Ərbəin zəvvarlarının gömrükdə problem yaşaması rəva deyil.

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazinin Ərbəin Mədəni-maarif mərkəzlərinin idarə heyəti ilə görüşündə

Ərbəin zəvvarlarının gömrükdə problem yaşaması rəva deyil.

Hər il yeni və kreativ işlərlə bu əzəmətli mərasim iştirakçılarını daha yaxşı proqramlarla xidmət etmək lazımdır.

Ayətullah Məkarim Şirazi Ərbəin MMM-nin idarə heyəti ilə görüşündə Aşura və Ərbəini şiənin yaşama rəmzi kimi xatırlayaraq belə dedi: Digər məzhəblərin belə böyük sərmayəsi yoxdur. Düşmənlər, inadkarlar, bədbinlər nə qədər çalışsalar da Aşura və Ərbəinin qarşısını ala bilmirlər.


O, belə bir imtiyazdan maksimum və düzgün yararlanmağa təkid etdikdən sonra  Ərbənin mədəni-maarif tərəflərini də mühüm sayaraq dedi: İmamları (ə) ziyarətin fəlsəfəsi insanlara çatdırılmalıdır, ərbəin mərifəti artıran bir dərs olmalıdır.
Ayətullah Məkarim Şirazi Ərbəinin böyük imkanlarının olduğunu və təkcə ötən illərdəki proqramların təkrarlanması ilə kifayətlənməməyin vacibliyinə işarə edərək buyurdu: Hər il yeni və kreativ işlərlə bu əzəmətli mərasim iştirakçılarını daha yaxşı proqramlarla xidmət etmək lazımdır.


O, Ərbəin günlərində İmam Hüseyn (ə) zəvvarlarına xidmət etmək üçün müxtəlif dəstələr tərəfindən qurulan mukəblərin çoxluğuna işarə edərək, bəzilərinin ölkə sərhədlərindən çıxmayıb daxildə xidmət göstərməsini istədi.
Ayətullah Məkarim Şirazi Ərbəin zəvvarlarının gömrük keçid məntəqəsində problemlə qarşılaşmasını rəva görmədiyini dilə gətirdi: Bəzilərinə görə Nəcəf və Kərbəla şəhərləri arasındakı heyətlər, xidmət məntəqələri ehtiyacdan artıqdır. Bu üzdən bəzi xidmət məntəqələri, heyətlər sərhəddə qərarlaşıb Ərbəin zəvvarlarına xidmət etməlidirlər.


O, sözünün davamında vəhhabilərin Ərbəin ziyarətinin əzəmət və təm-təraqından narahat olduqlarını da bildirdi: Vəhhabilər Ərbəin, Aşura yürüşlərindən, imamların (ə) qəbirlərini ziyarətdən çox narahat və qəzəblidirlər. İş o yerə çatıb ki, bu mərasimdə iştirak edənlərə təkfir edirlər, amma kimsə onların sözünə etina etmir.


Ayətullah Məkarim Şirazi çıxışının başqa bir yerində Ərbəin zəvvarlarının dost, qardaş, qonşu və müsəlman İraq ölkəsinin qanunlarına ehtiram qoymağın lüzumuna təkid edərək buyurdu: “İraq ölkəsi bu əzəmətli hadisədə ev sahibliyi və qonaqpərvərlik etdiklərinə görə təşəkkürə layiqdirlər. Bu üzdən qayda-qanunlarına hörmətlə yanaşmalı və onlarla həmkarlıq etməliyik.


O, Ərbəin günlərində zəvvarlara xidmətdə israfa yol verilməsindən də danışaraq bu işdən çəkinməyin vacibliyinə toxundu.
Ayətullah Məkarim Şirazi söhbəti zamanı Ərbəin yürüşündə ehtimal olunan xoşagəlməz hal və sui-istifadələrə tədbirli olmağın lüzumuna da diqqət çəkdi: Bu günlərdə xüsusi və şəxsi qruplaşmalara rəvac verilməsinin qarşısı alınmalıdır, bir çoxları bu hadisədə şeytanlıq edərək şəxsi məsələlər üzərinə gedirlər, bununla da zərbə vururlar, səy göstərib onların qarşısını almaq lazımdır.


Ayətullah Məkarim Şirazi sonda Ərbəin ziyarətində iştirak edən çoxlu sayda daxili və xarici mediya nümayəndələrinə, jurnalistlərinə ümidvarlığını dilə gətirərək, Ərbəin mesajını aləmə çatdırmaqda müvəffəq olmalarını arzuladı.
Yayım tarixi: 09.10.2018

 


Nəşr tarixi: « 2018/10/11 »
Fədakarlıq davam edir…

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin informasiya bloqu tərəfindən yayımlandı

Fədakarlıq davam edir…

 “İzahlı şəriət məsələləri” risaləsində bu ilki fətva dəyişiklikləri elan olundu.

Ayətullah Məkarim Şirazinin ofisi tərəfindən yayımlandı:

“İzahlı şəriət məsələləri” risaləsində bu ilki fətva dəyişiklikləri elan olundu.

Cümə günü 15 iyun 2018, Fitr bayramıdır.

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Cümə günü 15 iyun 2018, Fitr bayramıdır.

Ayətullah Məkarim Şirazinin iştirakı ilə Qədr gecəsinə məxsus moizə və mərasimin təşkili

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən yayımlandı:

Ayətullah Məkarim Şirazinin iştirakı ilə Qədr gecəsinə məxsus moizə və mərasimin təşkili

Ramazan ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı yayımladı

Ramazan ayının hilalı göründü

 Quranda bərzəx

Günün sitatı

Quranda bərzəx

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 562