Qurani-Kərimdə keçmiş nəsillərin tarixini öyrənməklə bağlı təkid

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Günün sitatı

Qurani-Kərimdə keçmiş nəsillərin tarixini öyrənməklə bağlı təkid

 Nə üçün Qurani-kərim keçmişdəkilərin tarixini öyrənməyə təkidlə yanaşılır?

Tarix, insanın yaşam məsələlərinin və bir çox həqiqətlərin isbat və inkarının böyük laboratoriyasıdır. Burada xalqların məğlubiyyət və zəfər rəmzi, onların əksül-əməl və ruhiyyələri, sivilizasiyaların tərəqqi və süqut amilləri, fəaliyyət tərzləri araşdırılır. Belə ki, təcrübi həqiqətlərlə və keçmişdəkilərin yerdə qalan izləri ilə məşğul olduğu üçün, təcrübi elmlərin bir şaxəsi kimi bir çox nəzəri məfhumları inkar edən inadkarları qane etmək qabiliyyəti vardır. Quran da həmin dəlilə əsasən, keçmişdəkilərin əsərlərini, tarixini mütaliə etməyə dəvət edir.

 


Sualın cavabı elə də çətin deyil, çünki tarixi insan həyatının müxtəlif məsələlərinin sınaqdan keçirildiyi böyük bir laboratoriyaya bənzətmək olar.


Deməli, təcrübi elmlər bir çox məsələləri öz çərçivəsində həll etdiyi və sınaq yolu ilə bir çox həqiqətlərin isbatı üçün canlı sübutlar təqdim etdiyi kimi, tarix, bu böyük laboratoriya da ayrı-ayrı məsələləri öz həddində sınaqdan keçirir, torpağı ələyib xalis qızılını ondan ayırır, gümanları aradan qaldırır.


Fizika və kimya laboratoriyalarında cismin özü və ya tərkibi araşdırılırsa, tarix laboratoriyasında xalqların məğlubiyyət və zəfər rəmzi, onların əksül-əməl və ruhiyyələri, sivilizasiyaların tərəqqi və süqut amilləri, fəaliyyət tərzləri öyrənilir. Özü də cazibədar və şirindir.
Bu tərtiblə, bəşərin xoşbəxtlik və bədbəxtlik amillərini araşdırmaq üçün tarix gözəl vasitədir.


Qurani-kərimin keçmişdəkilərin tarixinə təkidinə, bir çox Quran surələrinin tarixi bəhslərə şahidlik etməsinə, hətta bəzən bir surənin az qala bütün ayələrinin keçmişdəkilərin tarixindən söz açmasına şahid olmağınız bu nöqtənin göstəricisidir.


İnadkar insanlar bir çox nəzəri mövzuları inkar edə bilərlər, amma faktlara söykənən tarixi xüsusilə, Qurani-kərimin, insanların əlindən tutub keçmişdəkilərin özündən sonra qaldığı izlərini görməyə aparması, deyilməli olanları qəbirləri kənarında və xaraba qalan şəhərləri ətrafında dilə gətirməsini inkar edə bilməzlər.


Tarix, əslində təcrübi elmlərin bir sahəsidir və bir baxışda bilgi üçün hiss və təcrübə qaynağına nisbət vermək olar, bu fərqlə ki, hiss və təcrübə indiyə aiddir, tarix isə keçmişə. Hiss və təcrübə bizimlə əlaqədar ola bilər, amma tarix bütün bəşərə aiddir.
Təcrübi elmlərin bir sahəsi olan tarixin fövqəladə əhəmiyyəti onun bir müstəqil mənbə kimi araşdırılmasını zəruri edir (1).

 

 

İstifadə edilmiş ədəbiyyat:
1-Ayətullah Nasir Məkarim Şirazinin “Quranın mesajı” kitabından iqtibas edilib (“Darul-kutubil-İslamiyyə”, Tehran, 2007, doqquzuncu nəşr), c. 1, səh. 172.

 
Nəşr tarixi: « 1396/02/25 »


Nəşr tarixi: « 2018/7/1 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 181