığı işləri onlar üçün müqəddərat olaraq təyin edir və bu iş insanın ixtiyar sahibi olması ilə ziddiyət təşkil etmir. Eyni zamanda, bu, insanın ixtiyara malik olmasına bir daha təkiddir.


2) Bu gecəni “çox qiymətli və şərafətli bir gecə” olduğu üçün Qədr gecəsi adlandırmışlar. “Həcc” surəsinin 74-cü ayəsində belə buyurulur:


مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ ۗ اِنَّ اللَّهَ لَقَوِیٌّ عَزِیزٌ


“Onlar Allahı Onun Öz məqam və dərəcəsinə layiq (hətta insan üçün mümkün olan çərçivədə) qiymətləndirib tanımadılar. Həqiqətən Allah qüvvətli və yenilməzdir.”


3) Qiymətli Quran dəyərli Peyğəmbərimizə (ə) dəyərli mələk vasitəsilə nazil olduğu üçün bu gecə Qədr gecəsi adlandırılmışdır.
4) Qədr gecəsi elə bir gecədir ki, Quranın nazil olması o gecədə təyin (müqəddər) olmuşdur.
5) Qədr gecəsində əhya saxlayan kəsə dəyərli və yüksək məqamlar verilir.
6) O gecədə yer üzərinə o qədər mələk enər ki, onların çoxluğundan yer üzərində sıxlıq yaranar. Çünki “təqdir” kəlməsi Quranın bəzi ayələrində “sıxmaq” mənasındada işlənmişdir.

 

وَمَنْ قُدِرَ عَلَیْهِ رِزْقُهُ


“İmkanı (ruzisi) az olan isə Allahın ona nəsib etdiyindən versin.” (1)


Ümumilikdə, Qədr gecəsinin geniş mənasına əsasən bütün nəzəriyyələri qəbul etmək mümkündür. Amma birinci təfsir digər təfsirlərlə müqayisədə daha tanınmış və məqsədə uyğundur. (2)


1) “Talaq” surəsi, ayə 7.
2) Ayətullah Məkarim Şirazi, "Nümunə" təfsirindən seçmələr, c.27, səh. 210. "Darul-kutubil-islamiyyə" nəşriyyatı, otuz altıncı çap.
Nəşr tarixi: « 1394/04/07 »


Nəşr tarixi: « 2018/6/8 »
Tags
Q?dr gec?si
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 444